Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Beyləqanda uşaqların və əsgərlərin payını yeyən haramxor ailə
İcra başçısından qadınlara qarşı növbəti sayğısızlıq
Əli Həsənov: Qaçqınlarla bağlı bu yaxınlarda qərar veriləcək
Hökumətə 9 gün vaxt verildi - Büdcəyə yenidən baxmaq üçün
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əli Məsimli: "Ermənistanın heç bir tərəqqi yolu yoxdur"

Əli Məsimli:


“Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun!”“Optimal yol budur,bundan başqa Ermənistanın heç bir tərəqqi yolu yoxdur”. 



Bu sözləri  danışan millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar institutunub rəhbəri Əli Məsimli deyib.



-Hazırda Ermənitanda güclü iqtisadi eniş müşahidə olunur, bu Ermənistan taleyi üçün nə qədər əhəmiyyətlidir?



-Ermənistanda iqtisadi və sosial durum çox ağırdır. Bunum nə dərəcədə ağır olduğunu mən desəm və şərh edib əsaslandırsam, Azərbaycandan kənarda çoxları buna tam inanmaz ki, Azərbaycan iqtisadçısının şəxsi fikirləridir. Ermənistanda iqtisadi və sosial durum nə qədər ağır olduğunu SSRİ-nin dağılma ərfəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasının əsas ideoloqu və əslində önə verilmiş fiquru A. Aqanbeqyanın yazılarında daha yaxşı hiss eləmək olar. M.Qarbaçovun müşaviri və iqtisadiyyat üzrə akademik titulu daşıdığından, uğurlu fiqur kimi qabağa verilən A. Aqanbeqyanın özündən quraşdırdığı qondarma iqtisadi yanaşma üsulu ilə iddia edirdi ki, Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsi belə bir variantda formalaşan yeni Ermənistanın çiçəklənməsinə xidmət edəcək,əhali firavan yaşayacaq (halbuku, o vaxt Dağlıq Qarabağın bir sıra sosial-iqtisadi göstəriciləri həm sovet Azərbaycanının, həm də sovet Ermnistanının orta statistik göstərivcilərindən heç də geri qalmırdı). Amma çox qısa bir tarixı zaman kəsiyində məhz həmin akademikin əsaslandırmağa çalışdığı iddiasi fiaskoya uğradı.Bu məsələdə tarixin ən ibratamız kinayəsi ondan ibartdir ki, məhz həmin akademik A. Aqanbeqyanın son illərdəki yazılarında Ermənistan düşdüyü çox ağır iqtisadi və sosial durum daha aydın şəkildə etiraf olunur...



O vaxt Ermənstan- Dağlıq Qarabağ birləşməsinin uğurlu perspektivlərindən dəm vuran Akademik Aqanbekyan indi belə yazır: "Ermənistana geriliyi aradan qaldırmaq, ixracatın səviyyəsini artırmaq və sosial səviyyəsi yaxşılaşdırmaq, sənayeni bərpa etmək lazımdır. Əvvəllər Ermənistan güclü sənaye ölkə idi. Amma indi sənayesi Ermənistan kimi belə zəif olan ikinci ölkə tanımıram”. Bunu mən yox, məhz həmin Aqanbeqyan deyir.....Bax, akademik Abel Aqabbeqyanının sözlərlə etiraf etdiyi kimi, qonşunun torpaqlarını işğal altında saxlamaq mərzini reallaşdırmaqdan ötrü forpostluq boyunduruğuna girməyin nəticəsi belə olur.... Deməli həmin akademikin də iştirakçısı olduğu Qarabağ layihəsi nəinki Dağlıq Qarabağı, onunla birlikdə Ermənistanın da iflasına gətirib çıxarıb.Bu isə Ermənistanın bir müstəqil dövlət kimi taleyini şübhə altına qoyur....



- Ermənistanın iqtisadi durunu hansı istiqamətdə pisləşməsi hazırkı sosial gərginliklərə daha çox səbəb olub?



-Demək olar ki, bütün istiqamətlərdə....Qeyd etdiyimiz kimi,öz naqis planlarını reallaşdırmaq naminə cənubi Qafqaz xalqlarının birliyini pozan və bu regionun öz potensial imkanları səviyyəsində inkişafına mane olan Ermənistan Rusiyanın forpostuna çevrilib.Belə şəraitdə ona edilən yardımların,xüsusən də silah-sursat yardımlarının müqabilində əlindən çıxdığı iqtisadiyyat sahələri və Rusiyanın ixtiyarına keçdiyi müəssisələr heç vaxt tam gücü ilə və səmərəli şəkildə işləyib, həmin ölkənin iqtisadiyyatını qaldıra və xalqına faydalı istiqamətdə fəaliyyət göstərə bilməz. Ona görə də Ermənistan iqtisadiyyatında böhran getdikcə dərinləşir: İqtisadi artım templəri aşağı düşüb.Sərmayə qoyuluşu zəifləyib.Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdüyündən,ticarət dövrriyyəsi getdikcə azalır. Büdcəni doldurmağa pul tapa bilmirlər.Ölkənin büdcəsi məbləğ baxımından simvolik bir şeyə çevrilb.Ölkənin eksport potensialı kəskin surətdə aşağı düşüb deyə xaricdən mal alamağa valyuta çatmır.Ödəniş balansı bərbad vəziyyətddir.Xarici borcun həcmi iqtisadi təhlükəsizlik baxımından kritik sayılan həddən də yuxarı qalxıb.Ermənistan hökuməti və bu olkə iqtisadiyyatının əsas sahələrini ələ alan Rusiya qaz, elektrik enerjisi və sairin tariflərini artırmaqla iqtisadi durumun ağırlığının əsas yükünü əhalinin üzərinə atırlar.Vəziyyətin ağırlığına dözə bilməyib ölkədən gedənlərin sayı yüksələn xətlə artır.Bütün bunlar proqnozlaşdırılması çətinləşən ciddi sosial kataklizmlərə gətirib çıxarıb.



-Bəs Ermənistanda yaranmış iqtisadi və sosial durumun Azərbaycanla müqayisəli şəkildə durumunu necə şərh edərdiz?...



-Mətbuatdan da gördüyünüz kimi, mən heç vaxt Ermənistanın iqtisadiyyatını Azərbaycanla müqayisəli şəkildə şərh eləmirəm. Çünki Azərbaycan özünü, iqtisadi baxımdan Ermənistan kimi ölkələrlə yox, özünə uyğun ölkələrlə müqayisədə üstünlüyünü ortaya qoymalıdır. Biz Ermənistandan üstünlüyümüzü iqtisadi sahədə yox(buna ehtiyac yoxdur), Ermənistanın və onun havadarlarının cəbhə bölgəsində yaratdıqları və bundan sonra da yaratmaqda davam edəcəkləri provokasiyalara sarsıdıcı zərbələrlə cavab verməklə ortaya qoymalıyıq ki, artıq bunu çox uğurlu şəkildə etməyə başlamışıq.Həmin provokasiyaların müqabilində məruz qaldıqları itkilərə görə Ermənistan tərəfinin narazılıqlrına Azərbaycan tərəfinin Azərbaycan Prezidenti tərfində səsləndirilən çox uğurlu bir cavab da var: “Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun!”



-Bu halda Ermənistan üçün optimal çıxış yolunu nədə görürsüz?



-Fikrimizcə, belə şəraitdə heç bir erməni diasporu, xaricdə yaşayan erməni milyarderləri, bəzi ölkələrin yardımları,müxtəlif ölkələrdə qapı-qapı gəzib yığdıqları ianələr, Avrasiya İttifaqı və sair Ermənistanı düşdüyü bu ağır durumdan xilas edə bilməz. Bunu yalnız erməni xalqı sağlam düşüncə hümayiş etdirməklə özü həll edə bilər....Yəni erməni xalqı real situasiyanı sağlam düşüncə ilə analiz edib, boyunduruqdan xilas olub qonşularla dinc-yanaşı yaşamaq xəttinə keçməkdən və erməni əsgəri ölməmək üçün işğal altında olan Azərbaycan torpaqlarından çəkilməkdən başqa yolunun olmadığını dərk edən kimi, Azərbaycan torpaqlarından rədd olan Ermənistanın iqtisadiyyatı inkişaf edəcək və həmin ölkədə yaşayan əhalinin güzəranı yaxşılaşmağa başlayacaq.Optimal çıxış yolu budur,...bundan başqa Ermənistanın heç bir tərəqqi yolu yoxdur".Milli-Xeber.Az


Teqlər:
Bu xəbər cəmi 3765 dəfə oxunuldu
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.