loading...

Heydər Əliyevin xeyir-duası ilə salınan yaşıllıqlar Nəsimi rayonunda necə məhv edilir –VİDEO/FOTO

23-06-2018 Baxış sayı :113
Görün Kimlər ağac əkir, kimlər isə onları məhv edir.

Prezident İlham Əliyev Bakıda yaşıllıqların məhv edilməsinin yolverilməzliyi barədə dəfələrlə sərt çıxışlar edib, məmurları buna görə cəzalandırıb. Prezidentin qızı Azərbaycanda və dünyada ətraf mühitin mühafizəsi yolunda çalışır, layihələr həyata keçirir. 

Leyla Əliyevanın irəli sürdüyü "Bizim həyət” layihəsi də bunlardan biridir, bu gözəl təşəbbüs Bakıda yaşayış binalarının həyətlərində yaşıllıq sahələrinin yaradılmasını nəzərdə tutur.

Ancaq məmurlar tam əksini edirlər. Konkret olara Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə başçı təyin edildikdən sonra yeni başçının "gəlişini” ilk hiss edən rayonun florası oldu.

Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllələrdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı.

Faciə baş verə bilər

Əvvala onu qeyd edək ki, Asif Əsgərovun "pilot” adlandırdığı layihələr köhnə "xruşşofka” tipli binaların məhəllə daxili ərazilərində qanunsuz binrət oldu. Bakı şəhərində vətəndaşların ən çox incidilməsi, iqtidardan incik salınması məhz bu rayondadır. Hazırda onlarla ərazidə qanunsuz tikintilər gedir. Bu tikintilərdə şəhərsalma qanunlarına tüpürülür.

Köhnə bina sakinlərinin istirahət əraziləri tikinti meydançasına çevrilir, yaşıllıqlar vəhşisəcinə qırılır. Bu ərazilərdə sabah hər hansı faciə baş verərsə dəhşətli itkilər olacaq. Məhlələrə tikinti əlindən nə təcili tibbi yardım, nə FHN avtomobilləri girə bilməyəcək. Belə məhlələrdən birinin sakini deyir:

"Prezident qərar verib ki, bütün "xruşşovka” binalar sökülsün və yerində müasir standartlara uyğun binalar tikilib əhaliyə təhvil verilsin. Bununla razılaşdıq. İşbazlar da hər şeydən istifadə edirlər. Binaların arasında olan torpaq sahəsini çəpərləyib, həyətimizdə tikinti işlərinə başlayıblar. Həyətimiz hər tərəfdən mühasirəyə alınıb. Uşaqlarımız, qocalarımız, xəstələrimiz həyətə düşə bilmir, toz-torpaqdan pəncərəni açıb nəfəs ala bilmirik”.

Bina sakininin sözlərinə görə, artıq elə vəziyyət yaranıb ki, həyətə heç bir tərəfdən yanğınsöndürən, təcili yardım və digər nəqliyyat vasitələrinin daxil olması mümkün deyil. Həyət maili olduğuna görə, tikintiyə başlanılan zaman binanın özülünü də bir metrə yaxın qazıblar. Yəni, bina da qəzalı vəziyyətə düşüb”

Daha bir problem qeyd etdiyimiz kimi yaşıllıqların məhv edilməsidir. Bu yaşıllıqların çoxu ötən əsrin 70-c illlərində, Heydər Əliyev ölkə rəhbəri olarkən salınıb. Bəs bu yaşıllıqlar niyə qırılır, niyə tədbir görən yoxdur?

Yaşıllıqlar hansı planla məhv olunur

Ağacların məhv edilməsində məsuliyyəti tək tikintiləri aparan MTK-lar, bu tikintilərə icazə verən Nəsimi İsra Hakimiyyəti deyil. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul vəzifəliləridir.

Gəlin konkret bir ərazidə aparılan tikintiyə nəzər salaq. Hazırda bu ərazi hasarlanıb. Yaxın zamanlarda böyük tikinti başlanacaq. Söhbət "Grand Palaza” yaşayış massivinin salınacağı , Nəsimi rayonu, Süleyman Rüstənm küçəsi 173-177, Xan Şuşinski 40-44 ünvanlarını əhatə edən böyük ərazidən gedir.

Təqdim etdiyimiz video və fotoşəkillərdən görünür ki, ərazidə artıq katlovan qazılıb. Bəzi biinalar tamamən boşdur, yaxın vaxtda uçurulacaq. Ağacların isə budaqları kəsilib.Bəziləri yarıdan kəsilib. Burda yüzlərlə ağac var. Sağlam, yaşıl ağaclar. Əvvəlcə budaqları budanır, üstən budaqları kəsilir, ikinci mərhələdə tamamilə kökündən çıxarılır. Quramamış, yaşıl ağacların bu kökə salınmasında məqsəd nədir? Bakıda elə məhlələr var ki, qurumuş ağaclar var, sakinlər illərlə gözləsə də o ağacları heç kim budamır.

İndi biz bu ağacların taleyi necə olacaq deyək.

ETSN-nin Dövlət Ekspertiza İdarəsi rəy verir, icazə verir bununla da iş qutarır. Nazirlər Kabinetinə də məlumat verilir ki, ağaclar köçürülüb. Sənədləşmə yəni belə aparılır. Əslində gənc ağaclar köçürülə bilər. Hərçənd ki, heç onları da köçürmürlər.Yaşlı ağacları isə köçürmək mümkün deyil. Həm də yeni binalar köhnələrin yerində ucaldılsın. Axı niyə bu sağlam, şəhərimizə nəfəs verən bu ağaclar məhv edilməlidir.

Ticarətlə məşğul olan sahibkarlardan biri deyir ki, dükanının üstünə düşən bir budağı mişarladığı üçün üstünə bir neçə idarədən tökülüblər. 2 min pul istənilib,sonra xahiş-minnətlə 600 manat cərimə ilə yaxasını qutarıb. Təsəvvür edirsiniz, bir quru budağa görə 600 manat. Bəs bu ərazidə yüzlərlə sağlam ağac məhv edilir. Bu artıq cinayət işidir.

ETSN-nin Dövlət Ekspertiza İdarəsi rəhbəri Azər Aslanova sual veririk- bu ağacların taleyi necə olacaq ?

Ümumiyyətlə , üzümüzü daha bir məsul şəxsə-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüsüynova tuturuq –siz məgər Nəsimi rayonmunda vandalizmi, yaşıllıqların məhv edilməsini görmürsünüz?

Asif Əsgərov Ulu Öndərin respublikanın birinci katibi olan zaman xeyir-duası ilə salınmış yaşıllıqları qanunsuz hesab edir. Öz qanunsuz əmələrinə ETSN-in məsul şəxslərini də şərik edir.

Təqdim etdiyimiz süjetə, sadalanan faktlara aidiyyatı qurumların reaksiyası nə olacaq?

Növbəti saylarımızda aydınlıq gətirəcəyik.azerinfo.az

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]