loading...

Bakıda müəllim şagirdi təhqir etdi, şagird cavab qaytarmadığı üçün döyüldü – FOTO

31-03-2018 Baxış sayı :677

Biləcəri sürücülük məktəbində təhsil alan Məhəmməd Mütəllimov döyülüb.

Minval.İnfo xəbər verir ki, şagirdin döyülməsinə səbəb, müəllimin onu təhqir etməsidir. Belə ki, Yusif adlı müəllim onu küçə söyüşü ilə təhqir edib, Məhəmməd isə ona cavab qaytarmayıb.

Bu səbəbdən məktəbin digər şagirdləri onu ələ salıb, təhqir ediblər. Hər şey də bundan sonra başlayıb.

Hazırda əməliyyat edilən Məhəmmədin anası Səriyyə Mütəllimova Minval.info-ya məsələni ətraflı danışıb:

"Müəllim küçə söyüşündən istifadə edərək oğlumu təhqir edib. Mən də oğluma tapşırmışam ki, atanı söysələr də cavab qaytarma. Ona görə də oğlum cavab qaytarmayıb.

Bundan sonra 3 nəfər Kənan, Süleyman və Taleh adlı məktəbin şagirdləri oğluma deyiblər ki, "Sən o söyüşə cavab qaytarmadın. Deməli ona layiqsən”. Buna görə də, dava düşüb. O üç nəfər birləşib oğlumu döyüblər. Nəyləsə vurub, ayağını sındırıblar. Hazırda "Baku City Hospital”-dayıq. Oğlumun ayağını əməliyyat edəcəklər”.

Daha ətraflı məlumat dərc ediləcək.

Minval.İnfo


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]