loading...

Bakıda marketdən oğurluq anı - Video

08-01-2018 Baxış sayı :144

Bakıda marketdən oğurluq anı - VideoBakıda marketlərin birində oğurluq hadisəsi baş verib.

Xəzər xəbər-in məlumatına görə, hadisə yanvar ayının 3-də, gecə saat 04:21 radələrində qeydə alınıb. Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb. İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib. Oğurluq anı anbaan kamerlarla lentə alıınıb.

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları mağazadan təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.