Xəbər Lenti

______________________________
12:12 26/6/2017
______________________________
12:10 26/6/2017
______________________________
______________________________
13:53 24/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
15:12 23/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:28 21/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:22 10/6/2017
______________________________
11:21 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
18:49 09/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:31 08/6/2017
______________________________
______________________________
19:47 08/6/2017
______________________________
19:45 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:49 08/6/2017
______________________________
16:46 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Aqil Nəzərli sosioloji sorğunun qalibi oldu
Şahin Məmmədov : “Rəhbər gərək camaatdan uzaq düşməsin”
Sarsılmaz döyüşçü, professional rəhbər
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gəncə Dövlət Unversitetinə Yusif olayları

Gəncə Dövlət Unversitetinə Yusif olayları

Hörmətli redaksiya,Sizdən çox xahiş edirik ki,bizim bu   


                                          müraciəti  olduğu  kimi dərc etməklə bərabər,lazımi    


                                          orqanlara da  göndərəsiniz.


                 Surəti Azərbaycan Respublikasınin Prezidenti  İLHAM  ƏLİYEVƏ.


 


           GƏNCƏ  DÖVLƏT  UNİVERSİTETİNİN  BİR  QRUP  PROFESSOR       


           MÜƏLLİM   HEYƏTİNİN  AZƏRBAYCAN    RESPUBLİKASININ          


                TƏHSİL   NAZİRİ   MİKAYIL   CABBAROVA   MÜRACİƏTİ


      Hörmətli cənab Nazir,Sizin təhsil sahəsində apardığınız islahatlar  danılmazdır. Buna  misal olaraq  orta məktəblərdə  aparılan  diaqnostik  qiymətləndirməni, "Sabah"  qruplarının  yaradılmasını  və s. qeyd  etmək  yerinə  düşür.Cənab  Nazir, biz  Gəncə  Dövlət Universiteti  kollektivi  olaraq  Sizin  fəaliyyətinizi  və  iş prinsipinizi  bəyənir  və  tam  dəstəkləyirik.  


      Amma  bir  məsələ  ilə bağlı Sizə müraciət  etmək qərarına  gəldik.Bu məsələ, Gəncə  Dövlət  Universitetinin  normal  tədris  prosesinə  mane  olan  və hər yerdə Sizə qohum  olmağını  hamının  gözünə  soxan  Gəncə  Dövlət  Universitetinin  tədris  işləri  üzrə  prorektoru  Məmmədov  Fəxrəddin Həsən oğlu ilə bağlıdır.


        Cənab Nazir, məlumunuz  edirik  ki, Fəxrəddin  Məmmədov  Gəncə  Dövlət Universitetinə  gələn  dövrə  qədər  bir neçə  təhsil ocağından müəllimə yaraşmayan  yarıtmaz  və  biabırçı  hərəkətlərinə  görə qovulmuşdur. Məsələn,Fəxrəddin  Məmmədov  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasının (indiki ADAU)  İqtisadiyyat  fakültəsinin  İnformatika  kafedrasında  işləyən zaman  özünü  apara  bilməməsi, daim   işə  sərxoş  vəziyyətdə  gəlməsi  ucbatından  kafedra  əməkdaşları  tərəfindən  kafedraya  buraxılmamışdır.Bundan sonra , o, məcburən  AKTA-nın riyaziyyat  kafedrasına  keçmişdir.Burada  onun "xəstəlikləri" yenidən  baş  qaldırmış, fəaliyyəti  dəfələrlə  kafedra iclaslarının  müzakirə  mövzusu  olmuşdur.Nəticədə, həmin  kafedranın  əməkdaşlarının  heç  biri  seçki prosesində  ona  səs verməmiş  və  o,müəllimə  yaraşmayan  qeyri-etik hərəkətləri  nəticəsində  AKTA-dan  qovulmuşdur. Orada  işləyən  zaman, Azərbaycan  Kənd Təsərrüfatı  Akademiyasınin  keçmiş  rektoru  ,akademik  Məmmədtagı  Cəfərov dəfələrlə  Fəxrəddin  Məmmədovu  yanına  çağırmış  və  müəllimə  yaraşmayan hərəkətlərinə  son  qoymağı  tələb etmişdir.Fəxrəddin  Məmmədov  Milli  İstiqlal Partiyasının  liderlərindən  biri  kimi  dərs  zamanı tələbələrə dərs keçmək əvəzinə,daim təbliğat aparmış  və  ulu öndər  Heydər  Əliyevə  qarşı  kəskin mövqeyi  ilə  həmişə  diqqət  mərkəzində olmuşdur.Bu məsələ  ilə bağlı akademik Məmmədtağı  Cəfərov  dəfələrlə onunla söhbət  etmiş və doğru yola dəvət etsə də,Fəxrəddin Məmmədov  dövlətçiliyimizin  əleyhinə  olan  təbliğatdan  vaz keçməmişdir.Nəticədə  o, ADAU-dan  qovulmuşdur.


      Hələ 90-cı illərdə ADAU-da işləyən Fəxrəddin müəllim, alimliyi yarıtmadığından siyasətlə məşğul olmağa başlamışdı, hər dəfə ikarusnan Bakıya gedib müxalifətin təşkil etdiyi mitinqlərdə iştirak edən cəbhəçilərdən Fəxrəddin müəllimə xəbər gəlir ki, bəs deməzsən sənsiz bir günümüz olmasın, hazırlaş, gedirik Bakıya, mitinqə. Bu dəfə ikarusa dolub Bakıya gedən cəbhəçilər görürlərki, Fəxrəddin müəllim avtobusun içini daşla doldurub, deyirlər "Ə, nəğayırsan, bu nədir?" 


-Daş yığmışam ,deyir.


-Ə, daşı neynirsən, biz Bakıya mitinqə gedirik, ey -deyirlər.


-Bilirəm, elə ona görə yığıram dana, aparıram ki, Bakıda mitinqdə iqtidara atmağa əlimdə daş olsun, birdən Bakıda daş tapmadım, bəs onda iqtidara nə ataram?-deyir Fəxrəddin müəllim. İllər aylar keçdi, Bakıya avtobusla daş yığıb aparan Fəxrəddin müəllim necə oldusa ətəyindəki daşları töküb, birdən millətin gözü qarşısında oldu vəzifə sahibi,böyük bir universitetin prorektoru... Amma daş məsələsi yaddaşlardan silinmədi ki, silinmədi. Hələ üstəlik camaata düzgünlük, elm dərsi keçib, ağıl öyrətməyədə başladı, pah atonnan işə bax ey ! Kişidəki bəxtə, fərasətə bax, malades!malades...


      Hal-hazırda  da  Fəxrəddin Məmmədov öz köhnə  əqidəsindən  əl  çəkmir,tez-tez cənab Prezidentin fəaliyyətinin   əleyhinə  danışır və  tədbirlərə qatılmır.Bir şeyi  də  qeyd  edək ki,F.H.Məmmədov   Gəncə  Dövlət Universitetinin Riyaziyyat-informatika  fakültəsinin  İnformatika  kafedrasında   hələ   müəllim işləyən zaman  dəfələrlə dövlətə və  dövlətçiliyimizə qarşı  təbliğatla məşğul olduğu üçün  tələbələr tərəfindən hücuma məruz qalmış və auditoriyadan çıxarılmışdır.Bu azmış kimi,Riyaziyyat  fakültəsində  dekan  müavini  işləyən zaman adını  çəkmək  istəmədiyimiz  qadın  müəlliməyə  qarşı  qeyri-etik hərəkətlər  etdiyi  üçün  müəllimənin  atası  tərəfindən  tələbələrin gözü qarşısında koridorda vəhşicəsinə  döyülmüşdür. Əgər  F.H.Məmmədov  öz  hərəkətlərinə  son  qoymasa, bütün  Gəncə Dövlət Universiteti  kollektivinə   məlum olan ,onun müəllimə  xas olmayan  əxlaqsız  hərəkətlərinə  görə  döyülməsinin  təfərrüatlarını və  videosunu  mətbuata  açıqlayacayıq.


      Cənab Nazir ,Siz Azərbaycan dövlətinə,dövlətçiliyimizə    xidmət edən ,Heydər Əliyev  ideyalarına  sadiq  bir  insansız .Amma,əqidəsi  yerində  olmayan F.H.Məmmədov  Sizə    qohum  olmağını  hamının  gözünə  soxaraq,universitetdə  öz  çirkin  əməllərini  yerinə yetirir.Hal-hazırda  Fəxrəddin  Məmmədov  universitetdə  öz  əqidəsinə  uyğun  qeyri  saglam  fikirli  adamlardan  qrup yaratmış  və  Sizin  adınızdan  istifadə  edərək  kollektiv  üzvlərinə  hədə-qorxu gəlməklə  məşğuldur. İstənilən  vaxt  Çingiz  adlı  ağsaqqal  bir  kişini Universitetin  binasının  yanına  gətirərək   "baxın, cənab  nazir  Mikayıl Cabbarovun  atasıdır",   "bilin  ki,mən   kimin  qohumuyam, mən  nə  istəsəm  edə bilərəm" deməkdən  sanki, xüsusi  bir  həzz  alır.Bu  adamın  psixoloji  durumunda  sanki, bir  problem var.Universitetdə  istədiyi  hərəkətləri  edir,bunu  Sizin adınızla bağlayır və Sizin adınıza  ləkə gətirir.Belə hərəkətlər GDU-nun tarixində  indiyə qədər olmayan və tədris işləri üzrə prorektora yaraşmayan  hərəkətlərdir.Belə  bir adamın  prorektor  vəzifəsində  olması agıla sıgan deyil.


       Cənab Nazir,biz   Sizin qətiyyətinizə   inanırıq və  əminik  ki,Siz  Fəxrəddin Məmmədov  haqqında  lazımi  ölçü  götürəcəksiz.


                                 Hörmətlə,


                                                    Gəncə Dövlət Universitetinin  bir qrup


 


 


 


  

Teqlər:
Bu xəbər cəmi 3055 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.