Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:01 27/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:16 27/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
01:12 12/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
14:09 11/7/2017
______________________________
14:08 11/7/2017
______________________________
14:04 11/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Səhiyyə nazirinin birinci müavini  Abbas Vəlibəyovun milyonluq obyektləri
Mirdaməd Sadıqov səyyar görüş keçirib
ÖZÜNƏ 65 MİN MANAT MAAŞ YAZAN MƏMUR!
Nisanov Azərbaycana yenidən niyə qayıdır?
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xalası toy günü qoşulub qaçdı

Xalası toy günü qoşulub qaçdı

Atamla anamın toy şəkillərinə baxanda heç nə başa düşmürdüm. Qız toyunda gəlin başqa qız, oğlan toyunda mənim anam. Hər dəfə ata-anamdan bunun səbəbini soruşanda ya söz arasına söz salır, ya da zarafatla bir cavab tapıb verirdilər. İndi başa düşürəm ki, mənim gec-tez əsl həqiqəti anlayacağımı bilirmişlər  deyə - özlərini əziyyətə salmayıblar.  Həm də zatən uşaq idim, yəqin ki, o vaxt onların danışacaqlarını anlaya bilməzdim.


 


Xalamı 14 yaşımda tanımışam, nənəmin yubileyində. Heç vaxt görmədiyim bir gözəl qadın anamla qucaqlaşıb hönkür-hönkür ağlaşdılar. Nənəm də onlara qoşuldu. Sonra atam gəldi, o da ağladı, ancaq onların yanında yox.  Həyətə çıxdı, cibindən yaylığını çıxardıb gözlərini sildi. Maraqdan ölürdüm, belə gözəl gündə bunlar niyə ağlaşırlar axı?! Qorxa-qorxa anama yaxınlaşıb ətəyindən tutdum. Anam yaşlı gözlərini dolandırıb mənə baxdı. Yox, onun gözlərində daha çox sevinc vardı. Deyəsən, o, sevincindən ağlayırdı axı. Bu məqamı qaçırmaq olmazdı:


 


- Ana...ana, niyə ağlayırsan? Bu xala kimdir?


- Xalandır, xalan, oğlum, - anam ağlaya-ağlaya başımı sığalladı.


- Xalam?!- gözlərim bərəldi - hansı xalam?


 


Təbii ki, orda bunu mənə heç kim izah etmədi, nə o anda baş verənləri, nə ondan əvvəlkiləri. Ancaq illər sonra həqiqəti biləndə nənəmin yubiley günündə baş verənlər  gözlərimin önündə yenidən canlandı – ən xırda detalları ilə...


 


*** 


Ata babamla ana babam yaxın dost imişlər. İllərin sınağından çıxmış, bir-birinin etibarını qazanmış dost. Ata babamın tək oğlu olan atam - Sabir, ana babamın iki qızından böyüyünə - Fəridəyə deyihli imiş. Uşaqlar balaca olandan dostlar əhd-peyman bağlayırlar ki, böyüyəndə onları evləndirəcəklər, quda olacaqlar və beləliklə, bu dostluq əbədiləşəcək. 


 


İllər keçir, uşaqlar böyüyür. Fəridə orta məktəbi bitirib Xarici Dillər Universitetinə qəbul olunanda, atam hərbi xidmətini başa vurub qayıdır. Atalar öz arzularını həyata keçirməyin vaxtı çatdığını düşünüb, onları nişanlamaq qərarına gəlirlər.  Lakin gənclər gözləməyi məsləhət bilir. Daha doğrusu, atam iş tapana qədər onu gözləməklərini istəyir, Fəridə isə ali məktəbi bitirməyi. Hərçənd qızın bu qərarı atamın da ürəyindən olmur, nəinki böyüklərin.


 


İki il keçir. Atam artıq işləyir, Fəridə də üçüncü kursa keçir. Bu dəfə böyüklər daha onların nə deyəcəklərini gözləmir və qəti qərar verirlər ki, onları nişanlayıb xeyir işə başlasınlar. Fəridə bu dəfə də gözləməyi israr edir, hətta ciddi şəkildə. Ancaq az vaxt içində fikrindən daşınıb, nişana razılıq verir. Onun bu qəfil qərarı heç kimi çaşdırmır, əksinə sevindirir. Hamı Fəridənin öz hisslərinə əmin olduğunu düşünüb ürəklə nişana hazırlaşır. 


Ancaq bütün bu söhbətlərə qarışmayan bircə nəfər var idisə, o, da Fəridənin özündən kiçik bacısı Səriyyə olur. Çünki Səriyyə həmin il orta məktəbi bitirib sənədlərini ali məktəbə verməyə, tələbə olmağa hazırlaşır. Bütün gününü dərs oxumaqla, kitablarla keçirən qızın dünyadan xəbəri yoxdur sanki.


 


Fəridə ilə atam nişanlanır. Təmtəraqlı nişandan sonra altı-yeddi ay nişanlı qalırlar. Sonra da həmin dəm-dəsgahla qız toyu edirlər.


 


Bir neçə ay sonraya da oğlan toyunun vaxtı dəqiqləşdirilir. Artıq toy üçün hər şey hazır olur. Oğlan evində toya bütün hazırlıqlar yekunlaşır, dəvətnamələr paylanır. Nəhayət, toydan bir gün öncə “çörəkbişdi” deyilən mərasim günü oğlan evindən bir neçə qadın və bir-iki kişi qız evinə gedir. Qız evindən gələn xonçalara pay qoyub aparırlar, həm də gəlin üçün gəlin paltarı aparırlar. Lakin qız evində surətlərdəki hüznü görəndə qorxurlar. Kimə nə olduğunu aydınlaşdıra bilmirlər. Fəridədən başqa, hamı onları qarşılamağa çıxır. Ancaq Səriyyə ilə anasının qıpqırmızı qızarmış gözlərini görəndə atamın xalası daha dözə bilmir:


 


- Ay bacı, bu nə sir-sifətdi, noolub sizə? Nə xəbər, nə məsələdi?


 


- Yanınızda üzüqarayıq...Allah pis övladın üzünü qara eləsin... – Fəridənin anası hönkürür.


 


- Axı noolub, bir deyin görək də, ürəyimiz partdadı ki?!


 


Qızın anası dayanmadan hıçqıra-hıçqıra ağlayır.


 


- Fəridə yoxdur, - Səriyyə ağlaya-ağlaya deyir.


- Necə yəni yoxdur?


- Qaçıb...qoşulub-qaçıb....


- Nəəə?!


 


Gedənlər kor-peşman geri qayıdır, ancaq məsələni ailə adamlarından başqa kimsənin bilməsinə imkan vermirlər. Babamla nənəm atamı da götürüb qız evinə gedir. Oğlan evində isə heç nə olmamış kimi hazırlıqlar davam edir.


 


Atalar kor-peşman oturub heç nə danışmırlar, daha doğrusu, danışmağa söz tapmırlar, analar isə dayanmadan ağlayır. Təkcə Səriyyə gözə dəymir. Atam isə yumruqlarını düyünləyib, dişlərini bir-birinə sıxıb oturur, heç nə danışmır. Onun bu halı valideynləri narahat edir, lakin heç kim heç nə deyib odun üstünə neft tökmür. 


 


- Bəs indi biz neynəyək, qardaş? – babam Fəridənin atasından soruşur.


- Götürün, Səriyyəni aparın, mən sənin yanında üzüqarayam, sənə borcluyam. Məni bəlaya bir qızım salıb,  o biri qızım da məni bu bəladan qurtaracaq. 


- Bəs...bəs uşaqlar?


- Başqa yolumuzmu var?


 


***


Səriyyə ipə-sapa yatmır, heç kimi dinləmək istəmir. Təbii, axı onun öz arzuları var. İmtahanlara da lap az qalıbmış. Odur ki, Səriyyə daş atıb-başını tutur. Atası otağa girəndə Səriyyə özünü onun ayaqlarına atır. 


 


- Qurbanın olum, ata, məni öldür, amma sən də bunu demə. Mən Fəridə deyiləm, Fəridə öz arzularının dalınca getdi, məni öz arzularımın yolundan etmə. Axı mən oxuyacam...axı mən...


 


- Qızım, mənə qulaq as. Bu bir kişi sözüdür, şərəf məsələsidir. Sən məni şərəfsiz etməzsən. Fəridə bunu etdi. Adama nə deyərlər, deməzlər iki qızından birinə gücü çatmadı? Bəs mən sabah kəndə, obaya necə çıxacam? Camaat üzümə tüpürməz mənim? Bu kişi ilə illərdir çörək kəsmişəm, indi alım ayağımın altına deyirsən? 


Səriyyə başını qaldırıb yaşlı gözlərini atasının bir gün içində qırışmış üzünə, əzab dolu gözlərinə, zəhmətkeş çöhrəsinə baxır.


 


- Ata! – deyib onun ayaqlarını qucaqlayır, - ata, sənə canım da qurbandır. 


- İnanırdım, bilirdim, sən mənim ağıllı balamsan, məni xar etməzsən...


 


Atası otaqdan çıxanda Səriyyə:


- Ata! – çağırır.


Atası həyəcanla geri qanrılır. 


- ....


- Mən onunla danışmaq istəyirəm ancaq.


- Nə istəyirsən, onu edəcəm.


Səriyyə atamla şərt kəsir. 


 


- Mən Fəridənin günahını yumağa borclu deyiləm, ancaq atam başımı kəssə də dinmərəm. Səndən bir xahişim var, mənim arzum var, atamın şərəfi, sənin, ailəmin düşdüyü durum, əlbəttə, məni məhv edir, lakin özümü də heç kimə qurban etmək fikrim yoxdur, daha doğrusu, arzularımın üstündən xətt çəkməyəcəm. Söz ver, mənə söz ver ki, oxumağıma mane olmayacaqsan. Mən ali təhsil alacam.


 


- Söz verirəm...səni oxudacam!


Toy təxirə salınmır. Səhər “Vağzalı” sədaları altında Fəridənin əvəzinə, Səriyyə atamgilə gəlin köçür. Fəridə üçün bəzədilmiş gəlin otağında Səriyyə telli-duvaqlı gəlin olur. 


Bir neçə ay sonra da qəbul imtahanlarını uğurla verib, atamın söz verdiyi kimi, tələbə adını alır. Oxuyub ali təhsilli həkim olur. 


 


Həə... Fəridəyə gəlincə, sən demə, o heç əvvəldən də atamı sevməyibmiş. Özünün sevdiyi varmış. Vaxtı da ona görə uzadırmış. Nişandan qabaq möhkəm dalaşıb ayrılırlar. Buna görə də Fəridə nişanlanmağa razılıq verir. Lakin toydan bir neçə gün qabaq barışırlar, oğlan Fəridənin də onu sevdiyinə əmin olduğuna görə qızdan əl çəkmir və qoşulub qaçırlar. Babam uzun illər qızını bağışlamır, nəvələrini görmək, bağrına basmaq istəsə də, qüruru buna yol vermir. 


 


Anam isə babamın daha da sevimlisi olur. Atam da elə ilk gündən anamın qəlbini ələ almağı bacarır, xüsusən də, verdiyi sözü tutmaqla. Zatən, atam əvvəldən də Fəridəni sevmirmiş, sadəcə, atalarının qərarına qarşı çıxmır, daha doğrusu, özünü sevdiyi yox imiş deyə, qarşı çıxmağa bəhanəsi də olmur.


İndi bu barədə söz düşəndə zarafatla atama deyirəm ki, bəxtin gətirib, sənin üçün mənim kimi oğulu ancaq Səriyyə xanım gətirə bilərdi dünyaya...

Teqlər:
Bu xəbər cəmi 13065 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.