loading...

Dosent: “Ermənistanın Azərbaycana qaşı başladığı müharibədə Qarabağ kimi bir ərazimizi itirmişik”

04-08-2018 Baxış sayı :366
Ermənistanın Azərbaycana qaşı başladığı müharibədə Qarabağ kimi bir ərazimizin itirlməsin gördük. Bu gün bizim bütün tələbələrimizə baxmayaraq müharibənin aparılması üçün böyük qüvvələrin ermənistana verdiyi dəstəyə görə məğlubedici Atəşkəs davam etməkdədir. Böyük dövlətlər də öz mövqelərində inad göstərərək ATƏT-in Minsk Qrupunun fəaliyyətinə "güvənməyimizi” tələb edirlər. Bu il 25 illik işğal tarixi tamam olur və Rusiya, Fransa və Amerikanın həmsədr olduğu Minsk qrupunun fəaliyyətsizliyi göz önündədir. Bizim taleyimizi üç dövlət həll edə bilmirsə ya Minsk qrupunun fəaliyyəti dayandırılsın, ya da formulu dəyişərək 3-dən 5-ə qaldırılsın. Türkiyə və Almaniya həmsədrliyə gətirilsin.
Niyə məhz Almaniya sualınıza cavab verim ki, bu gün beynəlxalq siyasətdə Rusiya, Fransa və Amerikadan fərqli olaraq vasiəçilik missiyasının tələbələrinə Almaniya daha çox riayət edir. İllərdi açıq və gizli olaraq müharibənn sülhlə nəticələnməsini əngəlləyən Rusiya, Fransa və Amerikanın gördükləri işin nəticəsi bəllidir. İşğal 25 ildir davam edir. Mən qarabağlı məcburi köçkün və elm adamı kimi tələb edirəm ATƏT-in Minsk Qrupunu fəaliyyəti ya dayadırılsın ya tərkibi 3-dən 5-ə qaldırılsın. Türkiyə və Almaniya həmsədrliyə dəvət edilsin!!
Zaur Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]