loading...

Şamaxıda DƏHŞƏT! Asfalt örtüyü çökdü – FOTO, VİDEO

20-06-2018 Baxış sayı :83

Şamaxı-Çuxuryurd-Dəmirçi avtomobil yolu yenidən sürüşməyə məruz qalıb. 

Minval.info xəbər verir ki, yolun sağ və sol yamaclarından başlayan torpaq axını və iri çatlar asfalt örtüyünə xeyli ziyan vurub, əmirçi kəndinin girişində asfalt örtüyü iki yerə bölünərək yolda 45-50 santimetr enində iri yarğanlar əmələ gəlib. Bir ay bundan öncə Şamaxı-çuxuryud-Dəmiriçi yolunun 3 hissəsində sürüşmə baş vermişdir. Artıq sürüşmənin əhatəsi böyüyüyərək 15-ə çatıb.

Şahmirzə Süleymanov – Sürücü: "Sürüşmə çox yerdədir. Hələ ki, sürüşür, dayanmır. Yağışlar kəsilib, inşallah düzəldəcəklər”.

Ərazidə hər gün yeni sürüşmələr və uçqunlar qeydə alınır. Yolun bəzi hissələrində asfalt örtüyü 15 metr uzunluqda 5 metr dərinlikdə çöküb. Artıq bir aydan çoxdur ki, Şamaxı-Çuxuryurd-Dəmirçi yolunda sürüşmənin baş verdiyi nöqtələrdə bərpa işləri aparılsa da havaların yağıntılı keçməsi səbəbəbindən ərazidə yeni sürüşmələr əmələ gəlib.

Mikayıl Şükürov – Sürücü: "Burdan iki kilometr yuxarıda Lahıc yolu tamamilə sürüşüb. 20 hektar əkin sahəsi belə tamamilə sürüşüm gedib”.

Cəlal Cəbiyev – Sürücü: "Dağ yamaclarıdı bular. Axan sel sularıdı ki, çatladır asfaltı, sıradan çıxarır”.

 

Ərazidə çalışan mütəxəsislərin sözlərinə görə, sürüşmənin baş vermə səbəbi yağan güclü leysan yağışlarıdır. Yağıntılar nəticəsində yolun dağ yamaclarına yığılan sel suları ərazidə gölməçələr əmələ gətirir, elə bu səbəbdən də yamcalardan başlayan iri çatlar böyüyür, yola doğru hərəkət edərək asfalt örtüyünün dağılmasına səbəb olur.

Aydın Həsənov – Dəmirçi yolunun sahə rəisi: "Əlbəttə ki, aradan qaldıracağıq problemi. Bu təbii fəlakətdir. Burada bir ara daşqınlar oldu. Hal-hazırda drenaj kanallar çəkirik, axan sel sularını, yağıntını ötürürük asfaltın kənarına”.

Artıq bu problemləri birdəfəlik aradan qaldırmaq üçün sürüşmənin baş verdiyi ərazilərdə mütəxəsislər tərəfindən işlər aparılır.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]