loading...

Böyük müharibə bu tarixə kimi başlayacaq – ŞOK RAZILAŞMA

05-07-2018 Baxış sayı :162
Ukrayna prezidenti Pyotr Poroşenko Donbas separatçıları ilə böyük müharibənin başlanması haqqında razılaşır.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu haqda "Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko bildirib.

Onun sözlərinə görə, Poroşenko Donbasda eskalasiya vasitəsilə Ukraynada prezident seçkilərini keçirməməyə çalışır.

"Poroşenkonun Ukraynada etməyə çalışdığı esktremal dərəcədə təhlükəlidir. O, prinsip etibarilə prezident seçkiləri keçirməmək istəyir. Buna görə indi "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası” ilə danışıq prosesi başlanıb. Poroşenko böyük müharibənin başlanmasına təşəbbüs etmək istəyir”, - siyasətçi deyib.

Partiya sədri qeyd edib ki, prezident bu gün "xalq respublikaları”nın rəhbərləriylə dostluq münasibətlərinə malikdir.

"Prezident hərbi vəziyyəti tətbiq etmək və prinsip etibarilə seçkiləri keçirməmək istəyir. Bu, indi əsas plandır”, - Timoşenko yekunlaşdırıb.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2019-cu ildə keçirilməlidir.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]