loading...

Bəd nəzərdən, cadudan qorunmanın YOLLARI

14-05-2018 Baxış sayı :947
Yəqin ki, ara-sıra yoldan keçən insan axınının içinə düşmüsünüz. Bundan sonra isə özünüzü narahat, gərgin hiss etmisiniz. Həmin an geriyə dönüb baxsanız, mütləq sizə tuşlaan hiddətli baxışların şahidi olarsınız.

Publika.az xəbər verir ki, bu narahatçılığın səbəbi bəd nəzərdir. Həmin baxışın sahibi, bəlkə də, sizə pislik etmək fikrində olmayıb. Sadəcə, həmin an mənfi enerjisini, yorğunluğunu ötürə biləcəyi yeganə insan siz olmusunuz.

Çox vaxt bəd nəzərin əsas səbəbi eqoizm olur. "Qoy mən yaxşı olum, başqaları mənfi enerjimi özünə çəksin" kimi fikirlər şəxsin qarşısındakı insana gərginlik gətirir. Ümumilikdə isə bəd nəzərin əsas səbəbi paxıllıq hissidir. Buna baxmayaraq, həddən artıq kompliment, gözəl sözlər, pərəstiş də gözdəyməyə səbəb olur. Bəzən hətta cadugər küçəyə çıxıb gərgin enerjini, duanı hava, yaxud su ilə də yaya bilir. Bu cür cadular yüzlərlə insana pis təsir edib, həyatını alt-üst edir.

Bəs bunun səbəbi nədir?

Məsələ burasındadır ki, cadugərlik bacarığı olan xəsis insanlar, ətraflarında olan müsbət enerjidən, sakitçilikdən tez bezirlər. Onlar insanları kədərə boğmaqdan mənəvi güc alırlar. Yaxud da bəzən bəd əməlləri yeni mənimsəyən cadugərlər konkret düşmənini hədəf alarkən yanılır və onlarla günahsız insana daxili işgəncə verir.

Bəd nəzərin, cadunun bir səbəbi də qisas hissidir. Əsasən əri tərəfindən xəyanətə uğrayan, atılan qadınlar buna cəhd edirlər. Bu dünyada tərk edilən qadından təhlükəli ikinci varlıq yoxdur. Odur ki, keçmiş ərinin də bədbəxt olması üçün əlindən gələn hər şeyi edəcək.

Bəzən hətta ictimai nəqliyyatda şəxsi problemlərini yüksək səslə müzkirə edən qadınlara rast gələ bilərik. Onlar bununla bütün mənfi enerjilərini məcburi dinləyicilərinin də üzərinə atırlar. Bu əhval isə insanı bütün gün ərzində müşaiyət edə bilər. Odur ki, bu halla rastlaşsanız, qulaqcıqla musiqi dinləyə, yaxud kitab oxuyub fikrinizi yayındıra bilərsiniz.

Bu mövzunu biraz da genişləndirsək, hər birimizin ətrafında olan heç olmasa bir nəfər enerjiyeyən vampir tanışlarımızı da qeyd etməliyik. Bütün ağrılarını, dərdlərini monoton səslə qulağımıza pıçıldayan bu həmsöhbətlərimiz süuraltımıza mənfi təsir göstərib, bütün enerjimizi özlərinə çəkirlər. Ona görə də enerji vampirləri adlanırlar.

Çalışdığımız qədər onlardan uzaq durmalıyıq ki, qurbanlarına çevrilməyək. İstənilən halda özümüzü daim pozitiv əhvala yükləyərək bəd nəzərdən, cadudan uzaq olmalıyıq.


Oxşar xəbərlər:

[related-news] {related-news} [/related-news]