loading...

UEFA Zabiti seçdi, Zabitin isə xəbəri yoxdur - Açıqlama

27-09-2017 Baxış sayı :123
UEFA Zabiti seçdi, Zabitin isə xəbəri yoxdur - AçıqlamaUEFA-nın Çempionlar Liqasında çıxış edən komandaların ulduz fanatları siyahısında dəyişiklik edərək, "Qarabağ”ın yeni ulduz fanatı kimi Zabit Səmədovu göstərməsindən məşhur kikboksçumuz xəbərsizdir.

Bu barədə Axar.az-a açıqlamasında Zabit Səmədov özü deyib. "Məni kim seçib, hara seçib - xəbərim yoxdur”, - çempion bildirib.

"Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə deyib ki, Zabit Səmədovun bundan məlumatsız olması normaldır:

"Çünki belə bir şey üçün müraciəti şəxs özü etmir. Bu şəxsləri UEFA özü hər ökədəki nümayəndəlikləri vasitəsilə seçir. Bununla bağlı klubdan sorğu aparılmır. Tanınmış simalar kütlənin marağı nəzərə alınaraq seçilir”.

Qeyd edək ki, UEFA-nın rəsmi saytında yer alan yazıda "Qarabağ"ın ulduz fanatı kimi əməkdar artist Bəhram Bağırzadənin adı çıxarılıb və Zabit Səmədov qeyd edilib.

Məqalədə bildirilir ki, Azərbaycanın ən güclü kikboksçularından olan Səmədov Ağdam komandasının azarkeşidir. O, hələ qrup mərhələsindən əvvəl klubu şəxsi İnstagramında bu sözlərlə dəstəkləyib: "Biz sizin üçün dua edəcəyik, uşaqlar. Sən mənim qəhrəmanımsan. Allah səninlədir. Sən ən güclüsən".