loading...

KEÇMİŞ TƏHSİL İŞBAZI YENİ AMPLUADA: TOFİQ SADIQOV NECƏ VAQİF ABDULLAYEVİN "SAQQIZINI OĞURLAYA" BİLDİ?

11-01-2018 Baxış sayı :202
Beyləqan rayon Təhsil Şöbəsinin sabiq müdiri Tofiq Sadıqovun həmin vəzifədən getməsi rəsmiyyətdə yaş senzi ilə əlaqələndirilsə də, hamı, ələlxüsus da rayonun təhsil ictimaiyyəti yaxşı bilirdi ki, əsas səbəb başqadır. KEÇMİŞ TƏHSİL İŞBAZI YENİ AMPLUADA: TOFİQ SADIQOV NECƏ VAQİF ABDULLAYEVİN "SAQQIZINI OĞURLAYA" BİLDİ?Aşkar həqiqətdir ki, T.Sadıqovun rayon təhsil şöbəsinə rəhbərlik etmiş olduğu on ildən artıq müddət Beyləqanda təhsilin tənəzzül dövrü kimi yadda qalıb. Bundan əlavə, işlədiyi dövrdə onun çoxsaylı qanunsuzluqlara rəvac verməsi barədə KİV-də kifayət qədər məlumatlar dolaşıb, onun haqqında təhsil işçiləri Təhsil Nazirliyinə çoxlu sayda şikayətlər yazıblar. Onu da nəzərə almaq lazımdır ki, təhsil sistemində yaşı 65-i adlamış rəhbər vəzifəlilərə rast gəlinir ki, müqavilə ilə işləməkdə davam edirlər. Bir nüansı da gözə almamaq olmaz ki, T.Sadıqov əsla RTŞ müdiri kimi bir postdan özxoşuna vaz keçəcək qədər gözütox biri deyildir. Aydın məsələydi ki, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev daha onunla işləmək istəmədi. Hər nə isə... Sadıqov RTŞ müdiri vəzifəsini tərk edəndən sonra işsiz qaldığı müddətdə heç də dilini dinc qoyaraq bir guşəyə çəkilib nəvələrini oynadan nəvazişkar baba olmadı. Halını soruşanlara icra başçısı ilə sözünün çəpləşdiyi məqamlardan fəxarət hissi ilə danışdı. Bəzi KİV-də T.Sadıqovun V.Abdullayevlə guya başçının təhsil işçiləriylə kobud rəftarına, ələlxüsus da müəllimələrə qarşı qeyri-etik ifadələr işlətməsinə görə "ağızlaşdığı", hətta onun fizionomiyasına vurmaq istərkən hal şahidi olmuş prokuror tərəfindən aralaşdırıldığı barədə "balladalar" da dərc olundu. Bundan sonra Sadıqov başçıya qarşı çıxmağa, rayon rəhbərinə "yerini göstərməyə" cəsarət etdiyinə görə az qala xalq qəhrəmanı kimi təqdim olundu. Xeberci.orgLakin zaman göstərdi ki, T.Sadıqovun "qəhrəmanlığı" tez partlayan sabun köpüyü imiş. Adam bir müddət vəzifəsiz qalandan sonra görünür, başçıya qılıqlanmağı, özünü bağışlatmağı bacardı və RİH-də Dövlət qulluqçuları həmkarlar təşkilatına sədr "seçildi". Əslində böyük maddi imkanlara malik Sadıqov üçün başçıya yenidəın "xod" tapmaq elə də çətin olmamalıydı. Çünki o, şöbə müdiri işlədiyi dönəmdə fürsəti fövtə verməmiş, onun xahişnaməsinin üstünə dərkənar qoymaq səlahiyyəti olan şəxsin ağlını çaşdıracaq, "saqqızını oğurlayacaq" qədər böyük kapitala yiyələnmişdir. Ona məxsus çoxsaylı obyektlərdən biri də qardaşı Ramiz Sadıqovun (Söhbət Beyləqan TKQ-nın sabiq rəisi, "Rabitə işi" ilə əlaqəsi olduğu barədə xəbərlər yayılan R.Sadıqovdan gedir) adına rəsmiləşdirilmiş məşhur kafedir. Beyləqanın girişində, "Xudafərin" şadlıq sarayının arxasında yerləşən bu obyekt "priton" kimi tanınır. Bildirilir ki, təxminən üç həftə əvvəl burada reyd keçirən polis rəisinin müavini Taleh Hüseynov obyekti bağlatdırıb. Həmişə oldiuğu kimi bu dəfə də T.Sadıqov sinəsini qabağa verəndən sonra üç gün keçmiş kafenin fəaliyyəti bərpa olunub. O da bildirilir ki, Sadıqovların səxavət kisəsinin dərinliyinə bələd olan polis sahə müvəkkili Vidadi Qarayev və onun köməkçisi Müşfiq burada Bərdədən olan iki yüngül əxlaqlı qadının kafenin əsas profilindən kənar fəaliyyətinə şərait yaradıblarmış. Elə bu işdəycələrinin nəticəsidir ki, vaxtilə "təhsil işbazı" kimi tanınan T.Sadıqovu indi rayonda başqa ampluada tanıyırlar. Və əlbəttə ki, onun Oğuz rayon polisində əməliyyat-axtarış bölməsinin rəisivəzifəsində xidmət edən oğlunun bundan xəbəri yoxdur. Xeberci.org

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]