loading...

"Atletiko"nun futbolçusu cəzalandırıldı - "Qarabağ"la oyun...

23-10-2017 Baxış sayı :113
"Atletiko"nun futbolçusu cəzalandırıldı - "Qarabağ"la oyun...Bakıda "Qarabağ" komandası ilə keçirdikləri Çempionlar Liqasının qrup mərhələsinin III tur matçı zamanı davranışı İspaniyanın "Atletiko" klubunun futbolçusu Yannik Karraskoya baha başa gəlib.

Report-un məlumatına görə, baş məşqçi Dieqo Simeone 72-ci dəqiqədə əvəzləndiyi vaxt meydanı ləng tərk edən belçikalı yarımmüdafiəçini cəzalandırıb.

Argentinalı mütəxəssis 24 yaşlı oyunçunun komandaya qol vurmağın vacib olduğu anda saymazyana davranışa yol verdiyi qənaətinə gəlib. Bu səbəbdən, Karrasko "Selta" ilə İspaniya La Liqasının IX tur matçına aparılmayıb. Klubdan verilən rəsmi açıqlamada isə futbolçunun dizində zədə olduğu üçün meydana çıxmadığı bildirilib. Simeone cinah yarımmüdafiəçisinin hərəkətini nəticədən məmnun olmaması ilə izah edib.

Qeyd edək ki, "Qarabağ"la matçda qolsuz heç-heçə edən "Atletiko" "Selta"nı yenməyi bacarıb - 1:0.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]