Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
12:54 31/3/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Beyləqan İcra başçısı Vaqif Abdullayevin beş minlik şubası hamiləlilklə sona çatdı?
Bank kreditləri  Ağdam təhsilini “yeyir” - Direktorlar təhsil şöbəsinin rəhbərinə qarşı
Azərbaycanlı gözəl Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib – FOTOLAR
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bürclərə görə arıqlama metodları

Bürclərə görə arıqlama metodları


Astroloqlar hər bürcün özünəməxsus qidalanma və həmçinin arıqlama metodu olduğunu deyirlər. Gəlin bürclərin hər birinin arıqlamaq üçün hansı metodları tətbiq etdiyinə nəzər salaq. Qoç bürcü Qoçlar yeni layihələr, yeni fikirlərə qarşı həyəcanlandıqları üçün yeni bir qidalanma proqramına başlamaq, yeni diet növü tətbiq etmək onların diqqətini çəkəcəkdir. Qoçlar üçün əsas olan elədiklərinin nəticəsini tez bir vaxtda görməkdir. Əgər uzun vaxt ərzində az nəticə əldə edərlərsə, tez bezirlər. Buğa bürcü Buğalar çox ac qalmaq lazım olan dietləri edə bilməzlər, çünki onlar yemək yeməyi sevirlər. Onlar yalnız ləzzətli, amma sağlam qidalar yeyərək diet saxlaya bilərlər. Hətta özlərinin yetişdirdiyi tərəvəzlərdən istifadə edərək yemək hazırlamağa daha çox üstünlük verirlər. Buğalar şirindən uzaq durmalıdırlar. Əkizlər bürcü Əkizlər iki işi eyni vaxtda rahatlıqla edə bildikləri üçün diet və idmanı birlikdə davam etdirə bilərlər. Onların bədəni aktiv halda olduğu zaman daha çox kalori sərf edir. İlk günlərdə bir az çətinlik çəkirlər, ancaq sonra öyrəşirlər. Xərçəng bürcü Xərçəng bürcü yemək mövzusunda bir az problemli bürcdür. Yeməkləri seçirlər və nizamsız yeyirlər. Düzgün qidalanmaq barədə özlərini tərbiyə etməlidirlər. Bu bürcdə olan analar uşaqlarına çox yemək yedirtmək istəyirlər və bu da sağlam olmayan bir qidalanmaya gətirib çıxarır. Buna xüsusi diqqət etməkləri lazımdır.

Şir bürcü Şirlər özlərini yaxşı hiss etmək üçün yemək yeyirlər. İclaslar, söhbətlər, dost görüşlərini həmişə yemək mühitində həyata keçirirlər. Buna görə də özlərini rejimə sadiq qalmaq dissiplininə öyrətməlidirlər. Sağlam yeməklər seçdiklərində belə karbonhidratla zəngin souslardan istifadə edirlər. Ona görə ilk növbədə bu souslardan uzaq durmalıdırlar. Qız bürcü Qız bürcü üçün diet saxlamaq həm praktik, həm də metodik bir şeydir. Onlar dietə başlamazdan əvvəl yediklərinin qida dəyərini və faydalarını bilmələri, yedikləri hər şeyi planlamaları və bir gündəlik tutmaları lazımdır. Asan işlər görmək Qızlar üçün zövqlü deyil. Onlar həmişə çətin və sistemli işlər görməyi xoşlayırlar. Buna görə də asan olan, içində mükəmməllik olmayan bir diet proqramı bu bürcün insanlarının xoşuna gəlməyəcək və dieta saxlamaq istəyini azaldacaqdır.



Tərəzi bürcü Tərəzilər ancaq yaxşı bir motivasiya nəticəsində pəhriz saxlamağa razı olarlar. Onların onsuz da doğuşdan gələn bir gözəllikləri və özlərinə inamları var. Pəhriz proqramına daxil olan qidaların ləzzətli və onları xoşbəxt edəcək qidalar olması lazımdır. Pəhrizi özlərinə uyğun hala gətirdiklərində yaxşı nəticə əldə edirlər. Əsasən potasium baxımından zəngin qidalar yeməlidirlər. Əqrəb bürcü Əqrəb bürcündə olanlar iradələri güclü insanlardır. Buna görə də idman etməyə ehtiyacları olmur. Əzm, qərarlılıq, nəzarət bu bürcün xüsusiyyətləri arasındadır. Ona görə də pəhriz saxlamaq onlar üçün elə də çətin bir iş deyil. Onlar yalnız yaşamaq üçün yeyənlərdəndirlər. Ancaq sağlam və liflə zəngin bir qidalanma proqramı tətbiq etməlidirlər. Əks halda həmişə həzm sistemində problemlər yaşaya bilərlər. Oxatan bürcü Oxatanlar meydan oxumağı və qalib gəlməyi sevirlər. Buna görə də düzgün qidalanmaq və dieta saxlamaq onlar üçün əyləncəli bir məşğuliyyət kimidir. Səviyyəli məkanlarda keyfiyyətli şeylər yeməyi və fərqli dadları sevirlər, ancaq görünüşlərinin də incə olması onlar üçün əsasdır. Buna görə də idmanla məşğul olur və bunu da əyləncəli bir şəkildə etməyi xoşlayırlar. Bu bürcdən olan insanlar qaraciyər cəhətdən həssas olduqları üçün qidalarını buna uyğun seçməlidirlər.



Oğlaq bürcü Əgər ortaya bir hədəf qoysanız, Oğlaq bürcü insanı bunu bacarar və bunun üçün arı kimi işləyər. Pəhriz saxlamağı da bir iş kimi görərsə, onun öhdəsindən gəlmək Oğlaq bürcü üçün elə də çətin olmayacaqdır. Əlbəttə ki, bu, bir neçə gündə olmayacaq və çətinliklər yaşayacaqdır. Lakin qalib gəlməyi sevdiyinə görə bu, onun üçün elə də problem yaratmayacaq və bacarmaq üçün hər şeyi edəcəkdir. Bu bürcdən olan insanlar kalsium əksikliyinə xüsusi diqqət yetirməli və bu vitaminlə zəngin qidalar yeməyə üstünlük verməlidirlər. Dolça bürcü Dolça bürcü insanları yenilikçi və sərbəst olmağı sevdiklərindən adi, hamının etdiyi pəhriz proqramları onlar üçün deyil. Qeyri-adi, fərqli və maraqlı bir pəhriz proqramı olarsa, bunu tətbiq etməyə asanlıqla razı olarlar. Lakin əgər istədikləri nəticəni qısa bir müddətdə əldə etməzlərsə, ona qarşı maraqları itəcək və bir daha bununla maraqlanmayacaqlar. Ancaq pəhrizi bir yaşam forması halına gətirməyi bacarsalar, idmanla da məşğul olmaqla çox yaxşı nəticələr əldə edə bilərlər.



Balıq bürcü Balıqlar üçün qüsursuz bir pəhriz tapmaq elə də asan olmaya bilər. Hissləriylə hərəkət edən bir bürcdür. Hisslərində yaşanan dəyişikliklərlə əlaqəli olaraq çox yeyib artıq çəki qəbul edə və ya əksinə iştah əksikliyi yaşaya bilirlər. Balıqlar həddindən artıq çox yemək və ya heç yeməmək kimi uc nöqtələrdə olan bir qidalanma sisteminə sahibdirlər. Onlara özlərini yaxşı hiss edəcəkləri, çox yorulmadan, rəqs və yoqa ilə çəki atmağa nail ola biləcəkləri bir proqram hazırlamaq lazımdır. Bu bürcdən olan insanlar sağlam olmayan qazlı içkilərdən və qızartmalardan uzaq durmalıdırlar.



 


Teqlər:
Bu xəbər cəmi 2255 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.