Xəbər Lenti

______________________________
15:12 23/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:28 21/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:22 10/6/2017
______________________________
11:21 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
18:49 09/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
23:31 08/6/2017
______________________________
______________________________
19:47 08/6/2017
______________________________
19:45 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:49 08/6/2017
______________________________
16:46 08/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
16:20 08/6/2017
______________________________
______________________________
Aqil Nəzərli sosioloji sorğunun qalibi oldu
Şahin Məmmədov : “Rəhbər gərək camaatdan uzaq düşməsin”
Sarsılmaz döyüşçü, professional rəhbər
“POLAT YOL YAPI” türk şirkəti və Ekologia və Təbii Sərvətlər Nazirliyi sərvətimizi belə talan edir (VİDEO) -FOTOLAR
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Əziz Əzizov Cəlilabadda "at oynadır"

Əziz Əzizov Cəlilabadda
Kərəm Həsənova arxalanan icra başçısı əhalini qorxu içərisində saxlayır


Son vaxtlar ölkə mətbuatında Cəlilabad rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanıb, o zaman rayonda vəziyyətin nə dərəcədə kritik hala çatması barədə təxmini təsəvvür almaq olar. İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün Cəlilabadlıları ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Həm də daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyəti böyük əksəriyyətdə bu kimi halların başında Cəlilabad RİH-nin başçısı Əziz Əzizovun durması fikrində yekdildir. Xüsusilə bir müddət əvvəl rayonda antikorrupsiya tədbirləri çərçivəsində bir neçə şəxsin həbsi həyata keçirildikdən sonra icra başçısının ünvanına irəli sürülən ittihamlar daha da kəskinləşdi. Hələ bu ilin əvvəlində ölkə mətbuatında yayımlanan xəbərlərdə bildirilmişdi ki, yanvar ayında Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri korrupsiya faktına görə tutulmuşdur. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirib. Yerli mənbələrin təqdim etdiyi məlumatlarda isə israrla vurğulanır ki, əslində Əziz Əzizov antikorrupsiya tədbirləri adı altında sadəcə olaraq öz rəqiblərini sıradan çıxarır. Belə ki, həbs olunanların əksəriyyəti müxtəlif vaxtlarda bu və ya digər səbəbdən icra başçısı ilə problem yaşayanlardır. Yayımlanan məlumatlarda belə bir məqam da vurğulanır ki, Əziz Əzizovun yuxarı instansiyalara saxta hesabatlar verərərk yalnız öz rəqiblərini “ifşa etməsi” və bu üsulla anti-korrupsiya tədbirlərinin gediçindən sui-istifadə etməsi halları artıq Prezident Administrasiyasının da diqqətini cəlb edib.



Rayonda baş verən çoxsaylı korrupsiya halları barədə sıravi vətəndaşların mərkəzi orqanlara ünvanladıqları şikayət məktublarına gəlincə isə, RİH başçısı bu məlumatları da ələ keçirmək üçün xüsusi mexanizmə malikdir. Mənbələr bildirir ki, Əziz Əzizov sakinlər tərəfindən yazılan şikayət məktublarını Cəlilabad rayon mərkəzi poçtunun müdiri Fədail Əmiraslanovun vasitəsilə əldə edir. Belə ki, başçı rayonda törətdiyi qeyri-qanuni əməllərdən heç kimin xəbər tutmaması üçün Cəlilabad poçtunu güclü nəzarətə götürüb. Ölkə rəhbərliyinə və güc strukturlarına göndərilən şikayət ərizələri birbaşa Əziz Əzizovun yanına aparılır, orada oxunduqdan sonra ya içərisi dəyişdirilir, ya da qəbzi olduğu halda belə məktub məhv edilir. Təbii ki, bu məktubların müəllifləri rayon hakimiyyəti tərəfindən güclü represiyalara məruz qoyulurlar. Məlumatlarda göstərilir ki, Əziz Əzizov vəzifəyə gələn gündən ötən müddət ərzində onlarla vətəndaşı sırf ondan şikayət ərizələri yazdıqlarına görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilmiş xuliqanlıq) ilə şərlənərək həbs edilib. Həbs olunanlar arasında isə hətta qadınlar da vardır.  



Bütün bunlara rəğmən isə müxtəlif mənbələr Ə.Əzizovun özünün də “ərizə” yazmağa böyük həvəs göstərdiyini iddia edirlər. Onun bu həvəsinin üzə çıxmasına isə deyilənlərə görə, başçının öz biznes ortaqları ilə yaratdığı konflikt səbəb olub. Məlumatlarda bildirilir ki, Ə.Əziziov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova yaxın adamlarla Bakıda böyük biznes şəbəkəsi qurub. Buraya əsasən şadlıq evləri, yaşayış binaları və digər obyektlər daxildir. Bir müddət əvvəl isə RİH başçısı bu obyektlərin inşasına daha çox pul yatırdığını əsas göstərərək şərikləri qarşısında həmin obyektdəki payının da sərmayəsinə uyğun olması tələbini irəli sürmüşdür. Lakin buna cavab olaraq onun biznes ortaqları da bildirirlər ki, Bakıda həmin obyektlərin tikilməsinə yer alınması, tikinti işinin razılaşdırılması və obyektlərin sənədləşdirilməsi kimi işlər onlar tərəfindən həyata keçirilib. Elə bu əsasda tərəflər arasında ciddi mübahisə və qarşıdurma yaranıb. Rəqib-şəriklərinə üstün gələ bilməyəcəyini dərk edən Ə.Əzizov isə son vasitə kimi onların barəsində antikorupsiya idarəsinə şikayət ərizələri yazdırtdırıb. Bu barədə müxtəlif kütləvi informasiya vasitələrində yayımlanan xəbərlərdə də göstərilir ki, Ə.Əzizov həftənin əksər günlərini Bakıda, müxtəlif restoran və saunalarda kef məclislərində keçirir. Onun Cəlilabadın abadlaşdırılması üçün ayrılan dövlət vəsaitlərini mənimsəyərək paytaxtdakı biznesinə yatırması barədə isə artıq hakimiyyətin yuxarı dairələrində də məlumatlıdırlar. 



Bu arada isə Cəlilabadlılar çeşidli problemlərin girdabında boğulmaqdadırlar. Rayon sakinlərinin ən çox şikayət etdikləri məsələlərdən biri də Əziz Əzizovun Cəlilabadda praktiki olaraq heç kimə biznes qurmağa icazə verməməsi ilə bağlıdır. Mənbələr deyir ki, öz imkanları hesabına bu və ya digər profilli kommersiya obyekti açıb, daha sonra oranı min-bir əziyyətlə inkişaf etdirməyə səy göstərən hər bir kəs dərhal İcra başçısının adamları tərəfindən təzyiqlərə məruz qalır. Belə ki, həmin obyekt sahibinin başının üstünü kəsdirən “şillə vuran”lar ya xərac istəyir, ya da birbaşa obyektin təhvil verilməsini tələb edirlər. Əziz Əzizov rayonda fəaliyyət göstərən iş adamlarının obyektlərini zorla əllərindən almaq üçün hər cür üsula əl atır. Buna görə də bu gün Cəlilabad əhalisi ölkənin əksər bölgələri ilə müqayisədə işsizlik problemindən daha çox əziyyət çəkir. Mənbələr bildirirlər ki, işsizlik ucbatından camaatın çoxu ya İrana, ya da əksər hallarda Rusiyaya axışır. İşsizliyin rayonda doğurduğu fəsadlardan ən başlıcası da narkomaniyanın yayılması ilə bağlıdır. Belə ki, işsiz-gücsüz gənclər İrandan qaçaq yollarla tiryək və digər narkotik vasitələr gətirərək, bu yolla dolanışıqlarını təmin etməyə çalışırlar. Təbii ki, bu vəziyyət son nəticədə Cəlilabad gənclərinin gələcəyinə ciddi zərbə vurur. 



Rayonda mövcud olan ən ciddi problemlərdən biri də təhsil sahəsindədir. Belə ki, Cəlilabad rayonu hazırda ölkə üzrə ən çox müəllimə ehtiyacı olan rayondur. Müəllimsizlik ucbatından rayon məktəblərində tədrisin durumu son dərəcə bərbad vəziyyətdədir. Cəlilabad təhsilinin səviyyəsi isə respublikanın digər rayonları ilə müqayisədə xeyli geridə qalmaqdadır.



Lakin bütün bunlara baxmayaraq 2006-cı ildən Cəlilabad rayonuna rəhbərlik edən Əziz Əzizov hələ də öz mövqelərini qorumağa müvəffəq olub. Yeri gəlmişkən müxtəlif mənbələr Cəlilabad RİH başçısının himayədarlarının kimliyi barədə də müxtəlif fikirlər yürüdürlər. Belə ki, bir çoxları Ə.Əzizovu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun ən sadiq kadrı kimi təqdim edirlər. Lakin bu kadrın son vaxtlar öz havadarının arxasından çevirdiyi bəzi işləri onun “sədaqətini” ciddi şübhələr altına alır. Digər tərəfdən isə başqa mənbələr bir vaxtlar Bakı şəhər nəqliyyat departamentində məsul vəzifə tutan Əziz Əzizovun elə nəqliyyat naziri Ziya Məmmədova yaxın fiqur olduğunu və məhz onun himayəsi altında fəaliyyət göstərdiyini iddia edirlər. 



Bununla belə sonda qeyd etmək istərdik ki, artıq kütləvi informasiya vasitələrinə Cəlilabadlıların sevincinə səbəb ola biləcək xəbərlər də ayaq açmaqdadır. Həmin məlumatlarda bildirilir ki, artıq PA-ya yaxın olan mətbu orqanlarında da Cəlilabad RİH-nin işi ən sərt formada tənqid olunur və böyük ehtimalla bu tənqidin nəticəsi olaraq Əziz Əzizov yaxın vaxtlarda tutduğu vəzifədən kənarlaşdırılacaq.  


Teqlər: Reportyor.tv
Bu xəbər cəmi 18055 dəfə oxunuldu

увеличение трафика на сайт
loading...
YAZARLAR
QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.