loading...

Ermənistanda etiraz aksiyası başladı: yenə yol bağlandı

11-06-2018 Baxış sayı :95
Ermənistan Texut və Şnox kənd sakinləri Texut QSC-ə gedən yolları səhər saatlardan etibarən bağlayıb.

Xeberci.org xəbər verir ki, onlar şirkətdən məşğulluq tələb ediblər.

Aksiya iştirakçılarından birinin sözlərinə görə, onlar hər növ torpaq sahəsindən (bağ, əkin, meşə) məhrum olublar, indi isə üstəlik işdən də qovulublar.

"Kreditlər götürmüşük, ancaq bizim haqqımızda heç kim düşünmür. Nə üçün bizdən aldıqları torpaq sahələrində başqaları çalışmalıdır? Yollar bizim suallarımıza cavab verilənə qədər bağlı saxlanılacaq”, - aksiya iştirakçıları bildiriblər.

Xatırladaq ki, fevral ayında "Valleks” şirkətlər qrupunun nümayəndəsi Texut QSC-nin əməkdaşlarının sayının 1190-dan 300-ə qədər ixtisar ediləcəyini açıqlamışdı. Kənd sakinləri etirazlar zamanı əvvəlki razılaşmalara istinad edirlər ki, buna əsasən də onlar ilk növbədə işlə təmin edilməlidirlər.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]