loading...

İcra hakimiyyətinin şöbə müdiri Rəşid Ağayevin “Ariva” otelində Ərəb turist ölü tapıldı

10-01-2018 Baxış sayı :211
İcra hakimiyyətinin şöbə müdiri Rəşid Ağayevin “Ariva” otelində Ərəb turist ölü tapıldıYanvarın 8-də Bakıdakı "Ariva” otelinin ərəb müştərisi Məsfər Oman Əlbillahi otağında ölü tapılıb.

İddialara görə, 1962-ci il təvəllüdlü qonaq ürək çatışmazlığından dünyasını dəyişib. İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə seks işçiliyi ilə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman isə qadınlar həmin nömrədə olmayıb.

Otelin əsl sahibinin isə icra hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Ağayev Rəşid Ağaqulu oğlu olduğu söylənilməkdədir.

Qeyd edək ki, R.Ağayev Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin ən sadiq adamlarındadır. Belə ki, Rəşid Ağayev Fərzəliyev Nizami rayonunda icra başçısı kimi fəaliyyət göstərdiyi dövrdən bəri onunla birlikdədir. Nərimanova təyin olunduqdan sonra ilk təyinatlarından biri Ağayevlə bağlı olub. Rayonda Rəşid Ağayevin icra başçısının "gizli kassa”sı olduğu bildirilir. Hətta "Şərq” bazarı ətrafında, Dərnəgül yolu istiqamətində, metro yaxınlığında olan obyektlərin bir çoxunun R.Ağayevin nəzarətində olduğuna dair xəbərlər var


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]