loading...

Rusiya Azərbaycanı ikinci “aprel döyüşləri”nə hazırlayır: BAKI HƏR AN “SİLAHA ƏL ATA BİLƏR”

08-06-2018 Baxış sayı :261
Ötən gün Rusiya paytaxtında rəsmi səfərdə olan Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyanın səfər öncəsi "Dağlıq Qarabağ danışıqlar masasında əsas sözə sahib olmalıdır” açıqlaması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yenidən sıfır nöqtəsinə qaytarıldığı əndişələrini artırdı. Düzdür, sülhyaratma prosesi ilə bağlı onsuz da ümidverici hansısa nəticələr və ya həll planı yoxdur. Bununla belə, illərdir ki, dəyişməz qalan danışıqlar formatına separatçı "DQR”-in əlavə olunmasına cəhdlər göstərilməsi münaqişə zonasında müharibəni yenidən tətikləməkdir. Bu həm də rəsmi Yerevanın qəbul olunmayacağını bilə-bilə b təklifi irəli sürməklə sülh niyyətində olmadığının təzahürüdür.

Ermənistanın xarici işlər naziri ilə görüşün ardından Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun "DQR”-in danışıqlarda tərəf kimi iştirakına lüzum görməməsini dilə gətirməsi belə əndişəni azaltmadı.

Rusiya Azərbaycanı ikinci Savash.org xatırladır ki, Sergey Lavrov Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını ifadə edib: "Mövqeyimiz dəyişməyib. Bu mövqe Qarabağ münaqişəsinin hər zaman Minsk Qrupu vasitəsi ilə danışıqlar yolu ilə aparılmasından ibarətdir. Bu, ən optimal variantdır. O ki qaldı Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə, Qarabağ hansısa mərhələdə danışıqlarda tərəf kimi iştirak edib. Daha sonra Azərbaycan və Ermənistanın razılığı ilə danıışıqlar iki tərəf arasında aparılıb. Rusiyalı həmsədr heç vaxt deməyib ki, Qarabağ danışıqlarda tərəf kimi iştirak etməlidir. Əgər Azərbaycan və Ermənistan Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı razılığa gəlsə, biz bunu alqışlayarıq". 

Savash.org bildirir ki, əslində Rusiyanın bu məsələdəki mövqeyi o qədər də dönməz və qəti deyil. Lavrovun nə vaxtsa Qarabağın danışıqlarda tərəf olduğunu "təsadüfən xatırlatması”, ardınca tərəflər buna razı olarlarsa Rusiyanın yeni formatı alqışlayacağını bəyan etməsi də təhlükəli tendensiyadan xəbər verir. Bu isə faktiki olaraq danışıqlar masasında iki erməni tərəfinin əyləşdirilməsinə hazırlığın görüldüyündən xəbər verir. Rusiya bununla daim arxasında olduğu Ermənistana "səninləyəm” mesajını verir, Azərbaycana qarşı isə bundan təzyiq vasitəsi kimi yararlanır.

Məlumdur ki, Azərbaycan separatçıların danışıqlara cəlb edilməsinə heç vaxt razı olmayacaq və bunu hər zaman qəti şəkildə ifadə edib. Hər halda Bakı anlamamış deyil ki, Qarabağın danışıqlar masasında əyləşməsinə göz yummaq danışıqlar başlamamış həmin danışıqları uduzmaq deməkdir. 

Son günlər Ermənistan rəhbərliyinə daxil olan ayrı – ayrı vəzifəli şəxslərin bir-birinin ardınca "Qarabağ danışıqlarda tərəf kimi tanınmalıdır” bəyanatlarından sonra Rusiya XİN rəhbərinin "bu məsələni alqışlayardıq” tipli açıqlaması rəsmi Bakıya təhdiddən başqa heç nə deyil. Belə bir durumda isə Bakının əlini silaha atmaqdan başqa alternativi qalmır. Düzdür, Rusiyanın ən azından xəbəri olmadan başladılacaq istənilən hərbi əməliyyatın tezliklə elə Rusiya tərəfindən dayandırılacağı da reallıqdır. Bununla belə Azərbaycan Ermənistanı danışıqlar masasında tək oturtmağa nail olmaq üçün ikinci "aprel döyüşlərinə” start verə bilər ki, proses də məhz buna aparır.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]