loading...

Nazirin qəbulunda qalmaqal

30-09-2017 Baxış sayı :668
Nazirin qəbulunda qalmaqal
Xəbər verdiyimiz kim ölkə başçısının tapşırığına əsasən bölgələrədə mütəmadi olaraq nazirlər,komitə rəhbərləri  hər ay vətəndaşları qəbul edirlər. Senyabrın 28-də  Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov Daşkəsən şəhərində yerləşən Dövlət Arxiv İdarəsində Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl rayonlarının vətəndaşlarını qəbul edib.

Əgər buna qəbul demək olarsa. Xalq.az-a verilən məlumata görə əvvəlcədən hazırlanmış 10-15 nəfər qəbula buraxılıb. Şikayətçilər Dövlət Arxiv İdarəsinn önündə  gözləsələrdə ancaq siyahı ilə keçirilən qəbulda müxtəlif təkliflərlə gələnlər nazirlə görüşə buraxılıb. Nazir təxminən 30-dəqiqə qəbul keçirdi. Sonra idarənin önündə qəbul  vaxtı sona çatdığını bildirərək vətəndaşlara növbəti dəfə qəbula gəlməyə tövsiyyə olunub. Gədəbəydən və Samuxdan gələn vətəndaşlar uzaq yol gəldiklərini bildirsələrdə heç bir nəticəsi olmayıb.

Məlumatla bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etsəkdə bu barədə açıqlama verilmədi.