loading...

200 saylı orta məktəbdə valideynlər aksiya keçirir - FOTOLAR

20-09-2017 Baxış sayı :560

200 saylı orta məktəbdə valideynlər aksiya keçirir - FOTOLARNərimanov rayonu 200 saylı orta məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması xəbərini eşidən valideynlər hazırda bu qərara etiraz edirlər.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda 100-dən çox valideyn məktəbin akt zalında toplaşıblar. Onlar direktorun yenidən öz vəzifəsinə qaytarılmasını tələb edirlər.

Narazı valideynlərin saytımıza verdiyi məlumata görə, Qafar Hüseynov çox yaxşı müdir olub və bu səbəbdən onun getməsini istəmirlər: "Qafar müəllim nümunəvi direktordur. Biz onun işdən çıxarılmasını istəmirik. Üstəlik o, hazırda xəstəxanadadır. Yıxılıb, ayağı sınıb. Burada elə valideynlər var ki, onlar sırf Qafar müəllimə görə, uzaqda yaşasalar da uşaqlarını bu məktəbə qoyublar. Qafar müəllim bu məktəbdə çox gözəl sistem qurub. Onun çıxarılmasını istəmirik".

Məhəmməd Türkmən,
Musavat.com