loading...

Nəvəsi iki nəfəri öldürən Əli Həsənovla hesablaşma gələn ilə qaldı – İddia

21-10-2017 Baxış sayı :97

Nəvəsi iki nəfəri öldürən Əli Həsənovla hesablaşma gələn ilə qaldı – İddiaBaş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin iki nəfərin ölümü ilə nəticələnən törətdiyi ağır qəzadan sonra vəzifəsini davam etdirir

Komitə sədri nəvəsi Nail Allahverdiyevin həbsindən sonra aranın sakitləşməsini gözləyirdi. Elə ki ajiotaj səngidi, mövzu sosial şəbəkələr və elektron medianın gündəmindən çıxdı, təhlükə sovuşdu.

Nəvəsinin qudurğan hərəkətinə görə komitə sədri barəsində heç bir sanksiya tətbiq olunmadı. Qocaman məmur ayaqları üstündə dayanaraq geri çəkilmədi. Sadəcə, zərər çəkmişlərin ailələrini razı salaraq baş vermiş hadisəni bağlamağa müvəffəq oldu.

Bundan sonra istintaqın yekunlaşması, nəvəsinə hökm oxunması, bir qədər sonra əfv edilməsi qalır. O da olacaq. Təəccüblü deyil. Gələn xəbərlər də Nailin azad edilməsi üçün addımlar atıldığını söyləyir.

Ə.Həsənovun vəzifəsindən azad edilməsi gözləntisi vardı. Çünki övladları qudurğanlıq edən məmurlar cəzalandırılır.

Bu dəfə Baş nazirin müavini barəsində qərar sonraya saxlandı. Məqsəd presedentin qabağını almaq idi.

Bir müddət sonra komitənin ləğvi və onun postundan uzaqlaşdırılması baş verəcək. Hətta seçki ilində bu qərarın olması istisna deyil.

RealMedia.az xəbər verir ki, bu əsnada palitika.az yazır ki, Ə.Həsənov məcburi köçkünlərin sosial həyatının yaxşılaşması üçün hökumətin və prezidentin etimadını doğrultmayıb.

Onun missiyasının öhdəsindən gəlməməsi və qarşısına qoyulan vəzifələri lazımı səviyyədə yerinə yetirməməsi ciddi problemlər qoyub.

Bu 25 ildə Ə.Həsənov qaçqınların problemlərini köklü sürətdə həll etmədi. Komitə rəhbərinin fəaliyyəti bu zümrəni narazı saxlayıb.

Evlərin verilməsi, müavinətlər, köçkünlərin problemlərinin dinlənilməsi, onların qəbulu məsələlərində ciddi laqeydliklər var, ittiham və rüşvət iddiaları yer alır.

Bu hallar Qaçqınkomun ləğvi, quruma etimadsızlıq yaradıb. Ə.Həsənov heç də prezidentin istəklərini, gözləntilərini doğrultmadı. Nəticə göz qabağında: qaçqınlara çatan pullar nəvəsinin maşın kolleksiyasına xərclənib.

Məsələn, mətbuatda qaçqınlara veriləcək mənzilləri pay-püş edən, məmurlara peşkəş edən komitə sədri haqda ittihamlar var. Siyahı isə heyrətamizdir:

Ağdam rayonunun sabiq prokuroru, hazırda Qaxda eyni adlı vəzifəni daşıyan İslam Qasımov. Bu şəxs Ağdamdakı yeni qəsəbədə evlə təmin olunub.
– Tərtər Məhkəməsinin sabiq hakimi, əslən ağdamlı olan şəxs də evlə təmin olunub.
– Ağdam Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Qara doxtur da başqalarından geri qalmayıb. O da «Qaçqınkom» tərəfindən mənzillə təmin edilib.
– Ağdam rayon İcra Hakimiyyəti başçısının sabiq müavini, rayon Maliyyə Şöbəsinin sabiq rəisi Elşad Əhmədov. Bu şəxs də Qasımbəyli kəndindəki evlərdən birinə sahib çıxıb.
– Ağdam Mədəniyyət Şöbəsinin müdiri Şahin Qasımov.
– Ağdamın təhsil şöbəsinin sabiq müdiri Elmira Şükürova. Bu şəxsin Bakıda bir neçə evi var. Bərdədə villası, Gəncədə isə topdağıtmaz əmlaka malikdir.

Amma «ehtiyac» üzündən «Qaçqınkom»dan da «dar günü» üçün bir ev alıb. Siyahıdan aydın şəkildə görünür ki, burada qaçqınları deyil, məmurları nəzərdə tutublar.

Yəni, tikilən mənzillər əsl sahiblərinə çatmalı olduğu şalda, Əli Həsənov daha çox məmurların könlünü şad etməyə çalışır. Əslində isə evsiz-eşiksiz onlarla qaçqın ailələri var.