loading...

Ağcabədidə başçı və müavinin şərikli çınqıl biznesi

19-09-2017 Baxış sayı :568
Ağcabədidə başçı və müavinin şərikli çınqıl biznesiDünya tarixində xalqın qəzəbinə tuş gələn zülmkar diktatorların tarixçələrinə nəzər yetirəndə görmək olur ki, bir çox əzazil hökmdarlar sonları gələndə mücadilə edə-edə öz doğma kəndlərinə geri çəkilir, demək olar ata yurdlarında sonu qarşılayırlar. Səddam Hüseyn Tikritə döndüyü kimi.

"Sonolay.org” yazır ki, Ağcabədinin icra başçısı Şahin Məmmədovun Qarqarda (Qarqarçay) karyeri (daş karxanası) var. Karyer Türkiyəyə bağlı "Polat” şirkəti ilə tərəf müqabili kimi fəaliyyət göstərir. Məlumata görə, Ş. Məmmədov şirkətlə sövdələşərək yol çəkilişi üçün çınqıl daşlarını ona məxsus karyerdən daşıtdırır.

Əlbəttə ki, karyer də onun öz adına deyil, 1 – ci müavini olan Rövşən Əhmədovun qardaşı Əliş Əhmədovun adına sənədləşdirilib. Həmin karyerdən "Polat” şirkətinə daşınan xammal emal olunmadan, yol üçün yararlı olub – olmaması yoxlanılmadan qəbul edilir. Qeyd olunur ki, karxanada əmək qanunvericiliyinin tələbləri pozulur, əməyin təhlükəsizliyi təmin edilmir, işçilərlə əmək müqaviləsi bağlanılmır. Daşınan mallar üçün qaimə, faktura yazılmır ki, bu da vergidən yayınmağa şərait yaradır. Etibarlı mənbədən Sonolay.org-a verilən bilgilərdə qeyd olunur ki, Şahin Məmmədov karyeri Qarqar ərazisinə ona görə salıb ki, özü də yaxınlıqdakı Bayat kəndindən olduğu üçün başçı postundan üzaqlaşdırıldığı təqdirdə karxana biznesinin rəsmən sükanı arxasına keçsin və işləri demək olar ki, evindən – ata yurdundan idarə etsin.
Hərçənd, Ş. Məmmədov bir məsələni unudur ki, vəzifədən kənarlaşdırılandan sonra daha əlində inzibati resurslar olmayacaq. Yəni, vergi və digər dövlət orqanları ona güzəşt etməyəcək, qanunsuzluqlarına göz yummayacaqlar. Hətta böyük ehtimalla əvvəlki qanunsuzluqlarına görə ondan hesabat tələb edilsin.