loading...

"Atletiko" Bakıya bu heyətlə gəlir

16-10-2017 Baxış sayı :79
"Atletiko" Bakıya bu heyətlə gəlirFutbol üzrə Çempionlar Liqasının III turunda "Qarabağ”ın qonağı olacaq İspaniyanın "Atletiko” komandası Bakıya 20 futbolçu ilə gələcək.

Reportyor.tv Report-a istinadən xəbər verir ki, baş məşqçi Dieqo Simeone oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç üçün 3 qapıçı, 6 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçunu heyətə daxil edib.

Yerli vaxtla saat 14:00-da yola düşəcək "Atletiko” Bakı vaxtı ilə saat 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.

Qapıçılar: Yan Oblak, Migel Anhel Moyya, Aksel Verner.

Müdafiəçilər: Dieqo Qodin, Filipe Luis, Lukas Ernandes, Şime Vrsalko, Stefan Saviç, Xose Mariya Ximenes.

Yarımmüdafiəçilər: Koke, Saul Nyiqes, Tomas Partey, Qabi Fernandes, Yannik Karrasko, Auqusto Fernandes, Nikolas Qaytan.

Hücumçular: Fernando Torres, Antuan Qrizmann, Kevin Qameyro, Anhel Korrea.

Qeyd edək ki, "Qarabağ” - "Atletiko” oyunu saat 20:00-da başlayacaq.