Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Samir Şərifov Laçın təhsilini yoxladır: hər müəllimdən 10 manat tutulub – Özəl
Baş redaktor Abşeron RİH-nin başçısından prezidentə və birinci vitse-prezidentə müraciət etdi!
Əsli Quliyeva korrupsiya burulğanında (ÖZƏL)
Azərbaycan səfiri etimadnaməsini Argentina prezidentinə təqdim edib
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xalq artisti: “İlhamə anasını döyürdü… ÖZÜM ŞAHİDİ OLMUŞAM”

Xalq artisti:  “İlhamə anasını döyürdü… ÖZÜM ŞAHİDİ OLMUŞAM”
“İlhamə xəstədirsə sağaldın, sağlamdırsa, susdurun!” “İlhamə Quliyevanın xəmiri yalanlarla yoğrulub. Mən indiyənə kimi onun nə rəngini, nə rəyini, nə də addımlarına münasibətini başa düşürəm. Deyir ki, o məhkəmədə qərar çıxarılan pulu guya mənə bağışlayıb. Bu boyda yalan? 3000 yazılan cəriməyə görə hər ay məndən 50-60 manat indiyə qədər “alment” alır. Bu söhbəti eşidəndən sonra Yaqutumu göndərdim ki, arayış gətirsin.Yalandan danışır ki, o pulları mənə bağışlayıb”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Flora Kərimova müğənni İlhamə Quliyevanın müsahibəsində adının hallanmasına uydurmalarına sərt cavab verib: “İş ki, qaldı anasına bütün Azərbaycan İlhamənin anasını döydüyünü bilir. İndiyənə kimi anana olan münasibətini qonşuları, yatdığı xəstəxana, birlikdə iştirak etdikləri məclislər danışır. Hətta Faiq Ağayevin toyunda özüm şahid olmuşam. Anası durub gedəndə yıxıldı, o özünü görməməzliyə vurub, yanından keçdi. Anasını yerdən özgə adamlar qaldırdı. Anasına əl uzatmağı özünə sığışdırmayıb, yan keçdi. Sən təbiətini və tərbiyəni kimlərdən gizlədirsən? Bu hərəkətlərinin şahidi olan millətdənmi, xalqdanmı? Hələ bu azmış kimi gündəmdə qalmaq üçün özünə məşğuliyyət tapdın. Uzağa getməyə lüzum yox idi, çünki bu məkrliyin növbəti qurbanın olan köməkçin Mehribanın başında çatladı”. Xalq artisti qeyd edib ki, Aygün Kazımova heç kəsdən dəstək almadan bu savaşı üzərinə götürdü: “Aygün xanım cəngavərdir. O, tək başına, özünü düşünmədən və heç kəsdən dəstək almadan, böyük bir riskə gedib bu savaşın ağırlığının altına girdi. Aygün də, mən də bu faciəyə göz yuma bilməzdik. Qabaqlar mən danışırdım, tək idim. Sözümü deyirdim, yaltaqlar üstümə gəlirdilər. Əvvəllər İlhamə ilə dalaşır, sonra əlindən öpürdülər. Aygün və Elzaya əhsən olsun. Bilsinlər ki, onlar heç vaxt tək olmayıblar. Aygünün millətə müraciəti oldu. Dedi ki, bu tək bizim yox, artıq millətin problemidir. Əllərini öpəndə, kompliment deyəndə guya “brilliant” üzüklər bağışlayanda başa düşmürdülər ki, İlhamə hamıdan material yığır? Anlamırdılar ki, sonra bütün bu hərəkətlər onların əleyhinə olacaq? İlhamə ilə bir tanış olan, bir də canını qurtaran sevinir. İndi inanmıram ki, kimsə ona yaxın dura. Çünki tərbiyəsiz təbiəti artıq hər kəsə bəllidir. İlhamə, bəsdir yalan danışdın! O insanlara hədə-qorxu gəlməyin çox orijinal üsulunu tapıb. Yeri gəldi-gəlmədi, söhbətə aid olmayan bir məqamda prezidentin və onun ailəsinin adlarını çəkir. Sən öz mənəviyyətini o qədər saf və yüksək bilirsən ki, Azərbaycanı təmsil edən, ölkə olaraq sözünü deyən rəhbərin adını çəkib insanlara xof gəlirsən? İlhamə, heç kimsən... Bu qədər yaltaqlıq olar? Sən kimsən ki, prezidentin adını çəkirsən? Kimsən ki, birinci xanımdan danışırsan? Sən kimi kimlə müqayisə edisən? Bir çox kanal və saytlara təəccüb edirəm ki, bunun cəfəngiyyatlarını susdurmaqdansa, təbliğ edirlər. Bunu kanallar, saytlar başa düməlidir ki, sənə yaxşı münasibəti olanları iyrəndirdin, pis münasibəti olanları isə hiddətləndirdin. Bu üsyan 10 illərlə yığıldı. Axırda biz yox, Aygün, Elza yox, millət partladı və ayağa qalxdı. Bu birbaşa millətin başına oyun gətirmək, rüsvay etməkdir”. Xalq artisti vurğulayıb ki, millətin mənəviyyatı İlhamənin mənəviyyatsızlığının təpiyi altındadır: “Millətin, xalqın mənəviyyatı İlhamənin mənəviyyatının təpiyi altındadır. Bəs siz jurnalistlər niyə qorxursuz? Siz də azərbaycanlısınız, bir vətəndaş kimi olanlar axı sizə də aiddir. Sizlər imkan verdiz, o da mənəm-mənəm deyərək durdu. Böyüyü-kiçiyi, kişini-qadını - hər kəsi şantajla qorxudur. Nə vaxtsa başıma tac qoydum. Tac da deyildi, saç aksessuarı idi. Gecəsini gündüzünə qatdı, bunu tac elədi. Bununla sənin mənəviyyatın qalxacaq, mənliyin düzələcək? Sən ordenləri heçə çevirdin, heç nə etdin. Alın təriylə o ordeni alanları da öz tərbiyəsizliyinlə alçaltdın. İlhamə yalandan danışır ki, guya onu söymüşəm. “Nanəli” verilişində mənim ünvanıma dişindən çıxanı dedi. Biçarə Nanə xanım canlı efirdə onu susdura bilmədi. Məni milləti bilinməyən biri, nəsilsiz elədi. Mənim mənşəyim bilinmir? Deyir ki, filankəs ermənidir. Mən erməniyəm? Mən Qarabağ qışqıranda sən harda idin? Bu millətin ağlı kəsir, gözü görür, qulağı eşidir. Kimi aldatdın? İndi heç olmaya yalanlarından əl çək”. Flora xanım həmkarının köməkçisi Mehriban Hüseynovaya dəstək çıxıb: “Köməkçin Mehribandan əl çək. Tutaq ki, onun qardaşı şəhid deyil. Qadının barmaqlıqlar arasında qalmağından ləzzət alırsan? Onu ora aparanın evində qadını, qızı yoxdu? Ailəsi yoxdu? Bilmir ki, bu qadını mənəviyyatsız bir insana görə 2-3 ayda həbsdə saxlayıb? 4-5 ay bir işi araşdırmaq olar? Əgər o dediyi kimi zəhərləmə olsaydı, xəstəxananın yekun rəyi ilə camaatın gözünü çıxardardı. Qəbul etdiyi Vitamın C-ni psixatrop dərman kimi qələmə verən İlhaməyə nə deyəsən? Əgər yadınızdadırsa, saytlarda video yayıldı. Mehriban xanım maşının içində yaxşı əhval-ruhiyyədə, gülə-gülə demişdi ki, İlhaməni Allah nə vaxt götürəcək? Canımız qurtarsın. Bax bu video əvvələr çəkilmişdi. Daha sonra Mehriban xanım məhs o videoya görə üzr istəmişdi. İlhamə havadarları ilə bir yerdə videoların yerini dəyişdi. Bütün planlar 3 hissədən ibarət oldu. Birinci hissə: İlhamə çıxış etdi ki, var-dövlətimi almaq üçün məni zəhərləyiblər. Bununla insanları inandırdı. İkinci hissə: “Mehribanın üzr” videosunu böhtandan sonra camaata təqdim etdi. İnsanları inandırmağa müvəffəq oldu. Ağılsızlığı onda oldu ki, üzrün əsl səbəbini, yəni maşında. Üçüncü hissə: İlhamənin haqqında gülə-gülə dediyi sözlərin görüntülərini internetdə yaydı. Bununla da özünü ifşa etdi. Bir şey də deyim… Bilmirəm Moskvada hüquqşunaslığı necə oxuyur. Hayasızcasına növbəti yalan! Elementar bir şeyi bilmir. Heç bir notarius heç kimin əmlakını başqasının adına yazdıra bilməz. Mütləq əmlakı bağışlayanın özü və onun imzası olmalıdır. Əgər xəstədirsə, o notarius nümayəndələri həmin xəstənin evində proseduru keçirməlidirlər. Biz isə onun cəfəngiyyatlarına inanıb yazıq Mehriban xanımı cani adlandırırıq. Demək istəyirəm ki, İlhamənin həm özü savadsızdı, həm də savadlı insanları gic yerinə qoyur. Niyə bu savadlılar səsini çıxartmır? Necə olur ki, tükü tükdən seçən polis orqanları bu fərqə varmayıb? Aylarla o bədbəxt qızı barmaqlıqlar arasında saxlayıb mənəvi, bəlkə də fiziki işgəncə verirlər. Utanmırsız? İlhamə Quliyevadan o dərəcə də qorxursuz ki, kişi sözünün mənası yadınızdan çıxıb? Sizləri nə ilə şantaj edir?. Bilmirsiz ki, insanların sizə güvəni tükənir?”. Turkustan.info

Teqlər:
Bu xəbər cəmi 3250 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.