loading...

Azərbaycanda benzin bahalaşır

27-09-2017 Baxış sayı :1 823
Azərbaycanda benzin bahalaşır"AzeriLight" markalı neftin 1 barrelinin dəyəri 2015-ci ildən bəri ilk dəfə olaraq 59 dolları ötüb.

Maraqlıdır, neftin qiymətinin baha olması Azərbaycanda benzinin qiymətinə təsir edəcəkmi?

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirir ki, dekabr ayına yaxın dizellə bağlı qərar verilə bilər:

"Başqa ölkələrdən fərqli olaraq, dünya bazarlarında olan dəyişiklik Azərbaycana tez təsir etmir. Məsələn, Gürcüstan və Türkiyədə neftin qiymətinin artımı bir həftədən sonra benzinin qiymətinə təsir göstərəcək. Çünki orada bazara uyğun qiymət müəyyənləşdirilir və dövlətin buna müdaxiləsi olmur. Azərbaycanda isə benzinin qiymətini dövlət müəyyənləşdirir. Yaxın gələcəkdə benzinin qiymətinin qalxmasını düşünmürəm. Çünki "Aİ-92” markalı benzinin qiyməti elə bir müddət əvvəl qalxmışdı. Amma dekabr ayına yaxın dizellə bağlı qərar verilə bilər. Dizel yanacağı ilə benzin arasında qiymət fərqi çoxdur. Düşünürəm ki, kənd təsərrüfatı mövsümü bitəndən sonra dizel yanacağının bahalaşması ilə bağlı qərar verilə bilər”.