loading...

Vergilər Nazirliyi “Turan”a qarşı işi dayandırdı

20-09-2017 Baxış sayı :126

Vergilər Nazirliyi “Turan”a qarşı işi dayandırdıSentyabrın 19-da "Turan” informasiya agentliyi Vergilər Nazirliyindən elektron məktub alıb. Agentliyin verdiyi xəbərə görə, 11 sentyabr tarixli həmin məktubda avqust ayında agentliyə qarşı başlanmış istintaqa xitam verildiyi bildirilir.

Məktub Vergi riskləri departamentinin rəhbəri Cəbrayıl Fərid adından göndərilib və orada qeyd olunub ki, "Turan” informasiya agentliyinin 14 avqust tarixli vergi yoxlamasının ləğvi ilə bağlı xahişinə baxılıb. Həmin şikayətdə agentliyin 2014-2016-cı illərdə fəaliyyətinə dair kameral yoxlamalar üzrə qəbul edilmiş qərarlara etiraz bildirilib.

"Yoxlama zamanı müəyyən edilib ki, agentliyin müvafiq iddia ərizəsi 1 saylı İnzibati-İqtisadi Məhkəməyə də verilib.

Nəzərə alınsa ki, inzibati və məhkəmə yoxlamasının eyni zamanda keçirilməsi qeyri-mümkündür, agentliyin ona qarşı araşdırmanın dayandırılması ilə bağlı müraciəti məhkəmə orqanlarına verilib.

Agentliyə qarşı əvvəllər başlanmış istintaqın dayandırılması barədə qərar qəbul edilib”, - məktubda bildirilir.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]