Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
12:58 27/6/2017
______________________________
______________________________
12:12 26/6/2017
______________________________
12:10 26/6/2017
______________________________
______________________________
13:53 24/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
15:12 23/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:28 21/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:22 10/6/2017
______________________________
11:21 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
18:49 09/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:31 08/6/2017
______________________________
______________________________
19:47 08/6/2017
______________________________
19:45 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:49 08/6/2017
______________________________
16:46 08/6/2017
______________________________
______________________________
______________________________
Aqil Nəzərli sosioloji sorğunun qalibi oldu
Şahin Məmmədov : “Rəhbər gərək camaatdan uzaq düşməsin”
Sarsılmaz döyüşçü, professional rəhbər
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ağsu sakinləri: "İcra başçısından birinci vitse-prezident Mehriban Əliyevaya şikayət edəcəyik!"

Ağsu sakinləri:


Ağsu RİH-nin başçısı Ənvər Seyidəliyev haqqında ittihamların ardı-arası kəsilmir Azerinfo.az saytnın yaydığı məlumatlardan belə nəticəyə gəlmək olar ki, Ağsuda icra başçısının qohumlarından təşkil etdiyi imperiya özbaşınalıq edərək sakinlərin narahatçılığına səbəb olur. Belə ki, Ağsu rayonunda başçının qohumları bütün yaxşı vəzifələri tutaraq vəzifələrindən sui-istifadə edirlər. “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Fətulla Seyidəliyev qardaşına arxalanaraq hər cür qanunsuz hərəkət törədir. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. Varis Nəzərov bazarda mal satmağa gələn satıcılardan hər günün sonunda müəyyən qədər "haqq" alır və daha sonra onları yola salır. Ağsu Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsi isə icra başçısının başqa bir yaxın qohumuna həvalə edilib. Sakinlər bildirirlər ki, artıq özbaşınalıq və qanunsuzluq Ağsuda pik nöqtəyə gəlib çatıb. Təhsili olmayan və ya ticarət-iaşə təhsili olan qəssabları rüşvət verərək orta məktəblərdə müəllim işləyirlər. İcra başçısının “Topal Teymur” adlanan qardaşı bütün mağazalardan haqq yığır. Haqq verməyən şəxslərin obyektlərinin fəaliyyət göstərməsi mümkün deyil. Ənvər Seyidəliyevin etdikləri bununla da yekunlaşmır. Xəbər portallarında apardığımız araşdırmalarımızdan çıxan nəticəyə görə, icra başçısı və müavinləri hədsiz dərəcədə qumar düşkünüdürlər. Artıq heç kəsə sirr deyil ki, icra başçısı və müavinləri adətən günortadan sonra Ağsu perevalında «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynayırlar. Qeyd edək ki, həmin restoran Ənvər Seyidəliyevə məxsusdur. Bu məsələlər ilə bağlı "Bölgə TV" əməkdaşları Ağsu rayonuna ezam olunub. Bir qrup Ağsu sakini bildirir ki, icra başçısı Ənvər Seyidəliyev rayon sakinlərinin sosial problemlərinin həlli ilə məşğul olmaqdan imtina edir. İcra başçısı şikayətçiləri dinləmək istəmir və buna məcbur qaldıqda isə adətən şikayətçiləri acılayaraq onları haqsız çıxarır. Şikayətçilərin sözlərinə görə, buna səbəb Ənvər Seyidəliyevin rayondakı bütün vəzifələri öz qohum-qardaşına paylamasıdır: "Ənvər Seyidəliyev öz qohum-əqrabasına heç bir şey deyə bilmədiyinə və bütün özbaşanalıqların başında özü durduğu üçün şikayətçiləri ya dinləmir, ya da dinləyib boş söz verməklə kifayətlənir. Artıq rayonda hamı bilir ki, Ənvər Seyidəliyevə hansısa məsələ ilə bağlı şikayət etmək və yaxud ondan hansısa problemin həllini istəmək boş və mənasız bir işdir". Artıq Ağsuda kritik vəziyyət yaranıb. Sakinlər son çıxış yolu kimi icra başçısının əleyhinə imza toplayaraq, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyi düşünürlər: "Bizə başqa seçim şansı buraxılmayıb. Rayonda günü-gündən özbaşınalıq artır, bunun qarşısını kimsə almalıdır. Elə bil rayonda həmin vəzifələrə layiq başqa potensiallı adam yoxdur, Ənvər Seyidəliyev ancaq öz qohumlarına verib yaxşı vəzifələri. Başçı onlardan iş tələb etmir, onlar da arxayınlaşıb şikayətlərimizi vecə almırlar. Bilirlər ki, onsuz da heç kim bir söz deməyəcək. Amma belə olmaz axı."- deyə şikayətçilər bildiriblər. Etibarlı mənbələrədən aldığımız məlumatlar nəticəsində Ə.Seyidəliyev haqqında daha bir neçə şok faktı öyrənə bilmişik. Belə ki, iddialara görə, Ə.Seyidəliyev ölkə xaricində dəyəri milyon manatlarla ölçülən villa inşa etdirib. Bundan əlavə, icra başçısı bir zamanlar ədavət yaşadığı şəxsin birinə ev hədiyyə edərək aradakı buzları əridib. İddiaların nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün İcra Hakimiyyəti başçının müavini-İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Sevil Mirzəliyeva ilə əlaqə saxladıq. S.Mirzəliyeva bildirdi ki, bu iddiaların hamısı əsassızdır. "Rayonumuzda hamı yaxşı bilir ki, Ənvər Seyidəliyev necə işgüzar insandır. Bunlar hamısı başçını gözü götürməyən insanların uydurmasıdır. Sakinlərimizdən də xahiş edirəm, bu yalan sözlərə inanmasınlar."- deyə Sevil Mirzəliyeva bildirdi. Bolgexeber.com


Teqlər:
Bu xəbər cəmi 1480 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.