Xəbər Lenti

______________________________
12:12 26/6/2017
______________________________
12:10 26/6/2017
______________________________
______________________________
13:53 24/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
15:12 23/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:28 21/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:22 10/6/2017
______________________________
11:21 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
18:49 09/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:31 08/6/2017
______________________________
______________________________
19:47 08/6/2017
______________________________
19:45 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:49 08/6/2017
______________________________
16:46 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Aqil Nəzərli sosioloji sorğunun qalibi oldu
Şahin Məmmədov : “Rəhbər gərək camaatdan uzaq düşməsin”
Sarsılmaz döyüşçü, professional rəhbər
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kərəm Həsənovu bitirən “dosye”: Mahmudovçularla əlaqə, “çekist” qardaş və …

Kərəm Həsənovu bitirən “dosye”: Mahmudovçularla əlaqə, “çekist” qardaş və …
Məlum olduğu kimi, bir neçə ay öncə dövlət başçısı Ilham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçirilir. Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunmalıdır. Bununla da, müəssisələrin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq prezidentin səlahiyyət dairəsinə keçib. Bu fərman özəlləşdirilmənin yeni qaydalarla həyata keçirilməsinin əsaslarını müəyyən edib. Bundan sonra Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi prezidentin qərarları ilə həyata keçiriləcək. Bu fərmanla faktiki olaraq Kərəm Həsənovun səlahiyyətləri əlindən alınır. Bəzi iddialara görə, bu addımın kökündə Kərəm Həsənovun adının “MTN işi”nə bulaşması dayanır. Qeyd edək ki, mətbuatda Kərəm Həsənovun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun şəbəkəsi ilə işbirliyi barədə sensasion məlumatlar yayılmışdı. Bu məlumatlar nə təkzib, nə də təsdiq olunub. Hər halda görünən odur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov erası sona yaxınlaşır. Bu barədə cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, artıq komitə sədrinin fəaliyyətinin təftişinə “ən yüksək səviyyədə” qərar verilib: “Növbəti məmur islahatları çərçivəsində, Eldar Mahmudov və Əli Abbasovun ardınca vəzifəsini itirəcək növbəti şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, ölkə mətbuatının illər uzunudur ki, sərt şəkildə tənqid etdiyi, adı ən müxtəlif qalmaqal və qanunsuzluqlarda hallanan Kərəm Həsənovdur. İsmi E.Mahmudovla birlikdə bir çox layihələrin reallaşmasında hallanan və sabiq MTN rəhbəri ilə şərikli biznesə malik olan K.Həsənovun çoxillik fəaliyyətinin təftişinə qərar verilib ki, aparılacaq yoxlamaların “MTN işi”ndən heç də az sensassiya doğuracağı istisna edilmir”. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, K.Həsənovun min hektarlarla torpaq sahəsinin satışı zamanı ciddi qanunsuzluqlara yol verdiyi, yeni alqı-satqıların bir çoxunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun çalışdığı dönəmə sənədləşdirdiyi ilə bağlı ciddi şübhələr mövcuddur: “Komitə sədrinin dəyəri milyardlarla hesablanan torpaq sahələrinin alqı-satqısını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov dönəminə sənədləşdirdiyi, bununla da bu torpaqlarla bağlı məsuliyyətdən yaxa qurtarmağa çalışdığı ilə bağlı əlaqədar qurumların əlində ciddi informasiyalar mövcuddur. Hansı ki, bu informasiyaların həqiqiliyini sübut etmək üçün komitənin arxivində müəyyən təftiş aparmaq kifayətdir. K.Həsənovun rəhbərlik etdiyi dövlət qurumunda aparılacaq təftiş zamanı bu amilə xüsusi diqqət yetiriməsi nəzərdə tutulub. Komitə sədrinin sabiq MTN rəhbəri Eldar Mahmudovla birlikdə həyata keçirdiyi birgə layihələlər və bu layihələr zamanı yol verilən qanunsuzluqların da ciddi şəkildə araşdırılması nəzərədə tutulub. Bu isə o deməkdir ki, komitə sədri sadəcə vəzifəsini deyil, azadlığını da itirə bilər”. Onu da bildirək ki, Əmlak Məsələri Dövlət Komitəsinin rəhbərinin Eldar Mahmudov, Akif Çovdarov və digərləri ilə əlaqələrini sübut edən onlarla fakt var. Belə ki, sabiq MTN naziri Eldar Mahmudov və komandası ilə bağlı istintaq qrupunun apardığı “MTN işi”nin “yanğını” Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Şahin Həsənova da çatıb. Bu barədə bizi məlumatlandıran özəl mənbənin sözlərinə görə, Eldar Mahmudov və Kərəm Həsənov arasındakı isti münasibətlər sonucunda MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirilən Şahin Həsənovla bağlı bir sıra qaranlıq məqam var ki, bunlardan biri adıçəkilən şəxsin təyinatı ilə bağlıdır. Mənbənin verdiyi məlumata görə, E.Mahmudov Şahin Həsənovun beynəlxalq əlaqələr şöbəsinə təyinatı məsələsində nəzərə alınması gərəkən başlıca prinsiplərin heç birinə əhəmiyyət verməyib və nəticədə beynəlxalq əlaqələr şöbəsi üçün tamamilə yararsız bir şəxs bu şöbənin rəhbərliyi postuna gətirilib. MTN-nin beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyində təmsil olunan şəxsin ən azı iki xarici dil bilməsinin şərt olduğunu bildirən mənbə, Ş.Həsənovun heç bir əcnəbi dil bilmədiyinə diqqət çəkib. Mənbənin bildirdiyinə görə, Ş.Həsənov beynəlxalq münasibətər sistemində baş verən proseslər, beynəlxalq hüquq və əməkdaşlıq kimi məsələlərlə bağlı da minimal bilgi, analiz və manevr səriştəsinə malik deyil. Bütün bunlar azmış kimi Ş.Həsənovun sabiq nazirin yol verdiyi bəzi qanunsuzluqlarda “pay sahibi” olduğu ilə bağlı ciddi şübhələr var ki, bu da onun sadəcə işdən azad edilməsi ilə deyil, həm də istintaqa cəlb edilməsi ilə nəticələnə bilər. Mənbənin verdiyi məlumatdan və MTN-lə bağlı baş verən olayların ümumi mənzərəsindən belə qənaətə gəlmək olar ki, Ş.Həsənov bəzi həmkarları kimi istintaqa gedən yolun astanasındadır. Bu yolun Ş.Həsənovu hansı sonluğa aparıb çıxaracağını isə zaman göstərəcək. Bu günlərdə cumhuriyyet.az-a daxil olan səhih məlumata görə, komitə sədri Kərəm Həsənovu MTN rəhbəri olmuş Eldar Mahmudova bağlayan yeni tellər üzə çıxıb. Bu bağların sıx və indiyə qədər davam edən nüansı hər iki tərəfə eyni vəkilin xidmət etməsi faktıdır. Komitə sədrinin deputat qardaşı Malik Həsənovun şəxsi vəkili ilə Mahmudovun ailə vəkili eyni hüquqşünasdır. Onun kimliyi redaksiyamıza məlum olsa da, etika naminə hələlik açıqlamaq istəmirik. Həmin vəkil həm Mahmudovlar ailəsinin şəxsi işlərinə baxır, həm də Həsənovlarla əlaqəlidir. Bu da uzun müddətdir ki K.Həsənovla E.Mahmudovun işbirliyi barəsində mətbuatda yazılanların daha bir təsdiqləyici nümunəsidir. İddialara görə daşınmaz əmlakın rəsmiləşdirilməsi, sənədləşmə və reyestr işləri ilə bağlı müxtəlif əməliyyatlar deputat M.Həsənova çox yaxın olan vəkil vasitəsi ilə həyata keçirilib. Eyni zamanda sözügedən vəkil MTN şefinin ailə biznesi, torpaq, obyekt, ümumilikdə daşınan və daşınmaz əmlakının sənədləşdirilməsi proseduruna cavabdeh şəxsdir. Bütün bunlarla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, indinin özündə də vəkil hər iki tərəf üçün fəaliyyətini davam etdirir. Komitə sədrinin qardaşının biznesində mühüm hüquqi işləri həyata keçirən vəkil gizli saxlanır. Yeri gəlmişkən, M.Həsənovun deputat mandatı almasında E.Mahmudovun birbaşa rolunun olduğu deyilir. Ona görə də deputatın vəziyyəti ürəkaçan deyil. K.Həsənov da aylardır başağrısına çevrilən bu məsələdən heç cürə qurtula bilmir. Ölkə rəhbərliyi qarşısında etimadını itirmiş komitə sədri vəzifəsini qorumağa müvəqqəti də olsa müvəffəq olub. Lakin onun başı üzərindəki qara buludlar tərk etməyib. Hələ də komitə sədri üçün MTN işinin bundan sonra istənilən cəncəli yaradacağı gözləniləndir. K.Həsənovun bütün tapşırıqlarını Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı hesab olunan və komitədəki bütün qaranlıq işlərin arxasında dayanan Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru Mohuma Heraçiyev və Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov (o artıq vəzifəsindən azad edilib) yerinə yetirib. Çingiz Coşqun, Cumhuriyyet.az

Teqlər:
Bu xəbər cəmi 2490 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.