loading...

Aşıq Ədalətlə vida mərasimi ləğv olundu - Yeniləndi

15-09-2017 Baxış sayı :88
Aşıq Ədalətlə vida mərasimi ləğv olundu - Yeniləndi
Aşıq Ədalət Nəsibovun dəfn ediləcəyi yer dəyişdirilib.

Bu barədə APA-ya Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı məlumat verib.

Onun sözlərinə görə, aşıq Ədalət sabah Qazaxda torpağa tapşırılacaq: "Aşığın ailəsi onu Bakıda dəfn etməyi planlaşdırırdı. Amma, dedilər sağlığında özü vəsiyyət edib ki, məni ata və anamın yanında dəfn edin. Ailəsi onun bu vəsiyyətini yerinə yetirəcək. Aşıq Ədalətin cənazəsi bu gecə saat 4-də Qazaxa yola salınacaq. Onunla sabah Bakıda keçirilməsi planlaşdırılan vida mərasimi ləğv olunub”.

***

Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasiminin keçiriləcəyi yer dəqiqləşib.

Bu barədə Report-a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib.

O qeyd edib ki, mərhumla vida mərasimi sabah saat 12:00-da oğlunun evində baş tutacaq: "Aşıq Ədalət vida mərasimindən sonra Bakıdakı qəbiristanlıqlardan birində dəfn olunacaq. Hələlik dəfnin yeri ilə bağlı məsləhətləşmələr aparılır".