loading...

Nizami rayonunda icra başçısı vətəndaşı döydürüb

20-10-2017 Baxış sayı :109

Nizami rayonunda icra başçısı vətəndaşı döydürübNizami rayonunda ağacların kəsilməsinə, qanunsuz ticarət obyektinin tikilməsinə etiraz edən sakin döyülüb. Hadisə Rüstəmov küçəsi 44-də baş verib. Bu barədə saytımıza hadisənin şahidləri xəbər veriblər.

Şahidlərin bildirdiyinə görə, ərazidə hansısa şəxs qeyri-qanuni olaraq ticarət obyekti tiktirmək istəyir. Həmin şəxs yaşıllıqları da məhv edir. Buna etiraz edən sakinlər isə təzyiqlə üzləşirlər. Bu gün sakinlərdən biri etiraz etdiyi üçün ticarət obyekti tikdirmək istəyən şəxsin qoçu dəstələri tərəfindən döyülüb. Mənbə bildirir ki, qanunsuzluqları edən şəxslər Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun adamlarıdır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

savash.org