loading...

FHN-dən xəstəxanadakı yanğınla bağlı - Açıqlama

08-08-2018 Baxış sayı :61

Biləsuvar Rayon Mərkəzi xəstəxanasının birinci mərtəbəsində rentgen otağında olan kondisionerdə tüstülənmə baş verib.

Xeberci.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib. O bildirib ki, əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovlanmanın qarşısını alıblar:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Bundan əlavə, heç bir avadanlığa ziyan dəyməyib. Tüstülənmə baş verən ərazi də artıq təmizlənərək istifadəyə verilib”.

Qeyd edək ki, bu gün gecə saatlarında Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında yanğının baş verməsi haqda məlumat yayılıb. Faktla bağlı araşdırma aparılır.

***

Fövqəlada Hallar Nazirliyi (FHN) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Biləsuvar rayonunda ikimərtəbəli inzibati binanın birinci mərtəbəsində ümumi sahəsi 36 kvadratmetr olan otaqda 1 ədəd məişət avadanlığı yanıb.

Nazirliyin məlumatına görə, otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]