loading...

Məşhur modelin professor əri qiymət qarşılığında tələbəsi ilə cinsi əlaqədə oldu və…

24-06-2018 Baxış sayı :160
Dünyaca məşhur model Anna Bondareva ilə evli olan Reading Universitetinin professoru Conatan Dronsfild işdən çıxarılıb.

"Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb 55 yaşlı müəllimin tələbəsi ilə qiymət qarşılığında münasibətə girməsi olub.
2014-cü ildə yaşanan bu hadisədən sonra universitetdən qovulan Dronsfild məhkəməyə müraciət edib və davanı uduzub. Məhkəmənin qərarı ilə o, müəllimlik hüququnu da tamamilə itirib.

Məsələnin tərəfərrüatına gəlincə, müəllim qiymətləri yazmadan öncə 25 yaşlı tələbəsi ilə cinsi münasibətə girib və buna görə də ona lazımi qiyməti yazıb. Münasibətlərinin ortaya çıxmasından sonra haqqında araşdırma açılıb işdən uzaqlaşdırılan Dronsfild buna etiraz olaraq işi hüquqi müstəvidə həll etmək istəmişdi.
O, tələbəsi ilə müzey açılışından sonra otelə gedib cinsi əlaqədə olduğunu qəbul edib. Lakin buna səbəb kimi həyat yoldaşının xaricdə olduğunu və buna görə də boşluğa düşdüyünü deyib. Müəllim tələbəsinin boşluğundan faydalanaraq onu cinsi münasibətə razı saldığını deyib və buna görə işdən çıxarılmasının haqsızlıq olduğunu bildirib.

Amma 4 il davam edən məhkəmə professorun əleyhinə bitib.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]