loading...

Gəlini haqqında dedi-qodu yayan qaynana təzminat ödəyəcək

08-01-2018 Baxış sayı :34

Türkiyədə 2014-ci ildə evindən qızılları oğurlanan qadın oğurluqda gəlinini günahlandırıb.

Xeberci.org xəbər verir ki, qayınanasının bu dedi-qodularına görə məhəllədə çətin anlar yaşadığını bildirən gəlin məhkəməyə üz tutub.

Gəlin qayınanasının yaydığı şaiyələrə görə şəxsiyyət hüquqlarının pozulduğunu iddia edib və mənəvi təzminat ödənilməsini istəyib.

Gəlin bildirib ki, bu dedi-qodulara görə insanların üzünə baxa bilmir, hətta küçəyə çörək almağa da çıxmır. Qaynana isə iddianı rədd edib.

Məhkəmənin qərarında isə bildirilib ki, qızıl oğurluğunda gəlinin heç bir suçu yoxdur, qayınananın onun haqqında yaydığı söz-söhbətlər əsassızdır, buna görə də gəlinə təzminat ödəməlidir.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]