loading...

Təhsil şöbəsinə müdir keçən qayınana gəlinini məktəb direktoru etdi

03-10-2017 Baxış sayı :251
Təhsil şöbəsinə müdir keçən qayınana gəlinini məktəb direktoru etdiBeyləqandan Realmedia.az-ın ünvanına maraqlı məlumat daxil olub.

Yerli mənbəmiz xəbər verir ki, Xuraman Rüstəmova 27.05.2016-cı il tarixində Beyləqan rayon təhsil şöbəsinə müdir vəzifəsinə irəli çəkilib. Buna qədər o, Beyləqan şəhər, 3 saylı məktəbin direktoru vəzifəsində çalışıb. Şöbə müdiri təyin edilən Rüstəmova direktorluq kürsüsünü də əlindən verməyib. Öz nəzarəti altında saxlayıb. Təbii ki, məqsədli şəkildə. Məlumata görə, X. Rüstəmova bir müddət boş qalan direktor kürsüsünə bu günlədəi öz gəlini Lamiyə xanımı təyin edib. Yəni bir vaxtlar əyləşdiyi direktor kreslosuna  gəlini Lamiyyə xanım əyləşib.

Bununla da "varis” planı uğurla həyata keçib.