Xəbər Lenti

______________________________
15:12 23/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:28 21/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:22 10/6/2017
______________________________
11:21 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
18:49 09/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:31 08/6/2017
______________________________
______________________________
19:47 08/6/2017
______________________________
19:45 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:49 08/6/2017
______________________________
16:46 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:20 08/6/2017
______________________________
______________________________
Aqil Nəzərli sosioloji sorğunun qalibi oldu
Şahin Məmmədov : “Rəhbər gərək camaatdan uzaq düşməsin”
Sarsılmaz döyüşçü, professional rəhbər
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azərbaycandakı kürdlərin hamısı qəlbində PKK-nı Milli Azadlıq Hərəkatı kimi qəbul edir”

“Azərbaycandakı kürdlərin hamısı qəlbində PKK-nı Milli Azadlıq Hərəkatı kimi qəbul edir”
Tahir Süleymandan sensasion açıqlamalar


“Türkiyə dövləti ermənilərə verdiyi insani haqqın yarısını kürdlərə versəydi, 80 illik münaqişə olmazdı”



“Diplomat” qəzetinin baş redaktoru, kürd əsilli Tahir Süleyman bir neçə gün öncə Moderator.az-a açıqlamasında Azərbaycanda yaşayan kürdlərin sayi ilə bağlı mübahisə doğuracaq fikirlər səsləndirmişdi. Odur ki, onunla bu barədə ətraflı danışaraq iddia etdiyi statistikanı hardan götürdüyü ilə maraqlandıq. Onun sensasiya doğuracaq fikirlərini təqdim edirik.



 - Hazırda Azərbaycanda nə qədər kürd yaşayır?



 - Rəsmi məlumatlara görə, Azərbaycanda yaşayan kürdlərin sayı 13 mindir. Ancaq bu, doğru məlumat deyil, Azərbaycanda yaşayan kürdlərin sayı əslində təxminən iki milyon, iki milyon yarım civarındadır. Mən say məsələsi ilə bağlı narazılığımı Dövlət Statistika Komitəsinə bildirmişəm. Görəsən bu idarədə bir nəfər ağıllı adam varmı? Heç olmasa köhnə statistikalara baxib rəy verəydilər.13 min bir kəndin əhalisidir. Heç başqalarını demirəm, qohum-əqrəbamın sayı 13 min olar.



 1920-ci ilin statistikasına görə təkcə Kürdüstan qəzasında 280 min kürd olub. Özünüz də bilirsiniz ki, hazırda dünyada ən böyük artıma malik olan xalqlardan biri də kürd xalqıdır. Yaxşı, bu 93-ildə artim olmadi,  bəs onda 280 min hara yoxa çıxdı? Hər halda kosmosa uçmadılar.



 Qarabağdan, keçmiş  Kürdüstan qəzasından ermənilər tərəfindən didərgin düşən kürdlər, hazırda Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. İndi güclü assimilyasiya gedir. Belə getsə, yaxın illərdə respublikada kürd dilində danışan bir ailə də tapılmayacaq.



 Bu məsələ ilə bağlı Prezidentə müraciət etmişdik ki, yerlərdə kürd dilinin öyrənilməsinə, kürd adət-ənənəsinin itməməsinə şərait yaradılmalıdır. Bundan başqa Azərbaycanda yaşayan azsaylı xalqlara İTV efirində heç olmasa həftədə bir saat vaxt verilməlidir. Dünyada 64 milyon kürd xalqı var. Heç olmasa dünya kürdlərinə çatdıraq ki, ermənilər keçən əsrin əvvəllərindən başlayaraq günümüzə qədər  başımıza nələr gətiriblər.



 Şükr ki, bu gün Türkiyədə illərdən bəri gedən münaqişəyə son vermək üçün barışıq addımları atılır, biz də öz tərəfimizdən bu barışığa “alqış” deyərək, dəstək veririk.  İki qardaş xalqların arasına yüz ildən artıqdır ki, münaqişə salmışdılar. Arada kasıb-kusub, türkün-kürdün balaları ölürdü. Hesab edirəm ki, Ərdoğan doğru mövqedədir, bu məsələ öz həllini çoxdan tapmalı idi.



 Türkiyənin elə gözəl coğrafi təbii şəraiti var ki, qardaşlar arasında problem olmasa, Türkiyə qısa bir vaxtda dünyanın öndə gedən dövlətlərindən birinə çevrilə bilər.



 Təsəvvür edin, Atatürkün və onun tərəfdarlarının düzgün olmayan siyasətinə görə, 80 ildir Türkiyədə qarşıdurmalar yaranaraq, bu günümüzə qədər gəlib çıxıb. Kürd xalqının indiyə qədər cümhuriyyət dönəmində 170-dən çox silahlı üsyanları baş verib. Bu üsyanlar Fransanın, Türkiyənin, Çar Rusiyasının, keçmiş SSRİ-nin və başqa dövlətlərin hesabına yatırılıb. Ümumiyyətlə silah satan dövlətlər, maraqlı qüvvələr səbəb olublar ki, türk və kürd qardaşlar bir-birini qırsın və Avropanın astanasında olan müsəlman Türkiyə dövləti güclənməsin. Düşünün, bu illər ərzində, silahlara verilən pullar Türkiyənin və bölgənin rifahına yönəldilsəydi, təsəvvür edin, Türkiyənin inkişafında  nələr əldə etmək olardı.



 Türkiyədə son 40-illik  PKK münaqişəsi ilə bağlı 5 min kürd kəndi boşaldılaraq böyük şəhərlərə, metropollara daşınıb. 5 min kənd bir Azərbaycan deməkdir.  5 min kəndin şagirdi, müəllimi, çobanı, əkinçisi, biçinçisi, həkimi, polisi, sadə vətəndaşları şəhərlərə köç etdi, kəndlər boş qaldı. Əkin-biçin, maldarlıq inkişaf etmədi. İstər-istəməz dövlətin iqtisadiyyatına ağır zərbə dəydi, çətinliklər yarandi. Ona görə də bu kəndləri  bərpa etmək lazımdır, insanlar öz kəndlərinə, doğma yerlərinə qayıtsın. Bəzi qüvvələr bu çətinlikdən istifadə edərək, Türkiyəyə borc kredit verərək özlərindən asılı vəziyyətə salmağa çalışdılar və qismən məqsədlərinə çatdılar.



 Kürdlər nə istəyir? Özlərinin adi insani haqlarını. Heç kimin ixtiyarı, haqqı yoxdur ki, Allahın yaratdığı hər hansı bir milləti assimiliyasiya  etsin və ya kölə halına salsın. Türkiyə dövləti ümum düşmənimiz olan ermənilərə verdikləri insani haqları kürd və orda yaşayan başqa xalqlara da versəydilər 80-illik münaqişə olmazdı. Ermənilərin Türkiyədə bütün milli haqları, siyasi şəraiti var. Niyə Türkiyə dövləti İran rəhbərliyindən tələb etmir ki, qardaşlarımızın insani hüquqlarına hörmətlə yanaşsınlar, mədəni haqlarını versinlər?



 - Deyirsiniz Azərbaycanda 2,5 milyon kürd var. Bu rəqəmi hardan almısınız?



 - 280 min nəfərə uyğun təxmini hesablama aparın, bu 93 ildə dediyim rəqəmdən artıq olar, əksik olmaz. Mənim təxmini hesablamalarıma görə 2,5 milyondur. Hələ mən Ermənistandan 1937-ci, 1948-ci illərdə gələnləri, başqa yerlərdən köçənləri demirəm. Sırf Azərbaycanda yaşayan kürdləri deyirəm.



 Tarixən heç vaxt azərbaycanlılarla kürdlər arasında qarşıdurma olmayıb. Sultan bəy, Qaçaq Nəbi, Koroğlu kimi qəhrəmanlar hər zaman bu xalqlara dayaq olublar, kasıb-kusubun arxasında durublar. Andronik kimi dəyyusu qovan, Qarabağ əhalisini erməni qırğınından xilas edən Sultan bəyi təəssüf ki, həbs elədilər, Nərimanov işə qarışandan sonra buraxdılar, İran qəbul eləmədi, Türkiyəyə getdi. Orda vəfat etdi, Qaçaq Nəbi İranda dünyasını dəyişdi, xalqın qəhrəmanına niyə burda qalmağa imkan vermədilər?



 - Dövlət yaratmaq istəyən kürdlərin öz əlifbası var?



 - Var, necə yoxdur.  Kürdlərin 5 min illik tarixə malik olan əlifbası olub. Və bu sırf kürd xalqına aid olub. İslama qədər o qədim əlifbadan istifadə olunub. İslamdan sonra kürdlər başqa xalqlar kimi islam dinini qəbul edərək ərəb əlifbasından istifadə etmişdilər. Sovet dövründə 1934-cü ilə qədər latın, sonra isə kiril əlifbasından istifadə edilib. Sovetlər dağılandan sonra yenə latın əlifbasına keçid baş verib. İranda və Şimali İraqda fars və ərəb əlifbasından istifadə edirlər. Hazırda qədim əlifba istifadə olunmur, ancaq hərflərin varlığı və onu  təsdiq edən sənədlər var.



 - Müxtəlif ölkələrdə yaşayan kürdlər bir-birlərini anlamaqda çətinlik çəkirlər. Bunu nə ilə izah etmək olar?



 -  Belə demək olmaz, müəyyən ləhçə fərqi var. Məsələn, mən tələbə olan zaman şəkili bir tələbə yoldaşım vardı. Onu ikinci kursa qədər anlaya bilmirdim. Kürdlərdə də təxminən buna bənzər şivə problemdir. Kürdüstan 5 yerə parçalanıb deyə, hər ölkədə kürd dilini həmin dövlətin rəsmi dilinə uyğunlaşdırıblar. Şivə fərqi var, sən deyən elə böyük fərq yoxdur. Bir həftə bir yerdə qalmaqla nədən danışdıqlarını başa düşmək olur.



 Kürdlərin beş ləhcəsi var. Ləhcələr arasında müəyyən fərqlər var. Cüzi anlaşılmazlıq bundan yaranır. Amma sözlərin kökü eynidir.



 



 - Kürdüstan dövləti iddiaları var. Ümumiyyətlə Kürdüstan hansı coğrafiyanı əhatə edir?



 - Osmanlı imperiyası yaranmamışdan qabaq Kürdüstan imperiyası olub. Bəziləri Med deyirlər, bəziləri başqa cür adlandirirlar, bunlar müxtəlif adlara malikdir. Med imperatorluğu- Əfqanıstanı, Pakistanın yarısını, Hindistanın bir qismini, Tacikistanı, Dərbəndi, Gürcüstanı, indiki Türkiyənin bir hissəsini, Ərəbistanı, İranı və Şimalı İraqı əhatə eyləyib. Kürdüstan sonralar Qəsri-Şirinə müqaviləsi ilə  İranla Osmanlı imperiyaları arasında iki yerə bölündü.  Osmanlı imperiyası vaxtında isə müstəqil və yarımmüstəqil Kürdüstan dövlətləri yaranıb. Bu dövrdə “Kürdüstan” adında böyük hərbi gəmilər olub. Bundan başqa hər zaman “Kürdüstan” adında yenilməz ordular olub.Osmanlı imperiyası dağılandan sonra isə Suriya, İraq kimi dövlətlər yarandı. Bundan başqa torpaqların bir qismi İranda, bir qismi Türkiyədə qaldı. Naxçıvandan başlayaraq, Gürcüstanın bir qismi, Ermənistanın bir qismi isə SSRİ tərəfində qaldı. 



 - Kürdlərin dini inancları barədə nə deyə bilərsiniz?



 - Kürdlər içərisində bütpərəstlər, atəşpərəstlər-zərdüştlər, musəvilər, xristianlar və müsəlmanlar var. Bəzən deyirlər ki, yezidilər xristiandır, ancaq belə deyil, onlar atəşpərəstlərdir, zərdüşt inancına inananlardır, inancları Qara Kitabdır-“Avesta”, indi də o kitabdan istifadə edirlər. Kürdlərin 80 faizi müsəlmandır. Onların 60 faizi sünnidir, qalanları şiə.



 - Niyə kürdlər hər Novruz bayramında münaqişə yaradırlar?



 - Bu heç də belə deyil, münaqişə hokumət dairələri tərəfindən yaradılırdı. Örnək, bu il heç bir inisitent baş vermədi. Çünki münaqişəni dövlət yaradırdı, lakin bu il yaratmadı, çünki sülh addımları atılmaqdadır. Bu il 3 milyona yaxın əhali Novruz şənliklərində iştirak etdi, bir nəfərin də burnu qanamadı. Bunların hamısı dövlətin siyasətindən asılı olan hadisələr idi.



 - Sizi çox vaxt separatçılıqda ittiham edirlər. “Diplomat” qəzetində bəzən qıcıq doğuran materiallar çap edirsiniz...  



 - 1990-93-cü illərdə könüllü olaraq Qarabağda döyüşmüşəm. Heç kim məni məcbur etmirdi, sadəcə daxildən gələn Vətən hiss idi. Bu gün mən bir kürd kimi öz xalqıma hörmət etməsəm, sənə necə hörmət edə bilərəm? Bu gün öz xalqımı sevdiyim, Abdulla Öcalanı Milli Azadlıq Hərəkatının rəhbəri kimi qəbul etdiyim üçün, qəzetdə bu mövzuda yazılar yazdığım üçün, Türkiyədən maliyyə dəstəyi alanlar, sifarişlə məni separatçı adlandırıblar. Sabir Rüstəmxanlı mənim məsələmi Milli Məclisdə qaldırdı və qeyd etdi ki, guya mən “Diplomat” qəzetində PKK-nı təbliğ edirəm. Hüquq mühafizə orqanları məni həbs etsinlər. Sabah Öcalan Türkiyə parlamentində yer tutanda, rəhbər vəzifəyə gələndə Sabir Rüstəmxanlı nə deyəcək? Sabir Rüstəmxanlı Cənubi Azərbaycanda hüquqları pozulan soydaşlarımızın, Çində uyğurların, Sibirdə altayların azadlığını istəyir. Bəs mən niyə öz xalqımın azadlığını istəməyim? Öcalanın atası ilə mənim babam əmioğludurlar, onun azadlığını niyə istəməyim? Mənim bu cür kəskin mövqeyimə görə müxalifətçilər məni separatçı adlandırırdılar. Ta ki İraq türkmənlərini bura dəvət edənə qədər. Bundan sonra bu ad tədricən mənim üstümdən götürüldü.



 - Öcalan sizin əmioğlunuz sayılır ki...



- Çində yaşayan uyğurlar Sabir Rüstəmxanlının soydaşı ola bilir, hələ aramıza iki baba girməyən Öcalanla niyə Əmioğlu  olmayım? Onu da bilmənizi  istəyirəm ki, kürdlərin hamısı biri-birinə əmioğludur. Qohum oldu-olmadı (gülür). 



 



- Nəyinsə uğrunda mübarizə aparan insanın terrora əl atmasına necə haqq qazandırmaq olar?



 



- Siz buna terror deyirisiniz, biz Milli Azadlıq Hərəkatı. Sizcə Milli Azadləq Hərəkatı necə olur?



Cənubi Azərbaycanda PKK kimi bir təşkilat yaransa və xalqın azadlığını istəsə, siz nə ad verərsiniz?



 



- Amma harasa partladılanda, uşaqlar da ölə bilər, sıravi kürd də.



 



- PKK haranısa partlatmaq praktikasından istifadə etmir. Dağlarda savaşır, polis idarələrinə və  hərbi bölmələrinə hücum edir. Partlayış törədən isə Türkiyə dövlətidir, partladırlar və PKK-nın üzərinə atırlar. Hər halda 5 min kənd PKK tərəfindən boşaldılmayıb. “Erqenekon” və maraqlı qüvvələr bunları törədirdilər. İndi niyə törənmir?



 



- Kürdlərin Azərbaycana qarşı da ərazi iddiaları varmı?



 



-          1923-cü illərdə yaranmış, 1929-cu ildə dağıdılmış Kürdüstan Qəzasının əvəzinə ermənilərin DQ muxtar vilayəti dağıdılsaydı yəqin ki, bu bəlalar başımıza gəlməzdi?



     Kürdlərin Azərbaycana torpaq iddiası olmayıb.Sovet hakimiyyətinin dağılışı zamanı, Məhəmməd Babayev Moskvada mitinqlər təşkil etdi, kürd xalqını bir yerə yığmaq üçün, bir qurum yarandi, lakin sovet hakimiyyəti dağıldı və o məsələ yarımçıq qaldı.



   O vaxtlar Babayev  Ayaz Mütəllibovun, Elçibəyin yanına gəlmişdi. Demişdi ki, biz camaatımızı yığaq Keçmiş Kürdüstan Qəzasına, erməniləri Qarabağdan qovaq,  Elçibəy razılaşmadı, dedi ki, özümüz hər şeyi edəcəyik, bizim kürdlərin köməyinə ehtiyacımız yoxdur.Beləliklə də, o dövrki hakimiyyət kürd kartından istifadə etmədi, ermənilər Vəkil Mustafayev vasitəsi ilə istifadə etdilər, sonda da Vəkili oyundan uzaqlaşdırdılar.



   Kürdüstan olsa, Kürdüstan böyükdür, kürdlər üçün də, azərbaycanlılar üçün də yer var. Kürdüstan azad olsa, Yaxın Şərq xaqlarının hamısı azad olacaq. Mən bir yazı yazmışdım ki, “Cənubi Azərbaycanın azadlığı, kürd xalqı ilə birgə mübarizədədir, yəni PKK ilə”. Təəssüflər olsun ki, bu yazıya qarşı çox xoşagəlməz cavablar yazıldı.  PKK bu gün İranda da mübarizə aparır. Cənubi Azərbaycanda yaşayan türklərin hərəsi bir güllə yardım etmiş olsaydı, indi çoxdan azadlıq əldə edilmişdi. Bizim Azərbaycanla bağlı torpaq iddiamız olmayıb, indi də yoxdur.



 



- Azərbaycanda yaşamış kürdlərdən PKK tərəfdə vuruşan varmı?



 



- 90-cı illərdə keçmiş sovetlər birliyindən, eləcə də Azərbaycandan bir qisim gənclər döyüşmək üçün PKK tərəfindən vuruşmağa getdi. Qayıdan da oldu, şəhid düşən də, orada qalan da. Mən özüm də bir jurnalist kimi getmişdim, sonra qalmaq istədim, amma Öcalan təhsil aldığımıza görə bizi geri qaytardı. Onu da deyim ki, Azərbaycandakı kürdlərin hamısı üzdə olmasa da, qəlbən  PKK-nı Milli Azadlıq Hərəkatı kimi qəbul edir.



 



- Abdulla Öcalanla görüşmüşdünüz?



 



- Yox, Öcalanın qardaşı Osmanla və başqa rəhbərlərlə görüşmüşdüm. O söylədi ki, Öcalan getməyimizi, siyasi mübarizə aparmağımızı istəyir. 



 



- Bərzani və Tələbani ilə görüşə bilmisinizmi?



 



- Onlarla ilk dəfə 2004-cü ildə , sonralar dəfələrlə görüşmüşəm. Kürdüstanın prezidenti Məsud Barzanidən və bir sira dövlət rəhbərlərindən  müsahibələr də götürmüşəm və qəzetimizdə çap edərək Azərbaycan oxucularına çatdırmışam.



 



- İraq Kürdüstanındakı vəziyyət sizi tam qane edir deyəsən...



 



- Düşünürəm ki, məni qane etdi-etmədi aparıcı dövlətlər öz istəklərini həyata keçirəcəklər. ABŞ, Avropa Birliyi, Yaxın Şərqdə maraqlı olan qüvvələr bu ölkələrdə münaqişə yaradaraq öz planlarını həyata keçirirlər. Belə ki, Suriya Kürdüstanı ilə İraq Kürdüstanını birləşdirib müstəqil Kürdüstan dövləti yaradacaqlar. Bir neçə ildən sonra isə Türkiyədə illərdən bəri, qardaş xalqlar arasında qırğınlar törədən kamalizm sistemi tamamilə məhv olacaq. Ərdoğanın rəhbərliyi ilə demokratik bir islam qurumu yaranacaq. Türkiyə federativ kürd-türk dövləti kimi böyük gücə sahib olacaq. Mən bunu görürəm. İran da maraqli qüvvələr tərəfindən dağılacaq. ABŞ-ın planı var ki, 2030-cu ilə qədər müstəqil vahid, böyük Kürdüstan dövləti yaratsınlar. Necə edəcəklər, hər halda bu, aparıcı dövlətlərin işidir. ABŞ və Avropa Birliyi Yaxın Şərqin yeraltı sərvətlərini tam ələ keçirmək üçün bunu edəcək. Onlar kürdlərin ala gözünə vurulmayıblar. Öz maraqlarını təmin etmək məqsədilə Kürdüstan dövlətini yaratmaq istəyirlər və yaradacaqlar.



 



- Bu dövlət həm də bir təzyiq vasitəsi kimi düşünülür, eləmi?



 



- Aydın məsələdir, dövlət yaradırlarsa, istədiklərinə qarşı da istifadə edə biləcəklər.



 



- Kürd mədəniyyətində hansı məşhurların adını çəkmək olar?



 



- Türkiyədə oxuyan müğənnilərin 90 faizi olmasa da 80 faizi kürddür. Şivan Pərvəri Türkiyəyə çağırırlar. O isə deyir ki, kürdlərə konstitusiya ilə haqq verilməyənə qədər ora gəlməyəcəyəm. Deyir ki, mən xalqları sevirəm, xalqların heç bir günahı yoxdur, silah-sursat satan qüvvələr xalqları qarşı-qarşıya qoyur ki məqsədlərinə çatsınlar. İnanıram cənab Ərdoğan bu münaqişəyə son verəcək, ondan sonra mən Vətənə qayıdacam.



 



- Bayaq Qaçaq Nəbinin, Koroğlunun adını çəkdiniz. Belə başa düşdük onları kürd hesab edirsiniz. Nizaminin də kürd olduğunu iddia edirdiniz.



- Düzünü desək  mən hesab etmirəm, siz hesab edirsiniz. Hələ bizim Kürdüstan adlı dövlətimiz, dayaq, dayanacaq yerimiz yoxdu ki, kimisə öz şairimiz hesab edək. Ancaq mən belə düşünürəm. Dərsliklərdə Nizaminin anasının kürd olduğu yazılır, amma atası haqqında heç bir məlumat verilmir. Nizami “Xəmsə”ni fars dilində yox, kürd dilinin sorani ləhcəsində yazıb. Bunu farsşünaslara, nizamişünaslara sübut etməyə hazıram. Bir də hər halda Şəddadi Kürd dövləti dönəmində dövlət dili kürd dili olar, fars dili olmaz.Qaldı xalq qəhrəmanı Koroğlu cəlali kürdlərindəndər, Qaçaq Nəbi qaraçolu kürdlərindəndir, Sultan bəy sofu kürdlərindəndir. Bunu sizdən başqa hamı bilir.



 



- Kürd ailələr öz aralarında bu dildə danışır?



 



- Mən öz ailəmdə kürdcə danışıram. Kürdcə danışan ailələr çoxdur, amma Azərbaycan dilində danışanlar da var. Bir məsələni deyim: Qarabağ işğalından sonra kürdlər məcburi şəkildə evlərində Azərbaycan dilində danışmağa başladılar.  Uşaqlar məktəbdə,  küçədə Azərbaycan dilini öyrəndi, danışdı, evdə kürdcə danışa bilmədi. Buna görə Azərbaycan dövləti tərəfindən kürd xalqına dəstək verilməlidir ki, qədim xalqımız öz varlığını,mədəniyyətini, dilini itirməsin.



 



- Türkiyədə yaşayan kürdlərdən Azərbaycana oxumağa gələnlər varmı?



 



- Eşitdiyimə görə, hazırda Azərbaycanda 3 minə qədər kürd tələbə təhsil alır. Onlar Türkiyə dövləti tərəfindən, rəsmi qaydada imtahan verərək Azərbaycana təhsil almağa gəlirlər.



 



- Yəqin, onlarla görüşüb fikir və düşüncələrinizi çatdırırsınız?



 



- Olur və burada pis bir şey görmürəm. Bu yaxınlarda Kürd Mədəniyyət Mərkəzi adından televiziyaya da çıxmışdılar. Xalqımızın mədəniyyətinin inkişafı üçün onlardan istifadə olunsa məncə yaxşı olar.



 



- Bir video vardı, mitinqlərin birində polis zabiti kürdcə əmrlər verirdi. Bu videonu görmüsüz?



 



- Baxmışam, bu əmrlər kürd dilində deyildi. Bu, məncə polislərin məxfi paroludur yəqin ki. Bu əmrlər kürdcə verilsəydi belə, burada qəbahətli bir şey olmazdı, ancaq kürdcə deyildi.



 



 



 



- Çox maraqlı bir məqam var. Azərbaycanda kürdlər haqqında müxtəlif maraqlı lətifələr var. Halbuki bu lətifələr Türkiyədə yoxdu. Bu lətifələr necə yaranıb?



 



- Deyilən lətifələr haqqında söz açırsınız, amma Azərbaycan ədəbiyyatında kürd xalqının qəhrəman, mərd, qorxmz, etibarlı, sədaqətli dost simvolundan danışmırsınız. Məncə çeçen oğlanın azərbaycanlılar haqqında dediyi sözləri yadına salsam pis olmaz. Təxminən 1999-cu il olardı, bir çeçen uşağı bir hadisə torədir, polis onu tutur və ona deyir:” Qorxmursan səni tutarlar?” O cavab verir: “Niyə, mən azərbaycanlıyam qorxam?” bu kimi həqiqətləri çox sadalamaq olar. Jirinovskinin sozlərini heç demirəm.



Lətifələr haqqında da,  belə izahat verə bilərəm, Sovet hökumətinin yaranışı zamanı Respublikanın yaranmasında türklərin sayı az olduğundan, burda yaşayan xalqları azərbaycanlı yazdıraraq Azərbaycan Respublikasını qurmaq istəmişlər, kürd xalqı buna razılıq vermədiyinə gorə,vəziyyəti belə görən hökumət dairələri kürdləri milli ruhdan diksindirmək üçün bilərəkdən müxtəlif lətifələr yaratdılar və bu lətifələr sayəsində qismən də olsa öz məqsədlərinə çatsalar da, qəhrəman Kürd Xalqı tarixdə mübariz və qəhrəman bir xalq olaraq damğasını əbədi vurmuşdur. Onun şir ürəkli Riçardı diz çökdürən Səlahəddin Əyyubi kimi qəhrəmanları var.


Teqlər:
Bu xəbər cəmi 22550 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.