loading...

Bakıda orta yaşlı kişi günvurmadan öldü

07-07-2018 Baxış sayı :76
Bakıda günvurmadan ölüm hadisəsi qeydə alınıb.

Xeberci.org xəbər verir ki, 1971-ci il təvəllüdlü Rövşən Dadaşov Yasamal rayonunda gün vurması nəticəsində özünü pis hiss edərək halsız vəziyyətdə yerə yıxılıb.

Zərərçəkmiş ərazidə xidmət çəkən Yol Patrul Xidmətinin əməkdaşlarının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlər onun günvurmadan əziyyət çəkdiyini müəyyən edib. Tibbi müdaxiləyə baxmayaraq, o, dünyasını dəyişib.

Fakt araşdırılır.

Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]