loading...

Dollardan gözlənilməz bahalaşma

26-06-2018 Baxış sayı :344
Türkiyədə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi dolların lirəyə nisbətdə məzənnəsini zəiflətsə də, ABŞ valyutası yenidən yüksəlişə keçib.

Xeberci.org xəbər verir ki, seçkidən dərhal sonra türk lirəsi dollara nisbətdə 3 faiz dəyər qazanaraq  4.5375 lirəyə yüksəlmişdi.

Lakin bu gündən başlayaraq, dollar bazardakı hökmranlığını geri qaytarıb. Birjalarda dollar/lirə məzənnəsi 4.7233 lirə təşkil edir. Avro ilə əməliyyatlar isə 5.49 lirədən aparılır.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]