loading...

Məsuddan Almaniyaya “tarixi qol” – Türkiyə önə keçdi

25-07-2018 Baxış sayı :403
Almaniya milli komandasından ayrılmaq qərarı ilə bütün dünyada rezonans doğuran Məsud Özil Türkiyə ilə Almaniya arasında UEFA-nın Avro-2024 turnirinə ev sahibliyi uğrunda mübarizəyə də təsir göstərib.

Axar.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının keçirilməsi üçün Almaniya ilə yarışan Türkiyə Məsud Özilin qərarı ilə üstünlüyü ələ alıb.

Özilin milli komandanı tərk etmək üçün göstərdiyi səbəblər arasında yer alan irqçilik UEFA və FİFA-nın ən çox mübarizə apardığı sahələrdən biri sayılır. Belə olan halda irqçilikdə ittiham olunan Almaniya Futbol Federasiyasının Avro-2024-ə ev sahibliyi etmək şansı azalıb. Əvəzində isə bir çox UEFA rəsmisinin mövqeyinin Türkiyənin xeyrinə dəyişdiyi bildirilib.

Xatırladaq ki, türk əsilli almaniyalı futbolçu Məsud Özil Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi fotoya görə ağır tənqidlərə məruz qalmışdı.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]