Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
12:54 31/3/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Bank kreditləri  Ağdam təhsilini “yeyir” - Direktorlar təhsil şöbəsinin rəhbərinə qarşı
Azərbaycanlı gözəl Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib – FOTOLAR
“Təki vətən yaşasın” - SƏNƏDLİ FİLM
Samir Şərifov Laçın təhsilini yoxladır: hər müəllimdən 10 manat tutulub – Özəl
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yevlaxda Xöşbəxt xanım təhsilimizi “bədbəxt edir”

Yevlaxda Xöşbəxt xanım təhsilimizi “bədbəxt edir”
Görəsən rəhbərlik etdiyi təhsil şöbəsini rüşvətxorluq girdabına sürükləyən Zərifə xanımı, yaxın vaxtlarda nələr gözləyə bilər? Zərifə Məmmədova soyadı ilə tanınan Yevlax şəhər təhsil şöbəsinin müdiri vəzifəsini daşıyan Zərifə xanımın adı, artıq respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləsinlər. Amma, bu gün Yevlax şəhər təhsil şöbəsini uçruma sürükləyən Zərifə xanımın adı çəkiləndə, hər kəs onu təhsilimizin qənimi hesab etməkdən belə çəkinmirlər. Belə bir yanaşma nədən və hardan qaynaqlanır? Səbəb nədir ki, təhsil şöbəsinin şefinə qarşı bu cür ictimai münasibət formalaşıb? Odur ki, bütün bunlar haqda lazımi məlumatları əldə etmək üçün, heç də vaxt itirməyə dəyməz. Sadəcə olaraq şəhərin bir neçə təhsil ocaqlarına, o cümlədən “solaxay idarəçiliyin” tətbiq olunduğu 10 saylı şəhər orta məktəbinə baş çəkmək kifayət edər ki, hörmətli Zərifə xanımı nədən təhsilimizin qənimi hesab edirlər yanaşmasına, bu və ya digər formada aydınlıq gətirə bilək. Çünki, informasiya mərkəzimizi məlumatlandıran mənbə bildirir ki, xanım şöbə müdiri neçə illərdir ki, daşıdığı vəzifəsinə sahib olub və ötən illər ərzində də o, Yevlax təhsilinə də elə bir zərbələrini vurub ki, həmin zərbələrin izini hələ uzun müddət silmək mümkün olmayacaq. Zərifə xanımın həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbə bildirir ki, o, hər il dərs günü başlamazdan əvvəl məktəb direktorlarının iştirakı ilə bağlı qapılar arxasında “məşvərəti-məclis” keçirir və hər bir məktəb direktoruna lazımi tapşırıqlarını da verir. Keçirilən görüşdə təhsilə dair bir sıra məsələlər müzakirəyə çıxarılsa da, əsas müzakirə mövzusu şöbə müdirinin maraqlarının təmin olunmasına yönəldilir. Məsələn, o, keçirilən “məşvərəti-məclis”də məktəb direktorlarına tapşırıqlarını verir ki, yeni dərs ili başladı, mütləq məktəblilər dərsə məktəbli formasında getməlidirlər. Bəli, belə bir tapşırıq günün tələbi olsa da, amma, hər kəs verilmiş tapşırıqların mahiyyətini dərk edir ki, həmin tapşırıqlar heç də elə-belə verilmir. Çünki, şəhərin mərkəzi hissəsində və ətraf ərazilərdə məktəbli formasını tikən bir neçə sexlər var ki, həmin sexlər də, bu və ya digər yollarla xanım şöbə müdirinə bağlı olan sexlərdir. Elə ki, dərs günü başlamazdan əvvəl həmin sexlərdə məktəbli formaları tikilib hazır olur, o halda xanım şöbə müdiri məktəb direktorlarından konkret siyahını tələb edir və məktəbli formalarını da onlara siyahı ilə paylatdırır. Ümumi satışdan əldə olunan gəlirin bir hissəsi həmin sexlərə çatsa da, gəlirin daha çox hissəsi isə, şöbə müdiri ilə məktəb direktorları arasında “pay-püş” edilir. Bundan əlavə, şəhərin təhsil ocaqlarında direktor vəzifəsini daşıyanların tam əksəriyyəti, Zərifə xanıma bağlı məktəb direktorlarıdırlar. O, belə bir addımlarını atarkən yüz ölçüb bir də biçib. Yəni, əvvəlcədən götür-qoy edib ki, hər təhsil ocağına rəhbər təyin olunan şəxs, mütləq ona bağlı şəxs olmalıdır. Çünki, müəyyən maxinasiyaları, saysız-hesabsız qanunsuzluq əməllərini və.s ört-basdır etmək üçün, o, zamanında məsləhətli addımlarını atıb. Bu gün də nəticə göz önündədir. Məsələn, şəhərdəki mənbəmiz informasiya mərkəzimizi məlumatlandıraraq bildirir ki, dərs günü başlamazdan əvvəl, Yevlaxın təhsil ocaqlarında dərs saatları rəhbərliyin maraqları çərçivəsində satışa çıxarılır. Satış mərkəzi şəhərdəki “Təbiət” şadlıq sarayının altında yerləşən və Samir adlı şəxsə məxsus olduğu bildirilən mağazada həyata keçirilir. Belə bir olaylar haqda məlumatları informasiya mərkəzimizə verən mənbə onu da bildirir ki, Zərifə xanımım “dobro” deməsindən sonra, əksər məktəblərdə təcili qruppalar da yaradılır və hər qruppa 100-200 manata satılır. Şəhərin əksər məktəblərində “ölü siniflər” də mövcuddur. Bu sırada şəhər 10 saylı məktəbinə direktorluq edən Xoşbəxt xanımın adı, daha çox öndə çəkilir. Çünki, Xoşbəxt xanım gündəlik Yevlax təhsilinə bədbəxliklər bəxş etməkdədir. Adicə onu vurğulamaq yerinə düşər ki, 10 saylı məktəbdə 1 dərs saatı müəllimlərə 15-20 manata satılır. Fənlər üzrə əsas ixtisas sahibi olan müəllimlərə az dərs saatı verilir. Kollec təhsili alanlara isə, müəyyən maraqlar çərçivəsində 8-10 saat dər saatı verilir. Hər ibtidai sinfin açlışına görə, müəllimlərdən 150-200 manat “şirinlik” alınır. Məktəbdə elə sinif var ki, şagirdlərin adları jurnallarda getsə də, özləri məktəb üzü tanımırlar. Xöşbəxt xanımın bədbəxt etdiyi 10 saylı şəhər məktəbdə müzakirə olunan mövzulardan biri də, onun kürəkəninin həmin təhsil ocağında gecə gözətçisi “işləməsidir”. Amma fakt budur ki, onun kürəkəni Türkiyədə yaşayır. Doğma qızının adı ştat cədvəlində gündüz gözətçisi getsə də, onun da gözətçilikdən heç cür xəbəri olmur. Hələ bunlar azmış kimi, şəhərdə vəzifə sahibi olan şəxslərdən birinin həyat yoldaşının adı ştat cədvəlində müəllimə olsa da, həmin xanım da heç vaxt məktəb üzü tanımır. Şəhər təhsil şöbəsində işləyənlərdən birinin qız övladının adı isə, həmin məktəbdə texniki işçi kimi getsə də, o RF-ı ərazisində yaşayır və belə bir səbəb üzündən də, heç vaxt məktəb üzü tanımır. Şagirdlərə verilməli olan kitabların çoxu şəhərin mağazalarında satışa çıxarılır və bütün bunlarında başında da, hörmətli Zərifə xanım durur. İndi bir anlığa fikir verək. Bütün bu kimi maxinasiyaların arxasında nələr durur? Təhsilimizi inkişaf etdirmək, yoxsa büdcə pullarını belə bir yollarla altüst etmək? Maraqlı haldır ki, Yevlaxın təhsil ocaqlarında yığılan pullar, məhz Səyyaz müəllimin adı ilə yığılır. Səyyaz müəllim də təhsil şöbəsində müavin işləyir və o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədovun qayınatasıdırdır. Yevlax təhsilində yaşanan belə bir ab-havanın varlığı onu söyləməyə əsas verir ki, bəli rəhbərliyin yarıtmaz idarəçiliyi, ümumi vəziyyətin bu həddə gəlib çatmasına səbəb olan əsas amildir. Diqqəti cəlb edən hal odur ki, şəhər icra hakimiyyətinin başçısı ümumi vəziyyət haqda kifayət qədər məlumatlı olsa da, o da hər hansı qabaqlayıcı tədbirlərini görmür. Artıq dövr dəyişib, zaman yeniləşib. Yəni sabiq nazirin idarəçiliyi, bu gün yeni təfəkkürə, yeni idarəçilik üslubuna söykənən cənab Mikayil Cabbarovun idarəçiliyi ilə əvəzlənib. Rəhbərliyin dəyişdiyi ilk vaxtlarda, əmələ gələn ab-hava əksəriyyətdə belə bir fikir formalaşdırmışdı ki, Yevlax təhsilində şöbə müdirliyi vəzifəsi, heç də Zərifə xanıma düşərli olmayacaq. Sevindirici hal o oldu ki, cənab Mikayıl Cabbarov təyinatının ilk günlərindən müəyyən addımlarını atmağa başladı. Yerlərdən ünvanlanan şikayətlərin araşdırılması, baş verən neqativ amillərin müəyyən olunması, işinin öhdəsindən gələ bilməyən rəhbər şəxslərin dəqiqləşdirilməsi və vəzifələri ilə vidalaşmaları istiqamətində lazımi addımlarını atması, hər kəsə ümid verdi. Belə olan halda inanırıq ki, yaxın vaxtlarda “yola salınacaq” vəzifə sahiblərindən biri də, hörmətli Zərifə xanım olacaq. Həmin günün reallaşacağını tək biz yox, Yevlax təhsilində əvəzsiz xidməti olanlar da səbirsizliklə gözləyirlər. İnanırıq ki, xanım şöbə müdirinin şöbə müdirliyindən “yola salınması” Yevlax təhsilinə yeni bir nəfəs verəcək. Bu əksəriyyətin istəyi, həm də zamanın tələbidir. P.S. Hörmətli oxucular! İnanırıq ki, bizim belə bir açıqlamamızdan sonra Yevlax təhsilini “qara günə” sürükləyən, təhsilimizə olmazın zərbələrini vuran hörmətli Zərifə xanımın idarəçiliyinə, xüsusilə də 10 saylı şəhər məktəbində qol qoyulan maxinasiyalara olduqca diqqət döstəriləcək və cənab Mikayıl Cabbarovun qol qoyulan saxtakarlıqlarla bağlı qərarı, yəqin ki, yaxın günlərdə hər kəsə də bəyan olacaq. Sadalanan problemlərlə bağlı, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Ramilə Elmanqızı

Teqlər:
Bu xəbər cəmi 3280 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.