loading...

Sumqayıtın mətbuatdan qaçan və mətbuatla işləyən məmurları – ARAŞDIRMA

20-10-2017 Baxış sayı :108

Sumqayıtın mətbuatdan qaçan və mətbuatla işləyən məmurları – ARAŞDIRMAJurnalistlər hər hansı bir mövzunu işıqlandırarkən adətən rəsmi tərəfin də mövqeyini öyrənməyə çalışırlar. Bunun üçün idarə və təşkilatlarla, rəsmi qurumların nümayəndələri ilə əlaqə saxlamağa çalışsalar da, onlar bəzən ya sualdan yayınaraq lazımı məlumatları vemir, ya məsələ haqqında xəbərdar olmadıqlarını deyərək sualları cavabsız qoyur, ya da ki, ümumiyyətlə telefon zənglərinə əhəmiyyət verməyərək dəstəyi yerindən qaldırmırlar. 

OperativXeber.az Xeberle.com-a istinadən bildirir ki, bu dəfə fəaliyyətimiz müddətində suallarımızı cavabsız qoyan idarə və ya təşkilat rəhbərləri, səlahiyyətli şəxslər haqqında məlumat verəcəyik.

İlk olaraq dəfələrlə əlaqə saxlamağımıza rəğmən zənglərimizə cavab verməyənlərdən məlumat vermək istərdik. 

Belə şəxs və ya idarələrə Sumqayıt Nəqliyyat MMC-nin rəhbəri Xannı Rüstəmov, Sumqayıt Dövlət Yol Polis İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyevi misal göstəmək olar ki, bu vaxta qədər adları çəkilən şəxslərlə ümumiyyətlə əlaqə yaratmaq mümkün olmayıb. 

Aidiyyəti nazirliklərlə əlaqə saxlamaq daha asandır, nəinki bu iki məmurdan cavab almaq…

Bəzi məmurlar da var ki, ya telefon dəstəyini götürərək suallarımızı cavablandırır, ya da ki, zənglərimizi cavabsız qoyurlar. Belə şəxslər sırasına da Sumqayıt Sərnişindaşıma İdarəsinin rəis müavini Məzahir Piriyevi və Sumqayıt şəhər Nəqliyyat Departamentinin rəhbəri Seyfulla Əsədullayevi aid etmək olar. 

Bundan başqa şəhərimizdə baş verən ekoloji problemlərlə əlaqədar nə vaxt Sumqayıtda yerləşən 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlasaq, bizi birbaşa nazirliyə yönləndirərək suallarımızı cavabsız qoyur.

Bütün bunlara baxmayaraq, rəsmi qurumların səlahiyyətli nümayəndələrindən daim mətbuata açıq olanları da var. 

Həmin şəxslər sırasında Sumqayıt Şəhəri İcra Hakimiyyətibaşçısının müavinləri, habelə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov, Sumqayıt Elektrik Şəbəkəsinin baş mühəndisi Arzuman İsmayılov, Sumqayıt şəhər Qaz İstismar İdarəsinin baş mühəndisi Teymur Balıyev, Sumqayıt Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Atəş Məmmədov, Sumqayıt Su Kanal İdarəsinin rəis müavini Qurban Mikayılov, "Azəristiliktəchizat” ASC-nin "Sumqayıtistiliktəchizatı” İdarəsinin rəisi Avtandil Nuriyev, "Azər-lift Servis"in Sumqayıt Regional İdarəsinin rəisi Cümşüd İsmiyev, Sumqayıt Təmizlik Departamentinin baş mühəndisi Ramil Tağıyev, Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlili, Sumqayıt şəhər Küçə İşıqları İdarəsinin rəis müavini İlqar Mahmudov kimi insanların adlarını çəkmək olar ki, onlarla həmişə əlaqə yaratmaq və suallarımıza cavab almaq mümkün olub. (xeberle.com)Sumqayıtın mətbuatdan qaçan və mətbuatla işləyən məmurları – ARAŞDIRMASumqayıtın mətbuatdan qaçan və mətbuatla işləyən məmurları – ARAŞDIRMASumqayıtın mətbuatdan qaçan və mətbuatla işləyən məmurları – ARAŞDIRMA


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]