loading...

Mesut karyerasının bitirdi: “Qələbə qazananda alman, uduzanda köçkün oluram”

23-07-2018 Baxış sayı :123
Mesut Özil Almaniya milli komandasındakı karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, türk əsilli futbolçu bununla bağlı açıq məktubunda bildirib.

"Arsenal”ın yarımmüdafiəçisi Almaniya Futbol İttifaqı (DFB) tərəfindən qəbul olunmuş qərarda irqçilik təzahürlərini göstərib. Məsut Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fotosu alman fanatları tərəfindən tənqidlərə məruz qalmış, hətta ölkə rəhbərliyi belə onu hədəfə almışdı. DFB rəhbəri Raynhard Qrindel isə yaranmış vəziyyətdən sonra onu yanına çağırıb.

"Almaniya Futbol İttifaqının səriştəsizliyi üzündən uğursuzluğun səbəbkarı kimi göstərilmək istəmirəm. Qələbə qazananda alman, uduzanda isə köçkün oluram. Dostlarım Lukas Podolski və Miroslav Kloze heç vaxt alman polşalısı sayılmadılar. Bəs niyə mənə alman türkü deyirlər? Çünki bu, Türkiyədi? Çünki mən müsəlmanam? Bu, bağışlanmır və unudulmur. Son hadisələrlə əlaqədar uzun götür-qoydan sonra ürək ağrısı ilə Almaniya yığmasında daha oynamamağa qərar verdim. Çünki mən öz ünvanıma irqçi və hörmətsiz münasibət hiss edirəm” deyə Məsut bildirib.

Qeyd edək ki, futbolçunun Türkiyə prezidenti ilə fotosu tənqidlərə səbəb olub. Lakin Özil tənqidlərə cavab verib.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]