loading...

Məcburi köçkün özünü yandırdı - Bərdədə dəhşətli olay

18-10-2017 Baxış sayı :513
Məcburi köçkün özünü yandırdı - Bərdədə dəhşətli olayBərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq intihar edib.

Reportyor.tv report-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib.

Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirlib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.