Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
12:54 31/3/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Bank kreditləri  Ağdam təhsilini “yeyir” - Direktorlar təhsil şöbəsinin rəhbərinə qarşı
Azərbaycanlı gözəl Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib – FOTOLAR
“Təki vətən yaşasın” - SƏNƏDLİ FİLM
Samir Şərifov Laçın təhsilini yoxladır: hər müəllimdən 10 manat tutulub – Özəl
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Pambıq zavodunun iflasa uğratdığı fermer: Zavod dərimizi soyur, icra başçısı isə həbslə hədələyir" — Reportaj + FOTOLAR

Pambıq zavodunun iflasa uğratdığı fermer: Zavod dərimizi soyur, icra başçısı isə həbslə hədələyir


Artıq neft bumu dövrü başa çatıb. Bunu anlayan hökumət aqrar sektoru inkişaf etdirmək üçün işlər görür. 

Prezident İlham Əliyev pambıqçılığın və baramaçılığın inkişafı üçün dövlətin sahibkarlara, fermerlərə dəstək olacağını bildirib və bu işləri yerli icra hakimiyyətlərinə tapşırıb. Yerli icra hakimiyyətləri tapşırığı necə yerinə yetirir? Fermerlər pambıqçılıqdan gəlir əldə edə bilirmi?Ağdamdayam. Sahələr əkilir, torpaq yeni əkinlərə hazırlanır. Ancaq bir çox yerlərdə pambıq sahələri hələ də yığılmamış qalır, hektarlarla pambıq tarlaları yığılmasını gözləyir. Ağ qızıl deyilən pambıq torpağa qarışıb, çürüyüb gedir. Nə sahibkar, nə də kəndli pambığı yığmaqda maraqlı deyil. Sahibkar pambıq əkdiyi üçün boğaza qədər borca düşüb, kəndli isə kilosu 10 qəpiyə pambıq yığmaz.Ölkə.Az-ın reportyor qrupu yığımını gözləyən pambıq sahələrindən hazırladığı reportajı sizə təqdim edir:Ağdam rayonunda pambıq əkib qazanc əldə etmək istəyib, əksinə boğaza qədər borca düşən fermerlərdən biri də Ağdam rayon Sarıcalı kənd sakini Rzayev Şahmar Mehdi oğludur.Şahmar Rzayevlə pambıq sahələrinə baxmağa gedirik. Ağdam rayon Sarıcalı kəndindəyik. Kənd sakinləri pay torpaqlarında pambıq, taxıl əkiblər. Əkin sahələrinin sonu isə cəbhə xəttidir. Burada pambıq əkib-becərmək xüsusi ürək tələb edir. Ona görə ki, hər an düşmən sahədəki insanlara atəş aça bilər. 50 hektar torpaq sahəsi olan Şahmar Rzayev prezident İlham Əliyev sahibkarları pambıq əkməyə çağırmasından sonra cəbhə bölgəsində 7 hektar sahədə pambıq əkməyə qərar verib. Pambıq əkən fermerlər Tərtər pambıq zavodu ilə müqavilə bağlayıblar. Müqaviləyə əsasən, Tərtər pambıq zavodu pambıq əkini üçün nəzərdə tutuluş sahələri əkməli, malalamalı, dərmanlamalıdır. Bunun qarşılığını isə pambıq yığımı zamanı məhsuldan götürməlidir. Araşdırma zamanı məlum oldu ki, zavod pambıq yığımı zamanı üzərinə düşən öhdəliyi bazar qiymətindən çox etdiyindən fermerlər nə qədər pambıq istehsal etsə də, nəticədə zavoda borclu qalıblar.Şahmar Rzayevlə hələ yığılmamış pambıq tarlasında söhbət edirik:"Əyilə-əyilə, 43 dərəcə günün, güllənin altında pambıq əkdim, ancaq zavod bütün əməyimizi, əziyyətimizi yerə vurdu. Hər kəs gördüyü işdən qazanc əldə etmək istəyir, ancaq biz fermerlər zavoda işləyirik.Tərtər pambıq zavodunun Ağdamda nümayəndəliyi var. Müqaviləni onlarla bağlamışıq, istehsal etdiyimiz malı birbaşa Tərtər pambıq zavoduna veririk. 7 hektar pambıq sahəm var. Artezianımız yoxdur. Məcburən pambıq sahəsini pulla suvartdırırıq. Bununla bağlı dəfələrlə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova müraciət etmişəm, ancaq heç bir köməklik olmayıb.Hal-hazırda pambığın 2,5 hektarını yığıb, 5 tonunu Tərtər pambıq zavoduna vermişəm. Tərtər pambıq zavodu məhsulu istədiyi kimi heçə çıxardır. Pambığın 12%-ni nəmlik adı ilə, istədikləri qədərini isə zibil adı ilə ümumi çəkidən çıxarıb qəbul edirlər. Hazırda 4 hektar yığılmamış pambığım var, ancaq yığmıram. Bu vaxt pambıq çoxdan yığılıb qurtarmalı idi, ancaq yığmırıq. 43 dərəcə istidə pambıq becərmişəm, indi baxıram ki, zavoda işləyirəm. Pambıq zavodu çox şişirdilmiş qiymət qoyub, belə çıxır ki, hektara 22 sentner pambıq verməliyəm ki, zavodun borcunu ödəyim.Tərtər pambıq zavodu 6 manata olan gübrəni 8 manatla hesablayır, 14 manata olan malalamanı 20 manata edir, 27 manata olan əkini isə 31 manata rəsmiləşdirib. Ən pisi isə lazım olmayan dərmanlar vurublar və özü də çox baha qiymətə. Sifarişçi mənəm, ancaq mənim sifariş vermədiyim dərmanları gətirib vurublar pambığa və 7 hektar pambıq sahəsinə 1500 manat dərman pulu yazıblar. Mən hər hektara nə qədər pambıq verməliyəm ki, zavodun borcunu ödəyim? Sahibkar kimi 40-50 hektar pambıq əkmək istəyirdim, ancaq bu vəziyyəti görəndən sonra bir də pambıq əkərəm? Niyə əkməliyəm axı? Hazırda 7 hektar pambıq üçün torpaq şumlatdırmışam, lakin onu pambıq üçün istifadə etməyəcəm. Mən nəyə görə pambıq zavodlarına işləməliyəm?"Fermer bildirir ki, pambıq suvarmasının pulunu evdəkilərin pensiyası hesabına verib. Fəhlələrə isə borclu qalıb:"Nəyə görə pambığı pulla suvarmalıyam? Budur pambıqçılığa maraq yaratmaq? Axı ölkə prezidenti belə demir. Ölkə prezidenti Sabirabad, Salyan müşavirəsində dedi ki, yaxşı pambıq becərənlərə mükafat da vermək olar. Ancaq Tərtər pambıq zavodunun bizə verdiyi mükafat budur".Şahmar Rzayevin qeyd etdiyinə görə, Tərtər pambıq zavodu ilə müqaviləyə əsasən, 1 hektara 700 manat xərc qoyulmalı idi. Bunu pul şəklində 70 manat almışam. 700 manat pulu isə adıma rəsmiləşdiriblər:"Baş verən soyğunçuluqla bağlı icra başçısına, kənd təsərrüfatı nazirinə müraciət etmişəm heç bir nəticə yoxdur. Ölkə prezidenti bu il üçün Ağdam rayonuna 18 artezian qoyusunun vurulacağını bildirib. Bu bizə çox böyük köməkdir. Gəlin görək 18 artezian quyusu hara vurulub? 50 hektar torpağım var, su tapmıram, ancaq icra başçısına sərf edən yerlərdə artezianlar yan-yana vurulub. Məmurlar prezidentə niyə yanlış məlumat verirlər, anlamıram".Baş verən haqsızlıqlarla bağlı prezidentə müraciət edən fermer icra başçısı tərəfindən həbslə hədələnirFermer əlavə edir ki, Ağdamda baş verən bu haqsızlıqla bağlı prezidentə müraciət etmişəm. Müraciətlərdən sonra, 2 həftə əvvəl icra başçısı Raqub Məmmədov məni hədələdi ki, səni həbs etdirəcəm:"Mən vətən xaini deyiləm. Prezidentin səlahiyyətli nümayəndəsi icra başçısıdır. 4 dəfə ona müraciət etdim, məni qəbul etmədi. Məcbur oldum, prezidentə müraciət etdim. İcra başçısı bundan xəbər tutan kimi məni həbslə hədələməyə başlayıb. Rayon rəhbərliyi məni qəbul etsə, ölkə başısını niyə narahat edirəm?"Ümidini itirməyən fermer deyir ki, şişirdilmiş qiymətlər olmasa, su ilə təmin etsələr 50 hektar pambıq əkərəm:"Bu gün pambıq əkmək bizə sərf edir. Həm özümüz qazana bilərik, həm də kəndli. Pambıqçılıq bizim üçün də sərfəlidir, ancaq normal qiymətə alsalar".Sarıcalı kəndindəki pambıq sahələrindən ayrılıb digər sahələrə gedirik. Heç bir yerdə yığım getmir. Bəzi sahələrdə isə fermerlər pambığı yığdırmaq yerinə sahələrə heyvanları buraxıblar. Özləri qazanmır, heç olmasa heyvanlar qazansın, lakin zavod qazanmasın deyirlər.Pambıq yığımına kəndli marağı yox dərəcəsindədir. Səbəb isə pambığın 1 kq-nın 10 qəpiyə yığılmasıdır. Pambıq dünya bazarında kiloqramla deyil, paundla satılır. 1 kq pambıq isə 2,2 paunda bərabərdir. Dünya bazarında isə pambığın 1 paundu 70-80 sent arası dəyişir. 1 kq pambığı 70 sentdən hesablayanda 1 dollar 54 sent edir. Bunun qarşılığında isə fəhləyə 10 qəpik verirlər. Zavodlarımız pambıqçılığı inkişaf elətdirmək üçün quldarlıq quruluşu qurub, quldurluqla məşğuldur.Redaksiya: Məqalədə adları keçən zavod və şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Səxavət Məmməd

Fotolar müəllifindir

Ölkə.Az






























Teqlər:
Bu xəbər cəmi 5035 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.