loading...

İlham Əliyev növbəti 7 il üçün Azərbaycan prezidenti seçilib

12-04-2018 Baxış sayı :96
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb.

Xeberci.org xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 641 seçki məntəqəsindən 5 min 201-i MSK-ya hesabat verib, sayılan bülletenlərin sayı 3 milyon 723 min 278-dir.

O, bildirib ki, sayılan bülletenlərə əsasən prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86% səslə birincidir.

Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc -3,11 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,39%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18%, "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,75 % səs toplayıb.

Qeyd edək ki, bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən VIII rəsmi ümummilli seçkidir. İlham Əliyevin səlahiyyət müddəti 7 il olacaq.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]