loading...

Bakıda qəza törədib qaçan sürücü haqda yeni məlumatlar - VİDEO

12-06-2018 Baxış sayı :103

Məlumatına görə, yol polisindən qaçan sürücü avtomobili yüksək sürətlə hərəkət etdirib.

 

Polisin "saxla" əmrinə tabe olmayan sürücü çox keçmir ki, qəza törədir. Elə bu anda həmin maşından düşən sürücü və xanım sərnişin qaçmağa başlayır.

 

Görüntülər iki gün əvvəl Heydər Əliyev prospektindən Bakıxanov qəsəbəsinə gedən yolda lentə alınıb. Kadrlardan aydın olur ki, 90 RL 404 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edir. Qəzaya da elə onun yüksək sürəti səbəb olur. Videoda sürücü və sərnişin qızın qəza yerindən uzaqlaşdığı da görünür.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sözügedən sürücü artıq polis əməkdaşları tərəfindən müəyyən edilib. Kameralara baxış zamanı məlum olub ki, həmin sürücü hadisə baş verməmişdən biraz əvvəl Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində polis tərəfindən saxlanılıb. Həmin şəxs polisə avtomobilə və özünə aid sənədləri təqdim etməkdən imtina edib. Polisə yalnız avtomobilin ''Rent a car'' şirkətlərindən birinə aid olması ilə bağlı sənəd təqdim edib.

 

Vaqif Əsədovun sözlərinə görə, qəzadan sonra sürücü və sərnişinin qaçaraq hadisə yerindən uzaqlaşması onların spirtli içki qəbul etməsi şübhələrini daha da artırıb. Artıq həmin şəxslərin kimliyi haqqında polis məlumat əldə edib.

 

Vaqif Əsədovun sözlərinə görə, həmin şəxslər qanuna müvafiq cəzalandırılacaqlar.

 

 

 
<iframe src="https://www.youtube.com/embed/0dnrcxGrQOg?ecver=2" width="641" height</iframe>

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]