Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:16 27/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
01:12 12/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
14:09 11/7/2017
______________________________
14:08 11/7/2017
______________________________
14:04 11/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
21:43 09/7/2017
______________________________
______________________________
______________________________
______________________________
21:30 09/7/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Mirdaməd Sadıqov səyyar görüş keçirib
ÖZÜNƏ 65 MİN MANAT MAAŞ YAZAN MƏMUR!
Nisanov Azərbaycana yenidən niyə qayıdır?
Mikayıl Cabbarovun iş prinsipin bəyənməyən Ağdam Musiqi Kollecinin direktoru kimə güvənir?
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlhamənin oğlu Aygünü hədələdi: - “Çox böyük qələt edir”

İlhamənin oğlu Aygünü hədələdi: - “Çox böyük qələt edir”


Xeberci.tv xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun Lent.az-a verdiyi müsahibəni təqdim edir.



- Son zamanlar adınız mətbuatda daha çox kriminal olaylarla hallanır...



- Bilirsiniz, mən özüm mətbuata açıqlama verməyi sevmirəm. Hətta bu günə qədər bir çox telekanallardan, saytlardan dəvət ediblər ki, müsahibə verim. Amma hər zaman belə şeylərdən qaçmışam. Amma mən susduqca, barəmdə əsassız məlumatların çoxaldığını gördüm. Amma bilin, mən və bütövlükdə bizim ailə şərlə üz-üzəyik. Barəmizdə yazılan xəbərlərin əksəriyyəti şər və böhtandır.



- Cəmi bir dəfə həbsdə olmusunuz?



- Bəli, 2008-2009-cu illərdə. Xalq artisti Aygün Kazımova barəmdə deyib ki, həbsdə olub. Amma məhkəmə zalından azadlığa buraxılmışam. Yəni iddialardan fərqli narkotikin nə istifadəçisi, nə də satanı olmamışam.



- Dostunuz Vüqar Bəkirzadənin həbsi ilə bağlı nə deyərdiniz?



- O, başqa cinayətə görə, həbs olunub. Bu barədə çox danışmaq istəmirəm. Qısaca onu deyim ki, Allah qapısını açsın. Başqa nə deyim? İnsanıq, həyatda hər birimizin başına iş gələ bilər.



- İlhamə xanım açıqlama verib ki, oğlumun heç vaxt yaxşı ətrafı və dostları olmayıb...



- Anam düz deyir. Onun dediyi sözlər bu gün öz təsdiqini tapır. Vaxtında mənə deyib, qulaq asmamışam, həmişə demişəm ki, “Düz demirsən, sən bildiyin kimi deyil”. İndi anlamışam ki, həyat təcrübəsi olan insan düz danışır. Ataların bir məsəli var: “Böyüyün sözünə qulaq asmayan, böyürə-böyürə qalar”. Vaxtında deyəndə qulaq asmadım, indi də adım kriminal mövzularda hallanır.



- Ananızın keçmiş köməkçisi Mehriban Hüseynovanın mətbuata ünvanladığı məktubda sizin adınızı da çəkir, barənizdə bir çox ittihamlar irəli sürür. Sizi bir çox insanların həbsində günahkar bilir...

- Mehriban Hüseynova bir ucdan yazıb, göndərir. O, yıxılıb, saman çöpü axtarır ki, tutub, qalxsın. Onun ittihamları ilə deyil ki... Mənim və anamın barəsində dediyi sözlərin bir sübutu olmalıdır. İnsan dediyi sözə sahib durmalıdır. Yazır ki, “İlhamə Quliyevanın oğlu belə elədi, İlhamə məni asdı-kəsdi”. Adama deyərlər hanı sübutun? Hətta məktubunda yazıb ki, “İlhamə Quliyeva məni bıçaqla vurub”. Harada və necə vurub? Bu günə qədər anam kimisə bıçaqla vurub? Bu gündən sonra da sənin kimi birinə əl qaldırsın? Bu adamın günahı olmasaydı, kimliyindən asılı olmayaraq, saxlamazdılar.



- Mehriban Hüseynova mətbuata yaydığı məktubda qeyd edib ki, onda İlhamə Quliyevanın səsyazmaları var.



- Adama deyərlər ki, nə səs yazısı var? O qadın şantajla məşğuldur. Üzr istəsəydi, onu bağışlayardıq. Hətta bu günə qədər ona qarşı kin saxlamamışdım. Amma onun yazılarından sonra mənə sübut etsin ki, hansı şəhidin bacısıdır?



- Ananızın keçmiş köməkçisinin və onun adamlarının sizə hədə-qorxu gəldiyini söyləmişdiniz. Hədə-qorxu hələ də davam edirmi?



- İndi yox, amma vaxtı ilə onların mənə hədə-qorxuları çox olub. Hətta onun mətbuata ünvanladığı məktublarda da hədə-qorxu açıq görünür. Yazısında şantajdan başqa nəyəsə rast gəlmək olmur. Məni naməlum şəxslər güdüblər, hətta maşınımı da vurublar. Amma bütün bunlara göz yummuşam. Mehriban deyir ki, həyətlərinə gedib, hay-küy salmışıq. Yalandır. Elə bir şey olmayıb. Şükür olsun ki, evlərinin önündə təhlükəsizlik kameraları da var. Ora baxsınlar. Mehriban mövzusunda bir çox insanlar, millət vəkilləri, şou-biznes nümayəndələri fikir bildirdi. Heç bir millət vəkilindən, nə də şou-biznes nümayəndəsindən qorxmuram. Nə də onların güvəndiyi şəxslərdən çəkinmirəm. İndi vəziyyət bu cürdür ki, şir çətin vəziyyətdə olanda ona çaqqal-çuqqallar cumur. Anama tənqidi fikirlər yazanlardan biri qardaşının etdiyi əməllərdən danışsa, yaxşı olar. İki ay öncə qardaşını dələduzluğa, ondan da öncə narkotikə görə həbs etmişdilər.





- Ad çəkmədən danışırsınız. Hazırda Aygün Kazımovanın qardaşı həbsdədir. Bəlkə söhbət ondan gedir?



- Mən ad çəkmirəm, amma ümumi deyirəm. Millət vəkilinə gələndə isə kiminsə sözü ilə gedib, nəsə demək lazım deyildi. Kişisən, millət vəkilisən, çıx açıq sözünü de.



- Xalq artisti Aygün Kazımova İlhamə xanıma qarşı ittiham irəli sürüb ki, anasını döyürmüş.



- Aygün çox böyük qələt edir. Bunu açıq aşkar onun özünə də deyə bilərsiniz. Əgər bu sözlərimdən sonra sözü olsa, zəng etsin mənə. Gülünc bir iddia irəli sürüb ki, “İlhamə anasını pilləkəndən itələyib, yıxıb. Əslində belə bir şey olmayıb. İndi yaşadığımız bina da yerində qalır. Orada yaşayan insanlar da qalır, rəhmətə gedənləri də var. Gedib orada yaşayanlardan soruşmaq olar ki, Tükəzban xanım pilləkəndən yıxılanda hadisə necə olmuşdu? Hadisə necə olub? Anamla şofer maşında oturub, nənəmlə qulluqçunun avtomobilə enməsini gözləyirdilər. Qulluqçu qapını bağlayana kimi nənəm pilləkənləri enəndə ayağı şubasına ilişib, yıxılmışdı. Hadisə ehtiyatsızlıqdan olub. Yəni İlhamə Quliyeva onu itələməmişdi. Nəsil söhbətinə gəlincə, Aygün getsin bir öz nəslinə baxsın və öz elədiklərini yadına salsın. Aygün mənimlə açıq müharibəyə başlasa, onun haqqında elə şeylər açıb ortalığa qoyaram ki? Ondan sonra bu şeylərin axırı necə olar? Bunu istəmirəm. Yazanda özün haqqında, ədavətin olduğun adam haqqında yaz. Heç kimə ixtiyar verilməyib ki, kiminsə övladını, anasını, nəslini müzakirə eləsinlər. Həmin sözü deyən insanların da özünü, nəslini elə müzakirəyə qoyarlar ki?



- Aygün Kazımova ilə şəxsi tanışlığınız varmı?



- Var, elə ona görə də mənə maraqlıdır ki, kiminləsə yaşadığı şəxsi problemlərə bizi niyə qatdı? Hamı bilir ki, neçə ildir müğənni Natavan Həbibi ilə problemləri var. Bəli, Natavan mənim dostumdur, xətrini çox istəyirəm. Hətta anamla Natavan arasında problem olanda, onunla münasibətimi saxlamışam. Yəni böyüklər arasında olan söhbətə qarışmağı sevmirəm. Amma Aygün elə etdi ki, mən qarışmalı oldum. Nəyə görə bizə qarşı belə etdi? Səbəb? Bakı balaca şəhərdir, hamı hamının haqqında çox şey bilir. Kimsə danışmırsa, bu o demək deyil ki, heç nə bilmir.



- Bundan öncəki müsahibənizdə söyləmişdiniz ki, bütün bu hadisələri sifariş edən şəxs var. Bəlkə həmin şəxsin adını açıqlayasınız?



- Yox, deyə bilmərəm. Çünki tam sübuta yetirilməyib. Heç kəsi şərləmək fikrim yoxdur. Bu sırada bir neçə-neçə adamlar var. Şou-biznes nümayəndəsi də, ictimai xadim də ola bilər.



- Bir az da keçək şəxsi həyata...İlhamə xanımı efirlərdən daha zəhmli görmüşük. Evdə necədir?



- Evdə çox ciddi, zəhmlidir. Adam arasında deyib, gülür, zarafat edir. Yəni hər şeyin yerini biləndir. 



- Hansı xüsusiyyəti ürəyinizcə deyil?



- Ciddiliyi (gülür). Başqa heç nə.



- Nələri sənə qadağa edib?



- Bir çox şeylərə qadağa qoyub. Məktəbdə oxuyanda siqareti qadağa etmişdi. İndi içki içməyə, maşını bərk sürməyə, evə gec gəlməyə qadağa qoyub. Məncə bu qadağalar da lazımdı.



- Ən çox mübahisəniz nəyin üstündə olur?



- Bu gün də evə gec gəldiyimə görə, mübahisələrimiz olur. Axşam saat 11-də zəng vurur ki, hardasan”. Deyirəm “şəhərdə”. Onu aldatmaq olmur.



- Bir neçə il öncə mətbuatda yazılmışdı ki, İlhamə xanımla gəlini arasında inciklik olub. Doğrudurmu?



- Yox, bu yalandır. Xəbəri dəqiqləşdirmədən yazırlar. Anamla gəlini arasında heç bir problem yoxdur.



- Sizə daha çox İlhamə xanıma görə hörmət edirlər? Yoxsa...



- ( Bir az düşünür...) Anama görə hörmət edənlər daha çoxdur. Bunu danmaq olmaz. Sağ olsun Dövlət Yol Polisi əməkdaşları hər zaman məni anlayırlar. Onlarla heç bir problemim olmayıb. Saxlayanda da yüngül cərimə ilə yola salırlar. Biləndə ki, İlhamə xanımın oğluyam, mənə hörmətlə yanaşırlar. Sağ olsunlar.



- Olubmu ki, ananız barədə sizə tənqidi fikirlər söyləsinlər?



- Əlbəttə olub. Tənqidi fikir hamının haqqında deyirlər. Əgər bir insanın barəsində tənqidi fikir demirlərsə, deməli o adam maraqlı insan deyil.



- Sonda əlavəniz varmı?



- Hə, var. Onu da qeyd edin ki, bu mənim mətbuata son müsahibəmdir. Bundan sonra mənim icazəm olmadan barəmdə əsassız yazı yazanlar barədə ciddi tədbirlər görüləcək. Son xəbərdarlığımdır. İnanıram ki, bu xəbərdarlığımı anlayışla başa düşərlər.


Teqlər:
Bu xəbər cəmi 1470 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.