loading...

Millimizin son sınağı

08-10-2017 Baxış sayı :115
Millimizin son sınağıBu gün futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək.

Reportyor.tv xəbər verir ki, millimiz Kayzerslautern şəhərindəki Frits Valter stadionunda Almaniya yığması ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, yığmamızın yer aldığı "C” qrupunda Almaniya 27 xalla qrup birincisi kimi növbəti mərhələyə vəsiqəni təmin edib. Şimali İrlandiya yığması 19 xalla ikinci, Çexiya 12 xalla üçüncü, Norveç 10 xalla dördüncü, eyni xala sahib Azərbaycan millisi beşinci pillədə qərarlaşıb. Hesabında xal olmayan San-Marino yığması isə sonuncudur.