loading...

Ekologiya və təbii sərvətlər naziri işçilərinə niyə nəzarət edə bilmir?

27-09-2017 Baxış sayı :483

Azərbaycan nazirlərinin içərisində təmkinli, diqqətli və ehtiyyatlı mövqeyi ilə seçilən ekologiya və təbbi sərvətlər naziri Hüseynqulu Bağırovun fəaliyyətində "çp”lər müşahidə edilməyə başlayıb. Bu barədə AzToday.az-ın əldə etdiyi məlumatlara görə, belə "çp”lərdən biri orta təhsilli olduğu iddia edilən Cahid Məmmədovu Ağcabədi rayon Meşə Mühafizə və Bərpa Müəssisəsinin direktoru təyin etməsidir. Doğrudur, özünün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqşünası kimi təqdim edən Malik adlı şəxs (soyadını bildirməyib-red) Ağcabədi rayon Meşə Mühafizə və Bərpa Müəssisəsinin direktoru vəzifəsinə təyin edilən C.Məmmədov ali təhsilli olduğunu iddia edib. Hüquqşünas onu da deyib ki, əgər bu işin araşdırılmasında maraqlı şəxslər varsa, nazirliyə sorğu verib ətraflı araşdırsınlar.

Çox maraqlııdr ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqşünası Ağcabədi rayon Meşə Mühafizə və Bərpa Müəssisəsinin direktoru vəzifəsinə təyin edilən C.Məmmədovun hansı ali təhsil müəsəsisəsinin diplomuna malik olması haqqında heç bir məlumat verməyib.

Bu məsələ ilə bağlı AzToday.az-saytına daxil olan məlumatda qeyd olunur ki, Cahid Məmmədov haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyində əvvələr verilmiş əmrlərdə onun orta ixtisas təhsilli olması əksini tapıb. Ümumiyyətlə, bu məsələ ictimailəşdiyi və ictimaiyyətdə ciddi marağa səbəb olduğu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə rəsmi şəkildə aydınlıq gətirməlidir.

Hələlik isə qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi rayon ərazisindəki müəssisələri təbiəti qorumaqdan çox ona ziyan vururlar. Bunu Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan Meşə Fondunda olduğu kimi Ağcabədi və Beyləqan inzibati rayonları ərazisində yerləşən Ağgöl Milli Parkının ərzsində müşahidə etmək olar. Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan Meşə Fondunda və Ağgöl Milli Parkının ərazisində çoxsaylı heyvandarlıq təsərrüfatlarına rast gəlmək olar. Bu təsərrüfatlarda on minlərlə qoyun-keçi, minlərlə iri buynuzlu heyvan saxlanılır. Bu təsərrüfatlarda saxlanılan heyvanlar isə həmin ərazilərdəki ağaçların gövdəsinin qabığını yeyərək onun qurumasına səbəb olur. Həm Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin blansında olan meşə zolaqlarında, həm də Ağgöl Milli Parkının ərazisində yüzlərlə belə ağaça rast gəlmək olar. Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan Meşə Fondundakı heyvandarlıq təsərrüfatları isə bu müəssisənin əməkdaşları olan meşə gözətçilərinə məxsusdur. Bu isə o deməkdir ki, təbiəti elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dağıdır. Sadə vətəndaşda isə belə qənaət yaranır ki, meşələri bu adamlara icarəyə veriblər. Bu zaman isə icarə verən şəxs kimi isə göz önünə ekologiya və təbbi sərvətlər naziri Hüseynqulu Bağırov gəlir.

Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisinin zəbt edilməsinə şərait yaratmaq, ağacların kəsilməsi və Meşə Fonduna ziyan vurmaqla bağlı şikayətlər daima səslənsə də, nazir Hüseynqulu Bağırov heç bir tədbir görə bilmir. Halbuki, həmin şikayətlərin mövzusu olan əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259-cu maddəsinin 2,4 maddəsi ilə cinayət əməli kimi tövsiv olunur.

Ancaq belə görünür ki, Ekologiya və Təbbi Sərvətlər Nazirliyində bunun fərqində deyillər.