Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:01 27/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:16 27/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
01:12 12/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
14:09 11/7/2017
______________________________
14:08 11/7/2017
______________________________
14:04 11/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Səhiyyə nazirinin birinci müavini  Abbas Vəlibəyovun milyonluq obyektləri
Mirdaməd Sadıqov səyyar görüş keçirib
ÖZÜNƏ 65 MİN MANAT MAAŞ YAZAN MƏMUR!
Nisanov Azərbaycana yenidən niyə qayıdır?
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dünyada məşhur təyyarə qaçırmaları...

Dünyada məşhur təyyarə qaçırmaları...


Xarkov-İstanbul hava gəmisinin Soçiyə qaçırılma cəhdi bu mövzunu yenidən aktuallaşdırdı



 



 


Keçmiş prezident oğlundan tutmuş köşə yazarına qədər bir çox tanınmış şəxs hava gəmisi qaçırma olayında iştirak edib


 


Fevralın 7-də Ukrayna vətəndaşının Pegasus Havayollarına məxsus Xarkov-İstanbul marşrutlu təyyarəni qaçırmağa cəhd göstərməsi bütün dünyada böyük həyəcanla izləndi. Təxminən 7 saata yaxın davam edən gərginlikdə 110 sərnişin, 6 ekipaj üzvü sağ-salamat qurtardı. 


 


Olay uçaq Xarkovda havaya qalxandan 15 dəqiqə sonra başlamışdı. İstanbula istiqamət götürən təyyarənin ön sıralardan birində (F-2 saylı oruracaq) oturan orta yaşılı kişi pilot kabinəsinə daxil olmağa çalışıb və tələb edib ki, təyyarə Soçi hava limanına endirilsin. Hava qulduru əlində möhkəm saxladığı əl çantasını göstərərək deyib ki, uçağın yük yerində partlayıcı var. Partlayıcını idarə edən cihaz əlindədir, əgər Soçiyə getməkdən imtina etsə, partlayış düyməsini basaraq təyyarəni məhv edəcək.


 




 


Təyyarədə heç bir panika baş verməməsi və sərnişinlərin həyəcanlanmaması üçün ən böyük fədakarlığı və cəsarəti pilot İlyas Karagül götstərib. Dərhal Yerə “QAÇIRILDIQ” siqnalı göndərən pilot quldurun marşrutu izləməsinin qarşısını almaq üçün monitordakı marşrut tablosunu söndürüb. Quldurun türkcə bilməməsi də pilotun işinə yarıyıb. O, Yerlə davamlı əlaqə saxlayaraq durum haqqında bilgi verə bilib və Yerdən aldığı əmrləri yerinə yetirib. Yerdə isə belə qarar qəbul olunub ki, quldura “Soçiyə gedirik” deyilsə də uçaq nəzərdə tutulduğu kimi, İstanbulun Sabiha Gökçen Hava Limanına gəlsin. 


 


İstanbula enişdə isə pilot İlyas Karagüllə sərnişinlərə “texniki problemlərə görə, Soçi hava limanına eniş edirik” anonsunu verib.


 




 


Ən gərgin anlar isə Sabiha Gökçen hava limanında yaşanıb. Təyyarə yerə ensə də sərnişinlərin 4 saatdan bir qədər artıq  uçaqda qalması böyük həyəcana səbəb olub. Bu arada Türkiyənin təhlükəsizlik qüvvələri uçaqda yoxlamalara başlayıb. Yük yerinin bütünlüklə yoxlaması nəticəsində bəlli olub ki, hava gəmisini qaçıran şəxsin iddiaları əsassızdır – uçaqda heç bir partlayıcı yoxdur. Bu durumdan sonra sərnişinlərə baş verənlər haqqında bilgi verilib. Silahsız bir şəxsin təyyarəni qaçırmaq istədiyi ancaq bu cəhdin baş tutmadığı deyilib.


 


48 yaşlı Artyom Kozlov olduğu bilinən quldur uzun müddətli  danışıqlardan sonra qadın və uşaqların uçaqdan enməsinə razılıq verib. Bundan sonra isə Ankaradan xüsusi təyyarə ilə İstanbula gələn uçaq qaçırılma əməliyyatları üzrə 5 mütəxəssis işə keçib. Qısa zamanda heç bir silah işlətməyən qrup qaçağı zərərsizləşdirə bilib. Öncə “partlayıcının düyməsi”ni saxladığı çantası əlindən alınıb. Həmin çantada təyyarəni ələ keçirilməsinə heç bir yasaq tətbiq edilməyən bir neçə elektrik cihazı var imiş. Daha sonra isə Kozlov özünü təslim etmək mümkün olub. Əlbəyaxa zamanı onun yalnız biləyi burxulub.  


 




 


Bir neçə saat sonra Pegasus Hava Yollarının Xarkov-İstanbul marşrutlu təyyarəsini qaçırmağa cəhd edən 48 yaşlı Ukrayna vətəndaşı haqqında terror suçlaması ilə cinayət işi açılıb. İlkin araşdırmalar zamanı bəlli olub ki, təyyarəni qaçırmağa cəhd edən şəxs bu addımı diqqəti Meydan olaylarına cəlb etmək üçün edib.


 


Ukrayna Təhlükəsizlik orqanlarının Xarkov bölməsinin təmsilçisi Maksim Lenko ölkəsinin uçaq qaçırma olayı ilə bağlı ilk rəsmi açıqlamasını səsləndirib. Xarkovda media mənsublarına açıqlama verən Lenko deyib ki, məsələ ilə bağlı ciddi araşdırma aparılır: “Kozlovun bu addımı Meydan hərəkatına diqqət çəkmək üçün atdığı ilkin versiyalardan biridir. Ehtimal edirik ki, Yanukoviç və Putin Soçidə olduğu üçün həmin şəxs təyyarəni oraya sürərək dünyanın diqqətini Ukraynada baş verənlərə çəkmək istəyib. İstintaqa ilkin ifadəsində bildirib ki, əgər təyyarə Soçiyə ensəydi o, hava limanında Maydan hərəkatı zamanı həbs edilən bütün vətəndaşların azad edilməsi tələbini irəli sürəcəkmiş”.


 


Araşdırmalar zamanı o da bəlli olub ki, Kozlov bileti uçaq havaya qalxandan təxminən 2 saat öncə alıb. Bu səbəbdən onun öncədən belə bir hərəkəti planlaşdırılmadığı ehtimalı irəli sürülür. Yaxın günlərdə o, Ukraynaya təhvil veriləcək. Ölkəsində onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.


 


110 sərnişin isə yaşadıqları gərginliyi sözlə ifadə etməyə çətinlik çəkdiklərini deyiblər. Onları sakitləşdirən bir məqam pilotun “Soçiyə enirik” anonsu verməsinə baxmayaraq İstanbula enmələri olub. Bu yolu bir neçənci dəfə gedən sərnişinlər İstanbulun havadan əsrarəngiz görüntüsünü xatırlayıblar. Uca minarələrin, boğazın bənzərsiz mənzərəsi onları bir qədər rahatladıb. Sərnişinlərdən Baha Yıldırım deyir ki, sərnişinlər o zaman durum gərgin olsa da, çarəsiz olmadığını anlayıblar: “Bu o demək idi ki, təyyarədə bomba yoxdur. Çünki bomba gerçəkdən olsaydı, pilot quldurun dediklərini yerinə yetirərdi. Bu bizi xeyli sakitləşdirdi”.


 


Ən gərgin anları isə ukrayncanı və türkcəni bilməyən əcnəbilər yaşayıb. Ancaq onlara telefonlarındakı xəritədə İstanbula endikləri “sübut” olunandan sonra bir qədər sakitləşiblər. 


 




 


Sərnişinlərdən Ayşə Öztəkin isə deyib ki, hava limanındakı həyəcanlı gözləmə təyyarə havada olarkən yaşananlardan daha dəhşətli olub: “Biz aramızda müzakirələr aparmaqdan da çəkinirdik. Çünki ani deyilən bir söz, irəli sürülən ehtimal böyük panika yarada bilərdi. Dua edirdik, biz də arxayın idik ki, bizim təhlükəsizliyimiz üçün dövlət hər bir tədbiri görəcək. Bununla belə yaşadığımız stressi tezliklə adlayacağımı düşünmürəm. Yəqin ki, bu uçaqda çoxları bu qorxunc olayı ən azı yuxularında dəfələrlə görəcək”.


 


 


İstanbul səmalarında yaşanan gərginlik indiyə qədər dünyada baş verən uçaq qaçırma olaylarını bir daha yada salıb. 


 


Dünya tarixinin ilk təyyarə qaçırma olayı 1931-ci il fevralın 21-də Peruda baş verib. Paytaxt Limadan qalxan hava gəmisi ölkənin güneyindəki Arequipaya uçarkən qaçırılıb. Təyyarə yerə enən kimi silahlı əsgərlər içəriyə daxil olaraq pilota qiyam başlatdıqlarını, uçağı qaçırdıqlarını və yalnız onların göstərişlərinə tabe olmaq əmri verib. Ancaq pilot qiyamçıların əmrini yerinə yetirməkdən imtina edib və dərhal həbs edilib. Sonrakı olaylar pilotun uzaqgörən olduğunu sübut edib  - 15 gün sonra qiyam yatırılıb, qiyamçılar həbs edilib. Azadlığa çıxan pilotu isə dövlət vəzifəsini şərəflə yerinə yetirdiyinə görə mükafatlandırıb.


 


Bu olaydan sonra düz 30 il hava gəmilərinin qaçırılması ilə bağlı heç bir hadisə baş verməyib. Ta 1961-ci ildə ABŞ-da ata-oğul Baydenlər Continental Hava yollarının daxili reysdə uçan bir təyyarəni Kubaya sürmək əmri verənə qədər. Ancaq ilk cəhddə olduğu kimi bu dəfə quldurların heç bir siyasi məqsədi olmayıb. Onlar bu yolla milyonçu olmağı planlaşdırıblarmış. Baydenlər düşünüblər ki, təyyarəni girov saxlamaqla ABŞ hökumətindən, Continental Hava Yollarından və Fidel Kastrodan 3 milyon dollar ala bilərlər. Ancaq bu, onların düşündüyü qədər sadə məsələ deyilmiş. 4 gərgin saatdan sonra ata-oğul ABŞ təhlükəsizlik qüvvələrinə təslim olublar.


 


1968-72-ci illəri isə dünyada təyyarə qaçırmanın, belə demək mümkünsə, dəb halına gəldiyi dönəm kimi xarakterizə etmək olar. Bu dönəmdə dünyanın müxtəlif hava şirkətlərinə aid 470 hava gəmisi qaçırılıb. 1973-cü ildə hava nəqliyyatı qurumlarının Monreal Konfransında təhlükəsizliyin gücləndirilməsi ilə bağlı qərar qəbul ediləndən sonra uçaq qaçırma olaylarının sayında ciddi bir eniş müşahidə olunmağa başlayıb.


 


Türkiyə tarixi də təyyarə qaçırma olayları ilə zəngindir. Bu ölkədə indiyə qədər 60-a yaxın təyyarə qaçırılıb. Son olaya kimi statistika Türkiyədə son təyyarə qaçırılma olayının 2007-ci ildə baş verdiyini göstərirdi. O zaman da zərərçəkən şirkət Pegasus Hava Yolları idi – şirkətin Diyarbəkir-İstanbul səfərini həyata keçirən təyyarəsi qaçırılmışdı. Ancaq quldur qısa bir zamanda təslim olaraq tələblərini geri götürmüşdü.


 


Türkiyə tarixinin ən səs-küylü uçaq qaçırma olayı isə 1972-ci il mayın 3-də baş verib. Türk Hava Yollarının Ankara-İstanbul reysini həyata keçirən təyyarə Sofiyaya qaçırılmışdı. Aralarında Türkiyənin keçmiş prezidentlərindən İsmət İnönünün oğlu Ömər İnönünün də olduğu 4 hava qulduru həbs edilən dostlarının azad edilməsini tələb etmişdilər. Ancaq nəticədə özləri 8 illiyinə dostlarının yanına getməli oldular.


 


Türkiyə tarixində daha bir tanınmış şəxs – ölkənin ünlü köşə yazarlarından Yılmaz Yalçınər təyyarə qaçırma təşəbbüsündə bulunub. 1980-cı ildə İstanbul-Ankara təyyarəsini Tehrana qaçırmaq istəyən yazar sonda 11 il 7 ay həbsə məhkum edilib. Yılmaz Yalçınər gəncliyində milliyyətçi hərəkatla siyasətə qoşulub. Ancaq bir neçə il sonra dini çevrələrlə yaxınlaşıb. Şiə məzhəbindən olan Yalçınər İranın dini lideri Xomeyninin təsiri altına düşüb. Həbsdən çıxandan sonra Yalçınər demişdi ki, nə yaxşı uçağı qaçıra bilmədik, yoxsa, İran rejimini sevindirmiş olacaqdır. Yalçınər bu fikrə niyə düşdüyünü izah edərkən deyib ki, buna səbəb Türkiyədə dinlə bağlı ciddi yasaqlar olub. Onun çalışdığı iki qəzet eyni gündə bağlanmaq məcburiyyətində qalıb. Məqsədi dünyanın diqqətini Türkiyədə vicdan azadlığının ciddi şəkildə məhdudlaşdırılmasına cəlb etmək imiş.


 


Aygün Muradxanlı





Teqlər:
Bu xəbər cəmi 6735 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.