Xəbər Lenti

______________________________
15:12 23/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:28 21/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:22 10/6/2017
______________________________
11:21 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
18:49 09/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:31 08/6/2017
______________________________
______________________________
19:47 08/6/2017
______________________________
19:45 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:49 08/6/2017
______________________________
16:46 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:20 08/6/2017
______________________________
______________________________
Aqil Nəzərli sosioloji sorğunun qalibi oldu
Şahin Məmmədov : “Rəhbər gərək camaatdan uzaq düşməsin”
Sarsılmaz döyüşçü, professional rəhbər
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Cəlilabad təhsilini korrupsiya məngənəsində boğan Vidadi Dövlətovdur?

Cəlilabad təhsilini korrupsiya məngənəsində boğan Vidadi Dövlətovdur?
Nazir Mikayıl Cabbarov acınacaqlı vəziyyəti düzəltmək üçün RTŞ müdiri Vidadi Dövlətovu işdən azad etməlidir


«Kaş ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cəlilabad Rayon Təhsil Şöbəsində yoxlama aparaydı»



«Cəlilabad rayonunda təhsil sistemi olduqca bərbad vəziyyətdədir. Rayon Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətovun xoşagəlməz əməlləri nəticəsində rayonda təhsil sahəsi xeyli geriləyib». Bu sözləri redaksiyamıza adının çəkilməsini istəməyən rayon sakinləri deyiblər. Onların sözlərinə görə, şöbə müdirinin rəhbərliyi altında Cəlilabadda təhsil məhv olmaq həddinə gəlib çatıb: «Şöbə müdiri aprel ayında vəzifəyə qoyulub. Köhnə müdirin vaxtında problemlər çox idi. Belə ki, keçən ilin əvvəllərində hamımız sevinirdik. Xəbər yayılmışdı ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları rayonda 20-yə yaxın məktəbdə yoxlama aparıb və yoxlamalar nəticəsində rayon təhsilində 2 milyon manat yeyintinin olduğu üzə çıxıb. Sonradan xəbərin yalan olduğu üzə çıxdı.



Kaş ki, hər şey deyilən kimi olaydı və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cəlilabad Rayon Təhsil Şöbəsində yoxlama həyata keçirəydi. Bu hər birimizin ürəyincə olardı. Çünki biz bilirik ki, şöbə müdirinin fəaliyyətində nöqsanlar çoxdur. İdarənin rəsmiləri bura baş çəkən kimi şöbə müdiri məsuliyyətə cəlb olunacaq. Onun həyata keçirdiyi qanundan kənar işlərin ölçüsü yoxdur. Rayon məktəblərinin bir çoxunda əlavə dərs saatları, həmçinin müəllim ştatları yaradılıb. Şöbə rəhbəri bu tip işlərini əsasən bacısı oğlunun vasitəsilə görürdü. Amma bir müddət əvvəl bacısı oğlunu narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs etdilər». Sakinlərin dediklərinə inansaq, Təhsil Nazirliyinin əməkdaşları bir neçə dəfə RTŞ-də yoxlama aparıblar. Buna baxmayaraq, Vidadi Dövlətov qeyri-qanuni işlərindən əl çəkməyib.



Vətəndaşlar deyir ki, bir neçə il əvvəl Təhsil Nazirliyinin nümayəndələri Cəlilabadda saxta diplomlu müəllimləri aşkarlayıb: «76 müəllim diplomu qaydasında olmadığından işdən azad edildi. Lakin üç-dörd ay keçəndən sonra şöbə müdiri bu müəllimlərin bir neçəsini nəyinsə qarşılığında işə bərpa etdi. Vidadi müəllim nazirliyin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi test imtahanlarına əhəmiyyət vermir. Belə ki, Cəlilabadda müəllim işləmək istəyən şəxslərin «imtahanını» şöbə müdiri özü keçirir. Yəni RTŞ müdiri nazirliyin xəbəri olmadan işə qəbul aparır. Ali təhsili olmayan bəzi şəxslər məktəblərdə işə götürülür». Onu da öyrəndik ki, rayonun Kövüzbulaq kəndində 2 nəfərə saxta şəhadətnamə verilib və bu işi icra edənlər hazırda müəllim işləyir: «Hansı direktor və müəllim şöbə müdirinin hörmətini edirsə, qanunları çox rahat şəkildə poza bilir. Rayonda təhsil sistemi tamam başqa prinsiplər üzərində qurulub. Bunun ən bariz nümunəsi 2010-2011-ci dərs ilində məzunların göstərdiyi «uğur»dur. Həmin ildə barmaqla sayılacaq qədər məzun ali məktəblərə qəbul ola bildi. Daha dəqiq desək, 2011-ci ildə rayon məktəblərini 2129 şagird bitirib, onların 1235-si attestat alıb. Attestat alanların 52,96 faizi, yəni 654 nəfəri qəbulda iştirak edib.



210 məzun tələbə olub. Rayon abituriyentlərinin ana dili, ədəbiyyat, tarix, coğrafiya, ingilis dili fənləri üzrə göstəriciləri ölkə üzrə orta göstəricilərdən də aşağıdır. Onların qəbulda topladığı orta bal 211.565-dir. Bu, ölkə üzrə orta göstəricidən 6,3 faiz aşağıdır. Cəlilabad təhsili yaman pis gündədir. Məktəblərə ayrılan kompyuterlər işləmir. Hansı müəllimlər ki, təzyiq altındadır, hər ay maaşlarından 40 faiz tutulur. Avadanlıq adı altında dövlət büdcəsinə zərbə vurulur. Bu kimi işlərə imza atan şöbə müdiri cəzasız qalıb. Səhv etmiriksə, rayonda 76 məktəb fəaliyyət göstərir. Ancaq onların demək olar ki, heç birində normal təhsil yoxdur. Şagirdlərin dərsə davamiyyəti olduqca aşağıdır. Repititor yanına gedən şagirdlər «aylığa» çıxıb dərsə gəlmirlər. «Aylığın» qiymətini isə direktorlar təyin edir. Əlbəttə, onlar şagirdlərdən aldıqlarından şöbə müdirinə də nəysə çatdırırlar. Cəlilabadda təhsilin belə ağır vəziyyətdə olması bizi narahat edir. Buna görə də təhsil naziri Mikayıl Cabbarova səslənib demək istəyirik ki, Vidadi Dövlətovu vəzifədən kənarlaşdırsın. Biz bu şəxsin şöbə müdiri postunda qalmasını istəmirik, vəssalam». Yəqin ki, hörmətli nazir sakinlərin istəyini nəzərə alıb RTŞ müdiri haqqında öz qərarını verəcək.



Əlavə olaraq onuda qeyd edə bilərik ki, Cəlilabadın Əliabad kənd sakinləri redaksiyamıza məktub yollayaraq bildirirlər ki, Vidadi Dövlətovun kəndimizdəki məktəbdən demək olar ki, xəbəri yoxdur. Çünki, məktəbin şagirdlərinin demək olar ki. 30 faizi gedir məktəbə. Məktəb bərbat vəziyyətdədir. Davamiyyət yoxdur məktəbdə. Məktəbin istilik sistemi, belə demək olar ki, məktəbə aid nə varsa Əliabad kənd məktəbində onların heç əlli faizi yoxdur. 





Qarşı tərəfin də cavab haqqını tanıyırıq.






Teqlər:
Bu xəbər cəmi 24280 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.